11 Aprel 2026 08:00
271
SİYASƏT
A- A+
Bütöv və qüdrətli Azərbaycan missiyası

Bütöv və qüdrətli Azərbaycan missiyası


2018-ci ilin 11 aprel seçkiləri İlham Əliyevə olan ümumxalq etimadının növbəti parlaq təcəssümünə çevrildi


8 il əvvəl, 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri xalq-hakimiyyət birliyinin növbəti təntənəsi oldu. Seçkilərdə inamlı qələbə qazanmış İlham Əliyev aprelin 18-də konstitusiyaya və müqəddəs "Qurani-Kərim"ə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı. Bu qələbə təsadüfi deyil, son 15 ilin dinamik inkişafının məntiqi nəticəsi idi. 2003-cü ildən bəri verilən hər bir vəd, istər sosial-iqtisadi sahədə, istərsə də xarici diplomatiyada, real işlərlə öz təsdiqini tapmışdı. Xüsusilə hərbi sahədəki islahatlar 2016-cı ilin Aprel döyüşləri ilə öz bəhrəsini vermiş, Lələtəpədə dalğalanan bayraq Şuşaya gedən yolun ilk müjdəçisi olmuşdu.


"Biz Azərbaycanı daha qüdrətli ölkəyə çevirəcəyik"


Uzaqgörən və müdrik siyasi rəhbrəlik altında ölkəmizin əldə etdiyi uğurlar vətəndaşlarımızı 2018-ci il 11 aprel tarixində prezident seçkilərində fəal şəkildə iştiraka və Azərbaycanı inamla parlaq gələcəyə aparan liderinə növbəti dəfə səs verməyə ruhlandırdı. Buna görə də sözügedən tarixdə İlham Əliyev yekdilliklə dövlətimizin başçısı seçildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcək fəaliyyətinin yol xəritəsini bu sözlərlə bəyan etdi: "Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik".

Ölkəmizin rəhbəri həmin zaman vurğuladı: "...Əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

Beləliklə, ölkəmiz özünün yeni və daha dinamik inkişaf mərhələsinə qədəm qoydu. 

Prezident İlham Əliyevin bu vədindən cəmi bir ay sonra, 2018-ci ilin mayında Günnüt əməliyyatı baş tutdu. Bununla 2016-cı il Aprel döyüşlərindən sonra böyük zəfərə aparan qələbə yolunun ən mühüm addımlarından biri Naxçıvanda atıldı. 

Həmin il mayın 20-dən 27-nə qədər həyata keçirilən əməliyyatda Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Uğurlu Naxçıvan əməliyyatı sayəsində ümumilikdə 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad edildi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ordumuza İrəvan-Yeğeqnadzor-Gorus avtomobil yoluna nəzarət etməyə imkan verdi.

11 min hektardan çox ərazinin azad edilməsi və strateji yollara nəzarətin ələ keçirilməsi göstərdi ki, Azərbaycan artıq diktə edən tərəfdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu əməliyyatda əldə olunan üstünlük İkinci Qarabağ müharibəsində bizə əvəzsiz informasiya və hərbi üstünlük qazandırdı.


Tam suverenlik


Prezident İlham Əliyevin milli maraqlarımızın təmini naminə həyata keçirdiyi qətiyyətli siyasət 2020-ci ilin 27 sentyabrında haqq yürüşünə çevrildi. 44 günlük Vətən müharibəsi ərzində bircə dəfə də olmadı ki, qəhrəman döyüşçülərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gücləndirdiyi ordumuz yüksək peşəkarlıq göstərərək qısa zamanda 300-dən çox yaşayış məntəqəsini və Qarabağın mirvarisi Şuşanı azad etdi. Kapitulyasiya aktına qol çəkən düşmən Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməyə məcbur oldu.

Qarabağ zəfəri yüz minlərlə vətəndaşımızın torpaq həsrətinə son qoydu. Azərbaycan xalqı qalib xalqa çevrildi. 

Ardınca həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu, konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. Regionda separatizmə son qoyuldu, xalqımıza qarşı ağır cinayətlər törətmiş canilər qanun qarşısında cavab verməli oldular. 

