28 May 2026 12:48
368
SİYASƏT
A- A+
Əbədi və sarsılmaz müstəqillik

Əbədi və sarsılmaz müstəqillik

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ili tamam olur. 1918-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan olunması xalqımızın müstəqillik əzminin nümayişi, azadlıq arzularının ifadəsi idi.

1918-ci il mayın 28-də Tiflisdə Əhməd bəy Ağayevin, Mustafa Mahmudovun, Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Nəsib bəy Yusifbəyovun, Nəriman bəy Nərimanbəyovun və başqalarının imzaladığı İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı dünyaya bəyan olundu.  İstiqlal Bəyannaməsi müstəqil Azərbaycanın dünyaya ilk rəsmi müraciəti oldu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası idi. 

İstiqlal Bəyannaməsində dövlətin əsas prinsipləri göstərilmişdi. Sənəddə hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının bərabərliyi kimi məsələlər öz əksini tapmışdı. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etdiyi haqqında  dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, bayrağı, himni və gerbi təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın azadlıq və müstəqillik mübarizəsinin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

O zaman hökumətin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Buna mərhələlərlə nail olundu, Paris Sülh Konfransında müttəfiq dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini tanıdılar. 

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirirdi. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərara əsasən tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında parlament Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi, az sonra universitet yaradıldı. 1918-ci il mayın 28-də  Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi təsis edildi, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olundu.

1920-ci il aprelin 28-də rus imperiyası Azərbaycanı ilhaq etdi, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Lakin imperiya xalqın mübarizə əzmini ilhaq edə bilməzdi. Mübarizə davam edirdi. SSRİ hökumətinin siyasi qadağalarına baxmayaraq xalq dövlətçiliyinin bərpa olunması üçün mübarizə aparırdı. 

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin gün qəbul olunan  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı xalqımızın müstəqillik mübarizəsinin nəticəsi idi. 

Müasir Azərbaycan dövlətçiliyinin formalaşması böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində respublikamızda baş verənlər az qala müstəqilliyimizin və dövlətçiliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən və böhranlardan xilas etdi, dövlətçiliyimizi qorudu. Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, respublikamızın beynəlxalq birlikdəki mövqelərini möhkəmləndirdi. 

Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Prezident cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətə çevrilib. 

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Cümhuriyyətin yubiley tarixlərinin qeyd olunması, 2018-ci ilin ölkəmizdə “ Cümhuriyyət İli” elan olunması, 2021-ci il oktyabrın 15-də  “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu Cümhuriyyət irsinə olan ehtiramın nümunələridir.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi barədə deyib: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Azərbaycanın uğurları müstəqilliyimizi daha da sarsılmaz edir, dövlətçiliyimizi daha da qüdrətləndirir. Müstəqil dövlətimizin nailiyyətləri hər birimizin qürur mənbəyidir.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!