12 Sentyabr 2026 08:00
3494
SİYASƏT
A- A+
Müstəqil və çoxtərəfli diplomatiya modeli

Müstəqil və çoxtərəfli diplomatiya modeli


Fərqli siyasi qütblərlə bərabərhüquqlu tərəfdaşlıq Azərbaycanın praqmatik xarici siyasət kursunun uğurudur


Beynəlxalq münasibətlər sistemi son dərəcə mürəkkəb dövrünü yaşayır. Dünyanın bir çox ölkəsi gərginlik və ziddiyyətlər fonunda fərqli siyasi qütblərlə, aparıcı dövlətlərlə normal əlaqələr qurmaqda ciddi problemlərlə üzləşirlər. Lakin Azərbaycan dünyanın fərqli qütbləri arasında bərabərhüquqlu tərəfdaşlıq modelini uğurla tətbiq edərək, beynəlxalq hüququn aliliyinə və qarşılıqlı hörmətə əsaslanan prinsipial xarici siyasət kursu yürüdür. Məhz bu siyasətin uğurlu icrası ölkəmizi regionun ən etibarlı, dinamik və söz sahibi olan aktorlarından birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik xarici siyasi kursun yeni müstəviyə qaldırılması Azərbaycanın qlobal güc mərkəzləri, eləcə də müxtəlif coğrafi regionlarla səmərəli əməkdaşlıq qurmasını təmin edib. 

Hüquqi normalara sadiqlik, suverenliyə hörmət və ikili standartlara qarşı qətiyyətli mövqe rəsmi Bakının xarici siyasətinin ana xəttini təşkil edir. Bu yanaşma ölkəmizin dünyanın fərqli coğrafiyalarında yerləşən dövlətlərlə yüksək əlaqələr qurmasını, yaxın əməkdaşlıq etməsini şərtləndirir. Azərbaycanın Qərb istiqamətindəki xarici siyasətində Avropa dövlətləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Aİ-nin 10-dan çox üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayan ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Avropa ilə enerji tərəfdaşlığını bu gün keyfiyyətcə tamamilə yeni mərhələyə daşıyan Azərbaycan 10-u Aİ üzvü olmaqla, 12 Avropa dövlətinə təbii qaz ixrac edir. Bu geniş coğrafiya Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu aydın göstərir. Təbii qazla yanaşı, xam neft və Xəzərdən Avropaya çəkilən "yaşıl enerji" kabeli layihəsi də Azərbaycanı qitənin bərpaolunan enerji keçidində önəmli tərəfdaşa çevirir.

Trans-Atlantik məkanla münasibətlərin dərinləşməsi də bu praqmatik xəttin mühüm tərkib hissəsidir. Son dönəmdə Amerika Birləşmiş Ştatları ilə münasibətlər qarşılıqlı maraqlara, bərabərhüquqlu tərəfdaşlığa və regional təhlükəsizlik prioritetlərinə əsaslanan dinamik inkişaf yolunu keçməkdədir. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını enerji təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə, nəqliyyat-logistika marşrutlarının təhlükəsizliyi təşkil edir. Bakı və Vaşinqton arasında qurulan tərəfdaşlıq platforması münasibətlərin institusional müstəvidə dərinləşməsinə imkan yaradır. ABŞ eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına və regional iqtisadi inteqrasiyanın sürətlənməsində də dəstəyini davam etdirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol Vaşinqton tərəfindən ardıcıl dəstəklənir. Müasir mərhələdə bu əməkdaşlıq ənənəvi karbohidrogen resursları ilə yanaşı, bərpaolunan enerji və "yaşıl texnologiya"lara keçid sahəsini də əhatə edir.

Qərb istiqamətində əldə olunan uğurlarla yanaşı, Azərbaycan Şərqin nəhəng iqtisadi və siyasi gücləri ilə də bərabərhüquqlu əlaqələrini sürətlə inkişaf etdirir. Bu baxımdan, Azərbaycan dünyanın aparıcı iqtisadi güclərindən biri olan Çin Xalq Respublikası ilə münasibətlərini yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulan bu münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan Çinin qlobal "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla, özünün modern nəqliyyat və logistika infrastrukturu - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz vasitəsilə Çin-Avropa arasında yüklərin daşınmasında etibarlı, təhlükəsiz və səmərəli marşrutu təmin edir. Paralel olaraq, iki ölkə arasında ticarət dövriyyəsi ardıcıl şəkildə genişlənir, Çin şirkətlərinin Azərbaycanda sənaye, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və infrastruktur layihələrində iştirakı dərinləşir. Bu sahələrdə Çinin qabaqcıl təcrübəsindən geniş istifadə olunur. Eyni zamanda Bakı və Pekin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda səmərəli dialoqu davam etdirərək qlobal təhlükəsizlik və regional sabitliyin bərqərar olunmasında ortaq mövqedən çıxış edirlər. Bu çoxşaxəli tərəfdaşlıq bütövlükdə Avrasiya məkanında dayanıqlı iqtisadi tərəqqiyə xidmət edir. 

