22 Sentyabr 2026 21:15
151
SİYASƏT
A- A+
Unikal dialoq məkanı  

Unikal dialoq məkanı  


Bakı platforması beynəlxalq təhlükəsizlik arxitekturasına mühüm töhfə verəcək


Beynəlxalq münasibətlər sisteminin qeyri-müəyyənlik mərhələsini yaşadığı, ənənəvi təhlükəsizlik arxitekturasının zəiflədiyi bir dövrdə dünyada dialoq kanallarının açıq saxlanılması zərurətə çevrilib. Belə mürəkkəb tarixi şəraitdə Azərbaycan növbəti dəfə qlobal miqyaslı vacib təşəbbüslə çıxış edərək beynəlxalq təhlükəsizlik dialoqunun məkanına çevrilib. 

     Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusundakı IV Bakı Təhlükəsizlik Forumu öz miqyası və əhatə dairəsi ilə qlobal əhəmiyyətli hadisə kimi diqqəti cəlb edir.

Bakıda keçirilən bu beynəlxalq forum dünya ölkələrinin xüsusi xidmət və təhlükəsizlik orqanları üçün strateji əhəmiyyətli dialoq platformasıdır. Tədbirdə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı Azərbaycanın qlobal təhlükəsizlik sistemində oynadığı birləşdirici rolun bariz göstəricisidir. 

  Tədbirə 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin qatılması 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının sürətlə genişləndiyini, Bakı platformasına olan beynəlxalq etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. 

    Əslində, Azərbaycanın bu cür möhtəşəm tədbirlərə evsahibliyi etməsi təsadüfi xarakter daşımır. Ölkəmiz uzun illərdir ki, qlobal diplomatik, siyasi və humanitar dialoqun əsas mərkəzlərindən biri kimi tanınır. Nümunə üçün, Bakı Qlobal Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatının Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq miqyaslı tədbirlər Azərbaycanın beynəlxalq arenadakı yüksək nüfuzunun və təşkilatçılıq qabiliyyətinin parlaq sübutudur. İqlim dəyişikliyi ilə mübarizədən tutmuş, humanitar diplomatiyaya və regional təhlükəsizliyə qədər müxtəlif sahaləri əhatə edən bu platformalar göstərir ki, Bakı yalnız coğrafi cəhətdən deyil, məhz ideoloji və strateji baxımdan da Şərqlə Qərbi, Şimalla Cənubu bir araya gətirən unikal məkandır. Məhz bu zəngin təcrübə və qazanılmış beynəlxalq etimad IV Bakı Təhlükəsizlik Forumunu da unikal edən əsas amillərdəndir.

     Dünyanın müxtəlif qütblərində yerləşən, bir çox hallarda siyasi və ideoloji yanaşmalarında ciddi fərqləri olan 100-dən artıq dövlətin təhlükəsizlik strukturlarının rəhbərlərini bir masa arxasında toplamaq müstəsna diplomatik və təşkilati nailiyyətdir. Bakı platforması siyasi fikir ayrılıqlarından asılı olmayaraq, peşəkar müstəvidə ünsiyyət kanallarının qorunması, birgə təhdidlərə qarşı ortaq dilin tapılması baxımından əvəzsiz rola malikdir. Bu platforma milli təcrübələrin müqayisə edilməsi, xüsusi xidmət orqanları arasında operativ və peşəkar əlaqələrin inkişafı, transmilli təhlükələrə qarşı birgə həll yollarının axtarılması üçün geniş imkanlar açır.

    Tərəfdaş qurumların rəhbərlərinin belə yüksək səviyyəli iştirakı müzakirə olunan məsələlərin birbaşa praktiki əməkdaşlıq mexanizmlərinə çevrilməsi potensialını dəfələrlə artırır. Dünyada baş verən geosiyasi dəyişikliklər təhlükəsizlik anlayışının mahiyyətini köklü şəkildə dəyişib. Bu gün terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlıq artıq lokal xarakter daşımır. Sərhəd tanımayan bu çağırışlarla heç bir dövlətin təkbaşına, təcrid olunmuş şəkildə mübarizə aparması mümkün deyildir. 

     Müasir dövrdə dövlət təhlükəsizliyi anlayışı yalnız fiziki sərhədlərin qorunması çərçivəsindən çoxdan çıxıb. Müasir reallıqlar göstərir ki, enerji şəbəkələri, nəqliyyat-logistika dəhlizləri, bank və maliyyə sektoru, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının, deməli, həm də milli təhlükəsizliyin ayrılmaz tərkib hissələridir. Bunlara qarşı yönəlmiş hər hansı təhdid bütün dövlət mexanizminin iflic olmasına gətirib çıxara bilər.

     Eyni zamanda, süni intellekt texnologiyaları və kosmik sistemlər uğrunda qlobal rəqabətin kəskinləşməsi təhlükəsizlik mühitinə yeni risklər əlavə edir. Qlobal miqyasda silahlanma xərclərinin artması və aktiv münaqişə ocaqlarının genişlənməsi regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur. Bu isə öz növbəsində terrorçu və radikal qrupların fəaliyyəti üçün əlverişli zəmin yaradır. 

     Müasir dünyada baş verən proseslər bir daha sübut edir ki, planetin istənilən regionunda meydana gələn böhran və ya sabitlik pozuntusu qısa müddət ərzində zəncirvari reaksiya verərək qlobal miqyaslı təhlükəyə çevrilə bilər. Bu baxımdan, risklərin lokallaşdırılması və erkən xəbərdarlıq sistemlərinin qurulması üçün beynəlxalq informasiya mübadiləsi həlledici rol oynayır. 

     IV Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin kompleks şəkildə, qarşılıqlı əlaqədə qiymətləndirilməsi ölkələrin gələcək gözlənilməz ssenarilərə və böhranlara daha hazırlıqlı olmasına birbaşa xidmət edir. Məhz Bakıda aparılan müzakirələr müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarına ümumi mənzərəni görməyə, potensial riskləri əvvəlcədən təhlil etməyə və qabaqlayıcı tədbirlər həyata keçirməyə imkan verir.

     IV Bakı Təhlükəsizlik Forumu Azərbaycanın yalnız regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında fəal və məsuliyyətli tərəfdaş kimi mövqeyini növbəti dəfə nümayiş etdirdi. 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərini bir araya gətirən bu unikal Bakı platforması qlobal təhlükələrə qarşı konstruktiv dialoqun, etibarlı tərəfdaşlığın və operativ işbirliyinin mühüm mərkəzi olduğunu sübut etdi.

     Beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlar qarşısında qaldığı bir dövrdə Bakıdan verilən həmrəylik və peşəkar əməkdaşlıq mesajları daha təhlükəsiz bir dünyanın qurulması işinə böyük töhfədir.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!