11 Sentyabr 2026 08:00
4332
SİYASƏT
A- A+
Avrasiyanın güc mərkəzi

Avrasiyanın güc mərkəzi


Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərinləşən tərəfdaşlığı hər iki regionu vahid strateji məkanda birləşdirir


Avrasiya qitəsinin nəqliyyat, enerji və təhlükəsizlik xəritəsi köklü şəkildə yenidən formalaşır. Bu tarixi dəyişikliyin mərkəzində isə Cənubi Qafqaz ilə Mərkəzi Asiya regionlarının sürətli, sistemli və hərtərəfli inteqrasiyası dayanır. 44 günlük Vətən savaşında qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın yüksələn beynəlxalq mövqeyi, qlobal enerji bazarındakı önəmli rolu və milli maraqlara söykənən çoxvektorlu xarici siyasəti ölkəmizin geostrateji çəkisini daha da artırıb. 

Şərqlə Qərb, Şimalla Cənub arasında təbii və etibarlı körpü rolunu oynayan, eləcə də regionun əsas tranzit-logistika mərkəzinə çevrilən Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələri Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və ardıcıl diplomatiyası sayəsində keyfiyyətcə yeni mərhələyə, müttəfiqlik müstəvisinə yüksəlib. 

Çoxşaxəli tərəfdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi, son vaxtlar Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ali səviyyəli dialoq xüsusilə intensiv xarakter alıb. Sentyabrın 9-da Prezident İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubu ikitərəfli münasibətlərin yüksək səviyyəsini və səmimiyyətini bir daha aydın şəkildə nümayiş etdirdi. Məktubda ortaq dini-mədəni və tarixi köklərlə sıx bağlı olan xalqlarımızın iradəsini özündə təcəssüm etdirən Azərbaycan-Tacikistan dostluğunun və qardaşlığının günbəgün möhkəmlənməsi, yeni məzmunla zənginləşməsi böyük məmnunluqla vurğulandı. 

Son illərdə Tacikistan və Azərbaycan arasında siyasi dialoq, ticari-iqtisadi, investisiya, nəqliyyat, energetika və humanitar sahələr də daxil olmaqla, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur. İki ölkə arasında formalaşmış uzunmüddətli və çoxşaxəli əməkdaşlığın dərinləşməsində ali səviyyəli dövlət səfərləri həlledici rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il aprelin 5-də Tacikistana dövlət səfəri, eynilə Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü ildə Azərbaycana səfəri ikitərəfli əlaqələrə güclü təkan verib, münasibətlərdə həqiqi dönüş nöqtəsinə çevrilib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə ikitərəfli dialoqu tarixi zirvəyə çatdıraraq, Bakı və Düşənbənin bir-birinə etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi baxdığını rəsmiləşdirib. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması, energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional logistika üzrə birgə təşəbbüslərin reallaşdırılması yaxın perspektiv üçün prioritet vəzifələr kimi önə çıxır. 

Azərbaycanın ümumilikdə Mərkəzi Asiya dövlətləri ilə münasibətləri ikitərəfli çərçivələri aşaraq regional tərəfdaşlığın əsasını qoyub. Prezident İlham Əliyevin avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri və bu çərçivədə imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə ölkəmizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsindəki aparıcı rolunu bir daha təsdiqlədi. 

Dövlət başçıları səviyyəsində müntəzəm səfərlər və görüşlər prosesə güclü təkan verdi. Statistika da bu dinamikanı sübut edir. 2023-cü ildən etibarən Prezident İlham Əliyevin Mərkəzi Asiyanın qardaş ölkələrinə 17 dəfə səfər etməsi, region liderlərinin isə Azərbaycana 26 dəfə gəlməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid siyasi-iqtisadi məkan kimi fəaliyyət göstərdiyinin bariz göstəricisidir. 

Bu strategiyanın mühüm dönüş nöqtəsi 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü olub. Azərbaycanın xüsusi qonaq statusundan tamhüquqlu iştirakçı statusuna keçməsinə dair tarixi qərarın qəbul edilməsi ilə əvvəllər "5+1" olan format faktiki olaraq C6 müstəvisinə keçdi. Bu tarixi addım Azərbaycanın Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya regionunun ayrılmaz parçası, regional qərarların qəbulunda aparıcı ölkə olduğunu rəsmiləşdirdi. 

Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri, o cümlədən Qırğızıstan tərəfindən Ağdamda inşa edilən və böyük mənəvi dəyərə malik "Manas" adına məktəb binası, Özbəkistanın Füzulidə tikdirdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və digər qardaş dövlətlərin sosial-infrastruktur töhfələri də regional həmrəyliyin və mənəvi bağlılığın təzahürüdür. 

Siyasi müstəvidə formalaşan yüksək etimad və sıx dialoq nəqliyyat-logistika, energetika və qarşılıqlı investisiya sahələrində də real layihələrlə dəstəklənir. Dünyada yaşanan gərginliklər fonunda nəqliyyat xəritəsinin dəyişməsi Orta dəhlizin strateji əhəmiyyətini artırır. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə və Avropaya birləşdirən əsas mərkəz olmaqla, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük gücünün artırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin (TRIPP) açılması perspektivi ilə region ölkələrinin limanlara və dünya bazarlarına çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırır. Təsadüfi deyil ki, son illərdə Orta dəhliz vasitəsilə daşınan yüklərin həcmi dəfələrlə artaraq əməkdaşlığın real iqtisadi töhfəsini ortaya qoyur. Eyni zamanda iqtisadi əlaqələri möhkəmləndirmək məqsədilə Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan və Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya fondlarının yaradılması müxtəlif sahələrdə birgə layihələrin maliyyələşdirilməsinə xidmət edir. 

Energetika, rəqəmsallaşma və beynəlxalq platformalarda həmrəylik sahəsində də regional inteqrasiya keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və "yaşıl enerji"nin Xəzər dənizinin dibi ilə Avropaya ixracı layihələri strateji önəm daşıyır.

Çoxtərəfli əlaqələrin inkişafında Türk Dövlətləri Təşkilatı (TDT) da xüsusi çəkiyə malikdir. Beynəlxalq aləmdə təsirli mexanizmə çevrilən TDT türk dünyasının hərtərəfli inteqrasiyasını sürətləndirir və region ölkələrinin qlobal çağırışlara qarşı vahid güc mərkəzi kimi çıxış etməsinə imkan yaradır. Tərəflər, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də razılaşdırılmış vahid mövqedən çıxış edirlər. 

Xəzər dənizinin ayırıcı deyil, birləşdirici amilə çevrilərək vahid iqtisadi, nəqliyyat və enerji məkanında qovuşdurduğu Cənubi Qafqaz və Mərkəzi Asiya regionları Avrasiya qitəsində dayanıqlı, təhlükəsiz və iqtisadi baxımdan özünü təmin edən yeni geostrateji güc mərkəzinin formalaşdığını sübut edir. Bu qarşılıqlı inteqrasiya həm də qlobal çağırışlar fonunda sülhün və təhlükəsizliyin etibarlı zəmanətinə çevrilir. Məhz bu siyasət nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya Avrasiyanın gələcək inkişaf xəritəsində aparıcı və həlledici qütbə çevrilir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!