10 Sentyabr 2026 08:00
5368
SİYASƏT
A- A+
QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER

QURUCU, YARADICI, SÜLHPƏRVƏR VƏ UZAQGÖRƏN LİDER


Daha köhnə dünya  düzəni işləmir.

Yenisi  isə yaranmaqda, formalaşmaqdadır.

Ağrılı, acılı, qanlı proseslər gedir...

* Ənənəvi dostlar düşmənə  çevrilir;

* Keçmiş düşmənlər silaha əl atır;

* On illərlə işğalda qalan torpaqlar azad edilir!

* Xalqlar müstəmləkəçiliyin müasir formasına qarşı  etiraz  edərək ayağa qalxırlar;

* Əvvəlki düşmənçiliyə son qoyanlar  sülh müqaviləsi imzalamağa hazırlaşırlar;

* Hərbi əməliyyatlar dünya iqtisadiyyatına güclü zərbələr vurur, enerji daşıyıcılarının və digər malların qiyməti artır;

* Mövcud yollarla quruda və suda yükdaşımaları mümkün olmur, ciddi maneə və əngəllər çıxılmaz vəziyyət  yaradır;

* Ənənəvi marşrutlar işləmədiyindən yeniləri, daha təhlükəsiz yollar tələb  olunur;

* Bütün bunlar azmış kimi, təbiətin yaratdığı fəsadlar - sellər, qasırğalar, zəlzələlər böyük  insan tələfatına, ciddi itkilərə səbəb  olur!

Oğulsan belə bir dövrdə dövlətini təhlükələrdən qoru, xalqını əmin-aman  və firavan yaşat, bu gün və gələcək üçün  qurduğun planları dayanmadan icra et, nəhəng layihələrini durmadan gerçəkləşdir, yeni dünya düzənində özünə münasib  yer qazan!

İcrası müşkül, həlli qeyri-mümkün görünən  məsələlərdir.

Bu qədər problemi eyni vaxtda yalnız dahilər uğurla  həll edə bilirlər!

Bir də seçilmiş, yeni tipli siyasi liderlər!

***

"Çalxalandıqca, bulandıqca  zaman nehrə kimi, 

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur".

M.Ə.Sabirin ən məşhur beytlərindəndir.

Azərbaycan ikinci  müstəqilliyi dövründə ilk dəfə ötən əsrin  doxsanıncı illərinin sonlarında ciddi  şəkildə  çalxalandı.

Dövlət başçılarının başlarını itirdiyi bir vaxtda Ulu  Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən siyasi rəhbərliyə qayıdaraq ölkədə möhkəm və dönməz sabitlik  yaratdı,  dövlət müstəqilliyini əbədi etdi.

Növbəti çalxalanmanı isə  erməni  təxribatlarına  cavab olaraq  Azərbaycan özü yaratdı - 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı  keçirməklə torpaqlarını işğaldan azad etməyə başladı!

Hadisələrin sonrakı gedişatı və baş verənlər açıq  göstərdi ki, cənab İlham Əliyevin nəyi nə vaxt və necə etmək məharəti sayəsində atılan bütün addımlar zərgər dəqiqliyi ilə hesablanıbmış!

Nəticə isə möcüzəyə bərabər oldu!

Bu gün dünyanın nəhəng, iqtisadi cəhətdən qüdrətli və ən  müasir  silahlara malik  olan dövlətləri müharibə aparırlar!

Amma heç biri onu sona  çatdıra bilmir.

Son 80 ildə isə Azərbaycanın II Qarabağ müharibəsində əldə  etdiyi qələbəyə bənzər nəticə kimsə tərəfindən qazanılmayıb!

44 gün ərzində düşməni diz çökdürərək ona kapitulyasiya aktını imzalatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev 3 il sonra qeyri-adi hərbi əməliyyatlar keçirərək tam və qəti qələbəyə nail oldu!

