16 Aprel 2026 03:04
1723
Fərmanlar
A- A+
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci və 8.2-ci maddələrində, 8.3-cü maddəsinin üçüncü cümləsində, 8.4-cü, 9.3-cü, 31.2-ci,  34-cü, 50.2-ci, 50.6-cı və 54.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 50.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 8.4-cü, 31.2-ci, 34-cü və54.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 7.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət orqanları (qurumları) nəzərdə tutulur;

1.5. həmin Qanunun 8.2-ci və 9.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

1.6. həmin Qanunun 8.3-cü maddəsinin üçüncü cümləsində "orqan (qurum)"dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 50.2-ci maddəsində "orqan (qurum)" dedikdə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin üçüncü cümləsi nəzərə alınmaqla, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində prokurorun funksiyalarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəliFərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə  419 (Cild I); 2024, № 1, maddə 21, № 4, maddə 393, № 6 (I kitab), maddə 667, №12 (ll kitab), maddə 1370; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissə üzrə:

3.1.1.1.3-cü bəndə  "Komitəsi," sözündən sonra "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi," sözləri, "Agentliyi," sözündən sonra "Azərbaycan Respublikasının Audiovizual Şurası," sözləri əlavə olunsun və həmin bənddə "və qəyyumluq və himayəçilik orqanları" sözləri ",qəyyumluq və himayəçilik orqanları və qanunla müəyyən edilmiş hallarda prokuror" sözləri ilə əvəz edilsin;

3.1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

"1.3-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.";

3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:

"2.1-1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

2.1-1.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;

2.1-1.2. yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisələrində cəza çəkmələrini təmin edir;

2.1-1.3. uşaq hüquqları ilə bağlı məhkəmə qərarlarının icrasını təmin edir;

2.1-1.4. uşaqlar barəsində probasiya nəzarətini həyata keçirir.";

"2.6-1. Azərbaycan Respublikasının Audiovizual Şurası:

2.6-1.1. televiziya və radio yayımı sahəsində uşaqların zərərli informasiyadan qorunmasına dövlət nəzarətini həyata keçirir.";

3.3. 6.5-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

"Monitorinqlərin keçirilməsi barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) məlumat verilir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) nümayəndələri monitorinqlərin keçirilməsində iştirak edə bilərlər.".

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 4 (I kitab), maddə 345, № 11, maddə 1036; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın 2-ci hissəsinin doqquzuncu abzasının dördüncü cümləsində (ikinci halda), 4.3.12-ci və 4.5.6-cı yarımbəndlərində "nikah" sözü "evlilik" sözü ilə əvəz edilsin.

5. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I); 2024, №12 (ll kitab), maddə 1368; 2025, № 2, maddə 125, № 6, maddə 542; 2026, № 1, maddə 24) ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 aprel 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!