Şərq-Qərb oxu üzrə qurulan tərəfdaşlıq qonşuluq siyasətində də özünü qabarıq göstərir. Azərbaycan regional təhlükəsizlik və iqtisadi inteqrasiya prinsiplərinə söykənərək Rusiya ilə münasibətlərini müttəfiqlik müstəvisində inkişaf etdirir. İki ölkə arasında tarixi və coğrafi amillərə əsaslanan bu münasibətlər 2022-ci ilin fevralında Moskvada imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı əlaqəsi haqqında Bəyannamə" ilə ən yüksək pilləyə qaldırılıb. İki dövlət arasında ticarət-iqtisadi əlaqələr dinamik şəkildə genişlənir, kənd təsərrüfatı, energetika, sənaye üzrə iri layihələr icra olunur. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi nəqliyyat sahəsində tərəfdaşlığın əsas xəttini təşkil edir.

Ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətlərdən biri də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiya və Mərkəzi Asiya regionu ilə qurulan yüksək münasibətlərdir. Ortaq soykökə söykənən bu əlaqələr hazırda güclü hərbi-siyasi və iqtisadi tərəfdaşlıq müstəvisinə yüksəlib. Azərbaycan Mərkəzi Asiya resurslarının Avropaya nəqlində Orta dəhliz vasitəsilə əsas mərkəz rolunu oynayır. Birgə icra olunan enerji və nəqliyyat layihələri türk dünyasının qlobal çəkisini artırır. 

Azərbaycan xarici diplomatiyasını ənənəvi güc mərkəzləri ilə məhdudlaşdırmır. Etni zamanda Yaxın Şərq, Afrika və Latın Amerikası regionları ilə çoxtərəfli münasibətlərini genişləndirir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi ərəb-islam dünyası ilə həmrəylik nümayiş etdirən Bakı Afrika və Latın Amerikası dövlətləri ilə diplomatik körpülər salır, onların problemlərinin həllinə fəal dəstək verir. Məhz bu prinsipial mövqe Azərbaycanı qlobal miqyasda daha böyük təşəbbüslərin müəllifinə çevirib. 

Dünyada artan gərginlik fonunda Azərbaycan həm də Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşərək fərqli siyasi qütblərin maraqlarını ortaq nöqtəyə gətirməyi bacaran birləşdirici rol oynayır. Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş ölkəmiz bütün tərəflərlə bərabərhüquqlu əlaqələr quraraq, açıq diplomatiya yürüdüb. NATO və Rusiya generallarının, ABŞ və Rusiya rəsmilərinin ən gərgin vaxtlarda belə Bakıda bir araya gəlməsi ölkəmizə etimadın bariz nümayişi idi. Bu etimad Azərbaycanın beynəlxalq miqyasda qərəzsiz və konstruktiv mövqe nümayiş etdirməsi ilə bağlıdır. Bakı müxtəlif sivilizasiyalar və siyasi sistemlər arasında dialoqu təşviq etməklə Avrasiya coğrafiyasında barışdırıcı mərkəz kimi mövqeyini möhkəmləndirir.

Təbii ki, Azərbaycanın çoxvektorlu diplomatiyası, beynəlxalq müstəvidə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasi kursunun birmənalı nəticəsidir. Qlobal güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr quran Azərbaycan eyni zamanda milli suverenliyini hər şeydən üstün tutan prinsipial dövlətdir. Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu göstərir ki, güclü dövlət konsepsiyası həm də prinsipial diplomatiya və sarsılmaz siyasi iradə ilə şərtlənir. Tam müstəqil siyasət yürüdən Azərbaycan heç bir kənar gücün diktəsi ilə hərəkət etmir, hər hansı hərbi-siyasi bloklaşmanın tərkib hissəsi olmaqdan uzaqdır. Beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlı hörmətə söykənən əlaqələrin qurulması hər zaman rəsmi Bakının əsas xətti olub. Bu gün "orta güc"ə çevrilən Azərbaycan regional və qlobal miqyasda geostrateji aktor kimi çıxış edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!