HƏM DƏ:

* XXI əsrin ən yeni müharibəsini apardı;

* Müharibələr tarixinin yeni səhifəsini açdı;

* Bu müharibədə ən yeni taktika və strategiya tətbiq etdi;

* Digər dövlətlərin də öyrənərək tətbiq etdiyi yeniliklər yaratdı;

* Ordumuz 44 gün ərzində daim hücum edərək  hər gün  bir və ya bir neçə  yaşayış  məntəqəsini işğaldan  azad etdi;

* Özünü  "məğlubedilməz xalq", "məğlubedilməz millət" adlandıran düşməni  fərarilər yığnağına çevirdi;

* Şuşa kimi  qala şəhər demək olar ki, yalın əllə, əsgər  xəncəri və lopatkası ilə geri alındı;

* Lovğa düşmən Ağdam, Laçın və Kəlbəcər  rayonlarını bir  güllə belə atmadan, yalvararaq geri  qaytardı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənə təkcə hərb meydanında deyil,  diplomatiya sahəsində və informasiya cəbhəsində də qalib  gəldi!

Kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın bir  neçə şərtini yerinə yetirmək istəməyən  düşməni daha  sonra keçirilən hərbi əməliyyatlarla yetərincə cəzalandırdı, Azərbaycanın ərazi bütövlüyünü, dövlət  suverenliyini və  Konstitusiya əsaslarını  "dəmir yumruq"la təmin etdi!

Daim Ermənistanın tərəfini saxlayan və qanunsuz erməni hərbi birləşmələrinin təminatçısına, müdafiəçisinə çevrilən  Rusiya sülhməramlı kontingenti də ölkə ərazisindən çıxarıldı.

Bu gün Azərbaycan ərazisində bir nəfər belə separatçı və əcnəbi əsgər olmayan azsaylı ölkələrdəndir.

6 ildir ki, müharibə bitib, "Böyük qayıdış"a dair dövlət proqramı uğurla  yerinə yetirilir, keçmiş məcburi köçkünlər uzun illər həsrətini çəkdikləri doğma yurd-yuvalarına  qayıdaraq yeni evlərində  xoş güzəranlarını qururlar.

Azərbaycan Prezidenti İlham Əliyev isə müharibədən əvvəl icrasına  başladığı və bu gün də böyük uğurla davam etdirdiyi layihələrini uğurla  həyata keçirməkdədir.

***

Uzaqgörənlik, hadisələri qabaqlamaq, vaxtında zəruri  addımlar atmaqla vacib işləri görmək...

Ulu Öndər Heydər Əliyevə xas olan bu keyfiyyətlər cənab İlham Əliyevin  simasında  öz yeni təcəssümünü tapmışdır!

Daim "xalqın maraqlarının təminindən" dəm vuran AXC-Müsavat iqtidarı hakimiyyətdə olduğu müddətdə neft sazişləri ilə bağlı bu marağı təmin edən müqavilələr hazırlayaraq  imzalaya bilmədi.

Öz fərdi maraqlarını təmin edən  müqaviləyə bənzər nə isə hazırlayıb irəlicədən bonusunu da almışdılar...

Amma onu da qaytardılar...

Əvəzində Azərbaycan iqtisadiyyatını ağlar günə salıb sonra vəzifələrini  "donduraraq" qaçıb getdilər...

Müstəqil dövlətin iqtisadiyyatını sıfırdan qurmaq missiyası da Ulu Öndər Heydər Əliyevin üzərinə düşdü!

Ümummilli Liderimiz dayanmadan, gecə-gündüz bilmədən, yorulmadan çalışdı, Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarılması üçün  Bakı-Tbilisi-Ceyhan əsas ixrac  neft boru  kəmərinin çəkilməsinə nail oldu!

*  "Əsrin müqaviləsi" adlanan yeni layihə  ilk dəfə Azərbaycanın öz neftini özü sataraq gəlirindən sərbəst  bəhrələnməsinə imkan verdi!

* BTC  dünyanın qabaqcıl dövlətlərinin maraqlarını Azərbaycanın  maraqları ilə birləşməsinə şərait yaratdı!

 * "Əsrin müqaviləsi" ölkə iqtisadiyyatı üçün lokomotivə çevrilərək onun böhrandan çıxmasına kömək göstərdi.

