19 Fevral 2025 02:13
1696
Fərmanlar
A- A+
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 4.7-ci (hər iki halda), 6.1.14-cü,7.1.9-cu (hər üç halda), 7.1.10-cu (hər iki halda), 7.1.11-ci (hər üç halda), 7.1.13-7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.3-cü, 12.4-cü maddələrində, 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2-13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.2.1-ci, 14.4-14.7-ci maddələrində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2.1-ci, 15.2.2-ci maddələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.5-ci, 15.8-ci (hər iki halda), 15.9-cu (hər iki halda) maddələrində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci, 15.14-cü, 15.15-ci, 15.19-cu maddələrində, 17.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.3.3-cü, 17.4-cü, 17.6-cı, 17.7.2-ci, 18.1-18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.1-19.4-cü, 21.1-ci (hər üç halda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 22.4-cü, 23.1-ci, 23.3-cü, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (hər üç halda), 24.8-ci maddələrində, 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.1-ci, 25.2-ci (hər iki halda), 25.3-cü (hər üç halda), 25.4-cü, 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.1-29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.7-ci (hər iki halda), 6.1.14-cü, 12.2-ci (ikinci halda), 12.4-cü maddələrində, 13.16-cı maddəsinin ikinci cümləsində, 14.4-cü maddəsində, 14.8-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.4-cü maddəsinin birinci cümləsində, 15.10-cu maddəsinin birinci və ikinci cümlələrində, 15.11-ci maddəsində, 17.1-ci maddəsinin ikinci cümləsində,17.3.3-cü, 17.4-cü, 17.7.2-ci, 19.1-ci, 21.1-ci (ikinci halda) maddələrində, 22.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 24.2-ci (birinci halda), 24.6-cı (birinci halda), 24.8-ci və 29.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7.1.10-cu (birinci halda), 7.1.11-ci (birinci halda), 15.8-ci (birinci halda), 15.9-cu (birinci halda), 15.19-cu, 17.6-cı, 25.1-ci, 25.2-ci (birinci halda), 25.3-cü (birinci və ikinci hallarda) və 25.4-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.1-ci maddəsinin birinci abzasında, 13.2-13.6-cı, 13.7-ci (hər iki halda), 13.8-ci maddələrində, 13.15-ci maddəsinin ikinci cümləsində, 13.17-ci maddəsinin ikinci cümləsində, 22.4-cü və 23.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 1.1.3-cü, 1.1.6-cı, 4.1-ci (hər iki halda), 4.2-ci, 7.1.9-cu (hər üç halda), 7.1.10-cu (ikinci halda), 7.1.11-ci (ikinci və üçüncü hallarda), 7.1.13-7.1.15-ci, 9.1.9-cu, 10.2-ci, 10.7-ci maddələrində, 11.9-cu və 11.13-cü maddələrinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (birinci halda), 12.3-cü, 14.2.1-ci, 14.5-14.7-ci, 15.2.1-ci, 15.2.2-ci, 15.5-ci, 15.8-ci (ikinci halda), 15.9-cu (ikinci halda), 15.14-cü, 15.15-ci maddələrində, 17.1-ci maddəsinin birinci cümləsində, 18.1-18.3-cü maddələrində, 18.5-ci maddəsinin birinci cümləsində, 18.6-cı maddəsinin birinci (hər iki halda), ikinci və üçüncü cümlələrində, 19.2-19.4-cü, 21.1-ci (birinci və üçüncü hallarda), 21.4-cü maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində, 22.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 23.1-ci, 24.2-ci (ikinci halda), 24.3-cü, 24.4-cü (hər iki halda), 24.5-ci (hər üç halda), 24.6-cı (ikinci və üçüncü hallarda), 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.10-cu (hər iki halda), 24.11-ci, 24.12-ci (hər üç halda), 25.2-ci (ikinci halda), 25.3-cü (üçüncü halda), 26.1.3-cü, 27.1-ci, 27.2-ci (hər iki halda), 27.3-cü maddələrində, 27.7-ci maddəsinin birinci və üçüncü cümlələrində, 28.1.3-cü, 28.1.4-cü, 29.2-ci, 29.3-cü, 30.3-cü (hər iki halda) maddələrində və 30.4-cü maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur; 

1.6. həmin Qanunun 13.15-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur; 

1.7. həmin Qanunun 13.17-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, təmsilçilik ofisi rəhbərlərinin, daimi nümayəndələrinin və nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. iki ay müddətində:

3.1.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə uyğun olaraq, fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsi ilə bağlı vəsiqənin nümunəsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. həmin Qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə və 17.4-cü maddəsinə uyğun olaraq, diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. həmin Qanunun 12.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, həmin Qanunun 13.15-ci maddəsində nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinin və onların (aparatlarının) işçilərinin dövlət məvacibinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.4. həmin Qanunun 13.15-ci maddəsinə uyğun olaraq, həmin maddədə nəzərdə tutulan dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsinin nümunəsini iki ay müddətində təsdiq etsin;

4.2. həmin Qanundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1965 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 53 (Cild I) 1-ci və 2-ci hissələri ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 fevral 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!