22 Oktyabr 2025 08:00
1601
SİYASƏT
A- A+
Dostluğa, müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlər

Dostluğa, müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlər


Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə dinamik inkişaf edir


Dövlətlərarası əlaqələrdə əsas məsələ, ilk növbədə, siyasi dialoqun səviyyəsidir. Siyasi dialoq güclü olanda, möhkəm təməllər üzərində qurulanda digər sahələrdə də əlaqələrin göstəriciləri yüksək olur. Azərbaycan-Qazaxıstan münasibətlərinin fonunda bunu aydın görmək mümkündür. Məhz siyasi dialoqun yüksək səviyyədə olmasının nəticəsidir ki, iki dövlət arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu məsələlər Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərindən əvvəl bu ölkənin "Kazinform" agentliyinə verdiyi eksklüziv müsahibədə geniş yer alıb.  Əlaqələrin hərtərəfli fikir süzgəcindən keçirildiyi müsahibədə toxunulan bütün məsələlər göstərir ki, yüksək siyasi dialoqa və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. 


Dövlət başçılarının qarşılıqlı səfərləri yüksək siyasi dialoqun göstəricisidir


İki dövlət arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasını təsdiq edən faktorlardan biri Azərbaycan və Qazaxıstan prezidentlərinin dostluq münasibətləridir. Onların qarşılıqlı səfərlərinin intensivliyi də, ilk növbədə, dostluqdan irəli gəlir. Son 3 ildə Prezident İlham Əliyev Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayev Azərbaycana 6 dəfə səfər edib.  "Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir", - deyə Prezident İlham Əliyev müsahibədə bildirib.

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın fəaliyyəti də iki dövlət arasındakı dərin siyasi münasibətlərdən xəbər verir. Xatırladaq ki, Şuranın birinci iclası Azərbaycan və Qazaxıstan Prezidentlərinin iştirakı ilə ötən ilin mart ayında Bakıda keçirilib. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri zamanı Astanada keçirilən ikinci iclasda isə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunub. 

Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin daha bir mühüm göstəricisi iki ölkənin strateji tərəfdaşlığıdır. Hələ 2004-cü ilin mayında Astanada "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə", 2005-ci ilin may ayında Bakıda "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanıb. 2022-ci ilin avqust ayında isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb. Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi kimi, iki dövlət arasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub: "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq".

Qazaxıstan dövləti tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşası isə həm də iki dövlətin dostluğunun və  qardaşlığının təcəssümüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, hədiyyəsidir, azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstəkdir. Müsahibəsində bu mövzuya toxunan Prezident İlham Əliyev Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığını bildirdi, mühüm mədəni-maarif müəssisəsinə çevrilən mərkəzdə hazırda 100-ə yaxın uşağın təhsil aldığını bildirdi.


İqtisadi əməkdaşlıq genişlənir


Azərbaycanla Qazaxıstan oxşar inkişaf göstəricilərinə malikdirlər. Bu da hər iki ölkənin həm zəngin karbohidrogen ehtiyatlara malik olması, həm "Şərq-Qərb" nəqliyyat marşrutu üzərində yerləşmələri və innovativ iqtisadi təşəbbüsləri dəstəkləmələrindən irəli gəlir. Bu baxımdan iki ölkənin əlaqələrində əsas yerlərdən birini iqtisadi əməkdaşlıq təşkil edir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi məsələlər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın da yüksək səviyyəsindən xəbər verir.  Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir: "İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub".

Müsahibədə Prezident İlham Əliyevin diqqətə çatdırdığı iqtisadi göstəricilər Azərbaycanla Qazaxıstan arasında bu istiqamətdə əməkdaşlığın dinamik artımından xəbər verir. İlk növbədə bunu artan əmtəə dövriyyəsindən görmək mümkündür. Belə ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Prezident İlham Əliyev bildirdi ki, bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

Ümumiyyətlə, Orta dəhlizin inkişaf etdirilməsi, ötürücülük qabiliyyətinin artırılması həm Azərbaycanın, həm də Qazaxıstanın xüsusi diqqət yetirdiyi məsələdir. Təsadüfi deyil ki, hər iki ölkədə həyata keçirilən nəqliyyat layihələri Orta dəhlizin göstəricilərinin yüksəlməsi ilə müşahidə olunur. Prezident İlham Əliyev qeyd etdi ki, 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların yenilənməsi  və sair üzrə həyata keçirilən tədbirlər Orta dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək. Azərbaycanla Qazaxıstan arasındakı investisiya əməkdaşlığının möhkəmlənməsi isə müsahibədə qeyd olunduğu kimi, tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

Azərbaycan-Qazaxıstan münasibətləri bütün müstəvilərdə sürətlə inkişaf edir. Bu iki türk dövləti arasındakı əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Bu baxımdan Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!