23 Sentyabr 2026 09:00
184
İQTİSADİYYAT
A- A+
Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı


Dördüncü Sənaye İnqilabı (4Sİ) müasir dövrdə texnologiyanın, iqtisadiyyatın və cəmiyyətin inkişafını köklü şəkildə dəyişdirən qlobal proseslərdəndir. Süni intellekt, robototexnika, bulud texnologiyaları və digər texnoloji yeniliklərin sürətlə inkişaf etməsi ölkələrin rəqabət qabiliyyətinə və sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Bunlara uyğunlaşmaq və yeni imkanlardan səmərəli istifadə etmək dövlətlər qarşısında bir sıra vəzifələr qoyur.

Texnologiyanın sərhədləri sürətlə dəyişdirdiyi, rəqəmsal dünyanın həyatın demək olar ki, bütün sahələrinə nüfuz etdiyi bir dövrdə gələcəyin sınaqlarına hazır olmaq indi seçim deyil, daha çox zərurətdir. Süni intellekt, yeni nəsil rəqəmsal infrastruktur dünyanı görünməmiş sürətlə dəyişir. Dəyişimin mərkəzində isə innovasiya, çeviklik və yeni imkanları zamanında dəyərləndirmək bacarığı dayanır. Bu baxımdan Azərbaycan da həmin qlobal dəyişimin ritmini yaxından izləyən və yeni texnoloji reallıqlara uyğunlaşmaqla yanaşı, onun formalaşmasında fəal iştirak etməyə çalışan ölkələr sırasındadır. 

Həmin istiqamətdə həyata keçirilən mühüm addımlardan biri 2021-ci il yanvarın 6-da Prezident İlham Əliyevin imzaladığı fərmanla Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) yaradılmasıdır. 4SİM-in fəaliyyətinin əsasını yeni texnologiyaların izlənilməsi, onların yaratdığı imkanların müəyyənləşdirilməsi  və ondan səmərəli istifadə təşkil edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və əlaqələndirməni həyata keçirir, rəqəmsal iqtisadiyyatın qarşısında dayanan problemləri, yeni təşəbbüsləri, strategiyaları və layihələri təhlil edir. Bununla da 4SİM ölkəmizin qlobal texnoloji transformasiya proseslərində daha fəal iştirakına, qabaqcıl təcrübələrin öyrənilməsinə və yeni imkanların ölkə daxilində tətbiqinə zəmin yaradır.

Əslində, bu hekayənin başlanğıcı  2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna (DİF) gedib çıxır. Həmin gün Prezident İlham Əliyev və DİF prezidenti Borge Brende arasında forumun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu sənəd Azərbaycanın qlobal texnoloji gündəlikdə daha fəal yer tutması istiqamətində atılan vacib addımlardan biri oldu.

Ardınca DİF-in 4SİM şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başladı. MDB məkanında bu şəbəkənin ilk mərkəzinin məhz Azərbaycanda yaradılması ölkəmizin innovasiya və texnoloji inkişaf sahəsində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi kimi  diqqət çəkdi. 2021-ci il aprelin 1-dən etibarən 4SİM artıq Azərbaycan Mərkəzinin fəaliyyətini də koordinasiya etməyə başladı. Bu addım Azərbaycanın texnoloji inkişaf və innovasiyalar sahəsində fəaliyyətini daha çox genişləndirməsinə imkan yaratdı. Bu, dəyişən dünyanın imkanlarını vaxtında görmək, onları milli inkişaf məqsədləri ilə uzlaşdırmaq və gələcəyin texnologiyalarında bu gündən söz sahibi olmaq cəhdidir.

Unutmaq olmaz ki, texnoloji transformasiyanın uğuru həmin texnologiyalardan istifadə edə biləcək bilikli, çevik və daim yenilənən insan kapitalının formalaşdırılmasından keçir. Çünki rəqəmsal dünyanın ən böyük sərvəti yalnız məlumat və texnologiya deyil, onları dəyərə çevirə bilən insan potensialıdır. Məhz buna görə də 4SİM-in fəaliyyətində insan kapitalının inkişafı, müasir bilik və bacarıqların təşviqi, ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müasir əmək bazarının dəyişən tələblərinə cavab verən bacarıqların formalaşdırılması və yeni nəsil mütəxəssislərin yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər 4SİM-in texnoloji transformasiya gündəliyinin mühüm istiqamətlərindən birini təşkil edir. Belə təşəbbüslər arasında "4Sİ Akademiyası - Milli Proqram" xüsusi yer tutur. Proqram rəqəmsal iqtisadiyyatın inkişafı ilə insan kapitalının inkişafını eyni müstəvidə birləşdirir, vətəndaşlara müasir biliklərə çıxış və öz bacarıqlarını yeni tələblərə uyğun inkişaf etdirmək imkanı yaradır.

Bir neçə gün əvvəl "Baku ID 2026" innovasiya festivalı çərçivəsində "4Sİ Akademiyası - Milli Proqram"ın nəticələrinə həsr olunan mükafatlandırma mərasiminin keçirilməsi real göstəricidir.  İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-in strateji tərəfdaş olduğu festival çərçivəsində proqramın birinci mərhələsinin nəticələri təqdim olunub.

Tədbirdə "Milli Proqram" üzrə 12 nominasiyada fərqlənən iştirakçı "Üstün nailiyyət" sertifikatı və hədiyyələrlə təltif olunub. Nominasiyalar ömürboyu öyrənmə və özünüinkişaf, karyerada yüksəliş, regionlarda istedadların dəstəklənməsi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı və biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.

Qeyd edək ki, "4Sİ Akademiyası - Milli Proqram" 4SİM, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin "Coursera" şirkəti ilə birgə həyata keçirilir. Proqramın məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalının formalaşdırılmasını dəstəkləmək və əmək bazarının müasir tələblərinə uyğun bacarıqların inkişafına imkan yaratmaqdır. Bu çərçivədə vətəndaşlara "Coursera" platformasında 21 mindən çox təlimdən ödənişsiz yararlanmaq imkanı təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. "PASHA Holding", SOCAR, BP, "Azerconnect Group", "TotalEnergies", XRG, ÆOCAP, "Norm Sement", "Smart Solutions Group" və "B2B Group" proqramın əsas mərhələsinin tərəfdaşları sırasında yer alır. Çünki gələcəyi həmin texnologiyalara yol göstərən insanlar qurur. Bu gün formalaşan bilik və bacarıqlar sabahın ideyalarına, ideyalar isə Azərbaycanın daha innovativ, rəqəmsal və güclü gələcəyinə çevrilir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:10
23 Sentyabr

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!