17 Aprel 2026 08:55
176
İQTİSADİYYAT
A- A+
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir


"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb. (www.rdmis.gov.az).

Maliyyə Nazirliyindən bildirilib ki, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahid platformada birləşdirilməsinə və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır. 

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təmin edir. Eyni zamanda məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxış imkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarla qəbul edilməsinə şərait yaradacaq. 

RDMİS "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-mühasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdən ibarətdir. 

Aprelin 10-dan etibarən RDMİS-in "e-müqavilə" altsistemi istifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ və səmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsini həyata keçirir. 

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli fərmanı ilə təsdiq edilib. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!