Qarabağ və Şərqi Zəngəzurda quruculuq dövrü başlandı və bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən oldu. Uzun illər işğal altında qalmış, tamamilə dağıdılmış ərazilərimizin yenidən qurulması, burada  müasir infrastrukturun yaradılması "Böyük qayıdış" proqramının icrasını da sürətləndirdi. Bu gün doğma yurduna qovuşdurulan insanların sayı 31 mini ötüb. 

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın qələbələr silsiləsinin ən mühüm bəndlərindən biri kimi hər birimizi qürurlandırır. 

Xatırladaq ki, xalqımızın həyatında yaşanan əlamətdar hadisələrdən biri isə 2024-cü ilin 7 fevralında keçirilən prezident seçkiləri oldu. Xalq növbəti dəfə İlham Əliyevə yüksək etimad göstərərək ona səs verdi. Müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzurda vətəndaşlarımız səsvermədə iştirak etdilər. Bu seçki ilk dəfə bütün suveren ərazilərimizdə keçirilərək "Zəfər seçkisi" adı ilə tarixləşdi. İlham Əliyevin Xankəndidə səs verməsi isə həm siyasi, həm də rəmzi baxımdan xüsusi məna kəsb etdi. 

Xalqımız Zəfər seçkisindən sonrakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi altında xeyli nailiyyətlər əldə etdi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizi zamanından əvvəl tərk etməsi, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir tələbi ilə 2024-cü ilin may ayında Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması bu qəbildəndir. 


Azərbaycanın sülh modeli


Gerçəkləşdirilən uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın nüfuzlu ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Ölkəmiz təkcə regionun deyil, dünyanın enerji və nəqliyyat qovşağı kimi adından söz etdirir. ABŞ və Çin kimi nəhənglərin maraq dairəsində olan respublikamız  Prezident İlham Əliyevin sülhpərvər siyasəti ilə qlobal etimad qazanıb. Azərbaycanın səyləri ilə bölgədə yaranan reallıqlar və regional sabitlik mühiti Cənubi Qafqazı rifah və tərəqqi ünvanına çevirib.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanan sülh sazişinin mətni və ölkəmizin rəhbərinin layiq görüldüyü "Zayed İnsan Qardaşlığı Mükafatı" bu uğurların beynəlxalq miqyasda möhürüdür.

Ötən ilin avqustunda dünyanın supergüc ölkəsinin liderinin iştirakı ilə Ağ Evdə sülh sazişi mətninin paraflanması faktiki olaraq bölgədə sülhü təmin edib. Prezident İlham Əliyevin sülh istiqamətində göstərdiyi səylər qlobal səviyyədə yüksək etimad görür. Bakının liderliyi ilə Cənubi Qafqazda formalaşdırılan sülh modeli bu gün dünyada nümunə götürülür. BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan qətnamələrini yerinə yetirən lider kimi beynəlxalq nüfuz qazanan Prezident İlham Əliyevin qlobal miqyaslı problemlərin həllində söz sahibi olması da bu mənada təsadüfi deyil. 

Azərbaycan adına qazanılan qələbələrin təməl gücü isə xalq-iqtidar birliyidir. Bu mühüm məqamı 2018-ci ildə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində də vurğulayıb: "Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir... ...Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir".

Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciət edərkən demişdi ki, İlham Əliyevə özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyir. Bu gün qürurla deyirik ki, o ümidlər doğrulub, o inam Zəfər bayrağına çevrilib.

Ümumiyyətlə, 2003-cü ildən etibarən xalqın Prezident İlham Əliyevə verdiyi səs, əslində, Azərbaycanın bütövlüyünə, Şuşanın azadlığına və Xankəndidə dalğalanan üçrəngli bayrağımıza verilən səs idi. İlham Əliyev bir Prezident, həm də bir millətin qələbə, torpaq həsrətinə son qoyan, tarixin axarını dəyişən Xilaskar Lider kimi adını əbədiyyətə həkk etdirdi. Məhz Prezident İlham Əliyevin vətənə böyük xidmət missiyası sayəsində Azərbaycan daha güclü, daha qüdrətli və ən əsası, bütövdür.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!