* BTC həm də ən üzünömürlü layihə olaraq bu gün də səmərəli fəaliyyət göstərir.

***

Cənab İlham Əliyevin reallaşdırdığı layihələr də belə faydalı və uzunömürlüdür.

Cənubi Qafqaz Boru Kəməri TANAP və TAP xətti üzrə genişləndirilərək "Cənubi qaz dəhlizi"nə çevrildi.

Bu qaz dəhlizi yaradılanda kimsənin ağlına belə gəlməzdi ki, Rusiya ilə Ukrayna uzun  sürən müharibə aparar, bu  səbəbdən  Avropa İttifaqı Rusiya  qazının ixracına sanksiya qoyar və Azərbaycan qazına əşhədü-ehtiyac yaranar.

Hazırda Azərbaycan qazının istehlakçılarının sayı  16-ya çatıb.

Bu göstərici üzrə - qaz kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir!

Nəqliyyat dəhlizlərinin yaradılması baxımından da ölkəmiz öndədir!

Bu barədə cənab İlham Əliyevin maraqlı açıqlaması vardır:

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq - enerji dəhlizlərindən başlayaraq, nəqliyyat   dəhlizləri ilə davam edərək, hazırda  isə artıq elektrik və fiberoptik  dəhlizləri də əhatə etməklə. Buna  görə də ölkəmizin  potensialı möhkəmləndikcə, beynəlxalq  əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni  elementlər əlavə edirik".

Dünyada gedən qarşıdurma və müharibələr yeni,  daha  təhlükəsiz  və səmərəli dəhlizin formalaşmasını tələb edir.

İlham Əliyevin uzaqgörənliyi sayəsində bir çox elementləri qabaqcadan formalaşdırılmış Orta dəhliz məhz  belə marşrutdur.

Çindən gələn yüklərin Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyədən keçməklə Avropaya ən qısa zamanda və ən təhlükəsiz şəkildə çatdırılmasını təmin  edir.

Statistik göstəricilərə əsasən, 2024-cü ildə Orta dəhliz üzrə yükdaşımaların  həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatmışdır. Mövcud hədəflərə əsasən, 2027-ci  ilədək  Orta dəhliz üzrə illik yükdaşımaların həcminin 10 milyon tona, 2030-cu ilədək isə 11,4 milyon tona  çatdırılması nəzərdə tutulur.

Uzunmüddətli perspektivdə isə dəhlizin illik yükgötürmə qabiliyyətinin 15 milyon tona çatacağı proqnozlaşdırılır.

***

İlham Əliyevin gördüyü işlər sayəsində Orta dəhliz həm də türk  dünyasının birliyinin rəmzinə  çevrilmişdir!

Qarabağ müharibəsində qazanılan  zəfər Zəngəzur  dəhlizinin açılmasına, türk dövlətlərini birləşdirən quru yolun  uzun illər boyu qəsdən  bağlanılaraq onların bir-birilərindən təcrid olunmasının aradan qaldırılmasına və bütövlükdə nəqliyyat  dəhlizinin effektivliyinin daha da yüksəlməsinə səbəb olmuşdur.

8 avqust 2025-ci ildə Azərbaycanla Ermənistan arasında D.Trampın şahidliyi ilə ABŞ-nin paytaxtı Vaşinqtonda imzalanan sənədlər isə bu dəhlizin  (TRIPP) tezliklə reallaşacağının qarantıdır.

İlham Əliyevin daha bir böyük xidməti isə Türk Dövlətləri Təşkilatının  yenidən canlandırılaraq fəaliyyətinin aktiv fazaya daxil olması, bu dövlətlər arasında siyasi, iqtisadi, mədəni, hərbi sahədə əlaqə və əməkdaşlığın əsaslı  şəkildə gücləndirilməsidir! 

İndiyədək Azərbaycan Prezidentinin fəallığı və öncüllüyü sayəsində görülən işlər, qurulan əməkdaşlıqlar və bağlanan müqavilələr də  bunu əyani şəkildə göstərir.

Azərbaycanın yekdil səslə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu üzv kimi iştiraka qəbul  edilməsi deyilənlərin təsdiqidir.

