28 May 2026 13:53
378
SİYASƏT
A- A+
Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır


Azərbaycan xalqının dövlətçilik tarixində 28 May 1918-ci il xüsusi və şərəfli bir yer tutur. Məhz həmin gün xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq müstəqil yaşamaq iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə xalqımızın azadlıq ruhunun, milli iradəsinin və yüksək siyasi təfəkkürünün təntənəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz qoydu. Milli parlamentin və hökumətin yaradılması, dövlət atributlarının təsis olunması, milli ordunun formalaşdırılması, Azərbaycan vətəndaşlığı institutunun yaradılması, təhsil və məhkəmə sistemində həyata keçirilən islahatlar, qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlar Cümhuriyyətin nə qədər mütərəqqi və uzaqgörən dövlət modeli olduğunu göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti milli kimliyimizin və dövlətçilik ənənələrimizin möhkəmlənməsində mühüm rol oynadı. İstiqlal Bəyannaməsi xalqımızın azadlıq ideallarını daha da gücləndirdi, milli mənlik şüurunun formalaşmasına böyük təkan verdi. Həmin dövrdə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına və milli maraqlarının qorunmasına xidmət edirdi.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətin vəzifədir.” XX əsrin sonlarında xalqımız yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkəmiz ciddi təhlükələrlə üz-üzə idi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və xilaskarlıq missiyası sayəsində Azərbaycan dövlətçiliyi qorundu, ölkədə sabitlik təmin edildi, müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradıldı.

Bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları uğurla yaşadılır. Dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycanın qazandığı tarixi Zəfər milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Cümhuriyyət qurucularının arzu və amallarının gerçəkləşməsinin təntənəsidir.

Bu gün müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirir, demokratik inkişaf, sosial rifah və milli maraqların təmin olunması istiqamətində mühüm uğurlar əldə edir. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsinin müasir dövrdə uğurla davam etdirildiyini göstərir.

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olmasını arzulayıram.

Yaşasın müstəqil Azərbaycan!

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!