19 Sentyabr 2026 08:50
1463
SİYASƏT
A- A+
Yurduna əbədi qayıdan müqəddəs bayraq

Yurduna əbədi qayıdan müqəddəs bayraq


2022-ci il sentyabrın 21-də dövlətimizin başçısı Laçın şəhərində Azərbaycan bayrağını qaldırıb


Laçının dağları çox tarixi hadisənin şahidi oldu. Sinəsi yurd yerlərinə çevrildi, el-oba quruldu. O yurdlara yurddaş olanların sevincli günlərini də, toy-büsatlarını da, kədərli, dərdli anlarını da gördü. Bu dağların üzərində yurdunun hər qarışını, torpağını, daşını yağılardan qorumaq üçün silaha sarılan, sinəsini sipər edən, canından keçən igidlərin adları həkk olunub. Çox qovğalar görüb. Ən ağırı 1990-cı illərdə erməni quldurlarının işğalına məruz qalması oldu.  1992-ci il mayın 18-də Laçın işğalçıların əlinə keçdi. Laçınlılar yurd-yuvasından didərgin düşdülər. On illər boyu məcburi köçkün adının əzablarına qatlaşmalı oldular. Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal edilmiş digər əraziləri kimi, Laçını da erməni vandalları xarabalığa çevirdilər.

2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan böyük Zəfəri ilə bu ədalətsizliyə son qoydu. Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı. 

Azərbaycanın azadlığının, dövlət müstəqilliyinin rəmzi olan üçrəngli ay-ulduzlu bayrağımızı sovet hakimiyyəti yetmiş il işığa həsrət qoymuşdu. 1990-cı illərdə ölkəmiz yenidən müstəqilliyinə qovuşduqdan sonra bayrağımız da azadlığa çıxmışdı. Ancaq həmin illərdə dövlətimizin Ermənistan tərəfindən işğal olunan iyirmi faiz ərazisinə bu səadət nəsib olmamışdı. Vətən müharibəsində qazandığımız qələbələrdən sonra işğalçıların əsarətindən qurtulan torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı. 

Hələ bir müddət də gözü yolda qalan Laçına və digər ərazilərimizə nəhayət ki, xoş günlər gəldi. Müqəddəs bayrağımız  həmin torpaqları da salamladı. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Dövlətimizin başçısı xatırlatdı ki, bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Azərbaycan dövlətinin növbəti qətiyyətli addımları nəticəsində avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, tarixi hadisədir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".

Dövlətimizin başçısı Laçında üçrəngli bayrağımızı ucaldarkən erməni vandalizminin təzahürlərinin hər bir kənddə, hər bir şəhərdə olduğunu, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilərin qanunsuz məskunlaşma apardıqlarını diqqətə çatdırdı. Ermənistandan və daha çox xaricdən - Suriya və Livandan erməniəsilli insanları gətirib burada qanunsuz yerləşdirdiklərini qeyd etdi, nəzərə çatdırdı ki, bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir: "Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".

Azərbaycanın işğal olunmuş ərazilərini müharibə deyil, sülh yolu ilə geri qaytarmaq istəyi də həmin təşkilatlara bəlli idi. Dövlətimizin başçısının bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi olmaya da bilərdi. Ancaq Ermənistan xarici havadarlarına güvənərək işğalçılıq siyasətindən əl çəkmədi. Beləliklə, Azərbaycanın sülh təşəbbüsləri dalana dirəndi. Müharibə Ermənistanın təxribatları nəticəsində baş verdi. Və Ermənistan da, ona himayədarlıq edən ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanın gücünü gördülər.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bütün dünyada tanınır. Dövlətimiz öz siyasətinə sadiqdir, sülh yolu ilə əzmlə irəliləyir. 

İşğaldan azad edilmiş ərazilərimizdə "Böyük qayıdış" proqramı çərçivəsində misilsiz işlər görülür. Yeni yaşayış məskənləri qurulur. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Laçınlılar da ata-baba yurdlarına dönürlər. Onları doğma torpaqlarında müqəddəs bayrağımız qarşılayır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!