28 May 2026 12:38
369
SİYASƏT
A- A+
İstiqlal yaddaşımız

İstiqlal yaddaşımız

1918-ci ilin 28 May tarixi bizim istiqlal yaddaşımızdır. Bu gün biz o tarixi qürurla xatırlayır və qeyd edirik.

Çünki, ötən əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması olduqca mühüm milli-siyasi məqsədləri özündə ehtiva edirdi: demokratik, hüquqi və dünyəvi müstəqil dövlət qurmaq, milli kimliyi qorumaq və eyni zamanda müasir dünyaya inteqrasiya etmək.

Cəmi 23 ayın içində ilk parlament yaradıldı. Dövlət atributları təsis edildi. Milli ordu formalaşdırıldı. Azərbaycan vətəndaşlığı anlayışı təsbit olundu. İnsanların dini, irqi, cinsi kimliyindən, milli, sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğu elan edildi. Bu, həmin dövrdə nəinki Şərq aləmi üçün ilk idi, dünyanın bir çox ölkələri üçün də mütərəqqi yanaşma idi.

28 May - demokratik ənənələrimizin təməlidir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqə demokratiya, parlament mədəniyyəti, hüquqi dövlət modeli gətirdi. Bu baxımdan, Cümhuriyyət Azərbaycanla yanaşı, bütövlükdə regionun siyasi tarixində yeni bir səhifə açdı.

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmaq, diplomatik münasibətlər qurmaq istiqamətində addımları da vacib əhəmiyyət daşıyırdı. Çünki, bu proses növbəti daha sonrakı dövrlər üçün də ölkənin dünya siyasi sistemində tanınması yönündə hüquqi və diplomatik zəmin formalaşdırdı. 

28 May - Azərbaycanın çoxəsrlik maarifçilik ideyalarının təcəssümüdür. Təhsilin ana dilində aparılmasına dair qərarların qəbul edilməsi, milli məktəblərin formalaşdırılması, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanunun qəbul edilməsi göstərirdi ki, Cümhuriyyətin dövlətçilik düşüncəsi gələcəyə hesablanmışdır. 

Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti, əhəmiyyəti haqqında əsas məqamları sadalayarkən, unutmamalıyıq ki, həmin addımlar çox qısa bir zaman kəsiyində həyata keçirilmişdir. Bu da öz növbəsində Azərbaycanın milli ruhunun, dövlətçilik ənənələrinin dərin köklərlərindən irəli gəlir. 

Azərbaycan Xalq Cumhuriyyətinin irsi bu gün də Azərbaycanın siyasi kimliyində, dövlətçilik fəlsəfəsində və müstəqil qərarlarında yaşayır. 

Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, torpaqlarını azad etmiş qalib bir dövlətdir. Öz sözünü deyən, öz qərarını verən, regionda və dünyada etibarlı tərəfdaşa çevrilmiş, öz milli mövqeyini qətiyyətlə ortaya qoyan nüfuzlu bir ölkədir. 

Eyni zamanda Azərbaycan Türk dünyasında inteqrasiyanın mühüm mərkəzlərindəndir, həmçinin qlobal proseslərin, beynəlxalq dialoqun, yüksək səviyyəli forumların, sammitlərin aktiv iştirakçısıdır.

Yəni, bir zamanlar dünyaya özünü tanıtmaq üçün çalışan Azərbaycan bu gün dünyanın gələcəyinin formalaşdırılmasında mühüm bir siyasi güc kimi özünü təsdiqləyib.

Ona görə də dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cumhuriyyətinə də bir ithafdır. 

Günay Əfəndiyeva,

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!