BELƏ Kİ:

* 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə  Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edilib. Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər "C5" adlanan əməkdaşlıq formatı faktiki olaraq "C6" formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. 

* Belə bir format Cənubi Qafqazın və Mərkəzi Asiyanın vahid geoiqtisadi və geosiyasi məkanda birləşməsi deməkdir ki, bunun da təməlində Azərbaycanın ərsəyə gətirdiyi iqtisadi əməkdaşlıq reallıqları dayanır. 

* Prezident İlham Əliyev son illər Mərkəzi Asiya ölkələrində 17 dəfə səfərdə olub. Bu müddət ərzində Mərkəzi Asiya dövlət başçıları Azərbaycana 26 dəfə səfər ediblər.

Cənab İlham Əliyevin bu barədə  açıqlamasına diqqət  yetirək:

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir".

Prezidentimizin bu yaxınlarda Qırğızıstan və Özbəkistanda keçirdiyi səfərlər, orada aparılan danışıqlar və görüşlər, habelə imzalanan çoxsaylı sənədlər, perspektivə hesablanmış addımlar türk dövlətlərinin birgə fəaliyyətinin yeni dövrünün başlanmasından xəbər verir.

Birlikdə diqqət yetirək:

* Azərbaycan Özbəkistan və Qırğızıstanla müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb.

* Azərbaycan və Özbəkistan arasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. 

 * Azərbaycanla Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə təmsil olunan bütün dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

Bütün bu sənədlər həm Türk Dövlətləri Təşkilatının institusional dayaqlarını daha da möhkəmləndirir, həm region ölkələrinin qlobal geosiyasi təzyiqlərə qarşı vahid güc mərkəzi kimi çıxış etməsinə imkan yaradır, həm də Azərbaycan və Mərkəzi Asiyanın vahid geoiqtisadi və geosiyasi məkanda birləşməsinə töhfə verir.

Cənab İlham Əliyevin avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində gələcək uğur və əməkdaşlığın əsaslarından bəhs edərək demişdir:

"Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən  mühüm strateji  marşrutlarda təbii  tərəfdaşlara çevirir. Bu baxımdan  Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta  dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi  və tranzit imkanları yaradacaq".

***

Heç də hər sərkərdə  müharibəni ən uğurlu vaxtda başlamaqla ən qısa müddətdə başa  çatdırmağı, ən az itki ilə  ən yüksək nəticəyə nail  olmağı  bacarmır.

İlham Əliyev bunu etdi!

Heç bir qalib dövlət qarşısında diz çökdürərək  məğlub etdiyi dövlətə sülh əlini uzadaraq onunla  dərhal sülh  müqaviləsi bağlamağa çalışmır.

İlham Əliyev bunu bacardı!

Heç də hər bir lider hər bir tərəfin maraqlarını təmin edən, dostluğa və əməkdaşlığa  xidmət edən  nəhəng layihələr hazırlayaraq onu reallaşdıra bilmir! 

İlham Əliyev bunu uğurla həyata keçirir!

Heç də hər bir dövlət başçısı əməkdaşlıq etdiyi hər bir ölkə ilə bu qədər səmərəli, faydalı, qarşılıqlı hörmətə əsaslanan  uzunömürlü əlaqələr yarada bilmir.

İlham Əliyevin sayəsində Azərbaycanın əlaqə və əməkdaşlıq  qurduğu  dövlətlərin sayı ilbəil artır, münasibətlər yeni səviyyəyə yüksəlir, iqtisadi göstəricilər yaxşılaşır.

Bunları təkcə biz demirik!

ABŞ Prezidenti D.Trampın Azərbaycan Prezidentinin ünvanına   müxtəlif vaxtlarda dediyi sözləri, fəaliyyətinə verdiyi qiyməti xatırlatmaq kifayətdir:

"Siz  güclü və ağıllı insansınız".

"Siz  böyük lidersiniz".

"Siz gözəl danışıq aparırsınız".

Belə Prezidentlə fəxr etməyə və qürur duymağa dəyər! 



Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!