27 İyul 2025 09:01
29200
Turizm
A- A+
Bu aylar Azərbaycan daha gəzməli və görməli olur  

Bu aylar Azərbaycan daha gəzməli və görməli olur  

Yenidən qurulduqdan sonra Şuşanı, Laçını, Kəlbəcəri kim ziyarət etmək  istəməyəcək ki...


Turizm səyahət etmək, əylənmək, yeni tanışlıq deməkdir. Ölkəmizdə turizmin təşkili ilin bütün fəsillərində heç bir mövsüm fərqi olmadan yüksək səviyyədə həyata keçirilir.

Yayın adamın nəfəsini kəsən bu qızmar günlərində Bakının gəzməli, görməli, mənzərəli və  istirahət etməli ərazilərində, qədimliyi ilə müasirliyi özündə ehtiva edən küçə və prospektlərində geyimləri, davranışları, bir az da hər tikiliyə, hər abidəyə, hər gülə-çiçəyə maraq göstərmələri ilə dərhal diqqət çəkənlərə - Azərbaycanda dincəlməyə gələn, vaxtını, məzuniyyətini səmərəli keçirmək istəyənlərə daha tez-tez rast gəlmək olur. 

Xatırladaq ki, cari ilin 6 ayında Azərbaycana 849 min 717 turist gəlib. Onların 60,44 faizini kişilər (513 min 551 nəfər), 39,56 faizini qadınlar (336 min 166 nəfər) təşkil edib. Kişi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8, qadın turistlərin sayı 70,5 faiz artıb.

Məlumdur ki, Azərbaycanla Çin arasında artıq viza rejimi yoxdur. O da məlumdur ki, Azərbaycan Cənubi Qafqazda zəngin tarixə və mədəni irsə malik ölkədir və bir çox çinli alimin və ictimaiyyət nümayəndəsinin Azərbaycanın tarixi haqqında müəyyən qədər anlayışı var. Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao iyulun 16-da iki ölkə arasında vizasız səyahət rejiminin qüvvəyə minməsini şərh edərkən demişdir: "Mən də daxil olmaqla, bir çox çinli bunu etməyə hazırdır. Mən Mərkəzi Asiya üzrə tədqiqatlar aparıram. Azərbaycana çoxdan səfər etməyi düşünürdüm. Elə bu viza siyasətindən faydalanmağı çox səbirsizliklə gözləyirəm və imkanım olanda Azərbaycana səfər etməyi və Bakını kəşf etməyi planlaşdırıram".

Azərbaycana gələn qonaqlar istirahət kurortlarına və dünya standartlarına uyğun hotellərə üstünlük verməklə yanaşı, çimərliklərdən, qumlu sahillərdən, günəşli havada gəzintidən, sağlamlıq turizmindən də üz çevirmirlər. Elə ona görədir ki, onlar yay mövsümünün bu "qəddar" günlərində regionlara da səfər edirlər. Amma bu vaxt daha çox paytaxta yaxın əraziləri seçirlər. Çünki yolda çox vaxt itirmək istəmirlər, axtardıqlarını Şamaxı, İsmayıllı və Qəbələ zonasında tapırlar. Bu regionlar həm paytaxta yaxındır, həm də turizm potensialı sarıdan yüksək səviyyədədir. Yəni təbiət qoynunda istirahət üçün bu bölgələrdə əlverişli şərait var.

Məlumdur ki, nəinki yay aylarında, ilin bütün fəsillərində Rusiyadan Azərbaycana istirahətə və müalicəyə gəlmək istəyənlər çox olur. Bu barədə Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) mətbuata açıqlamasında bildirib ki, Rusiya-Ukrayna arasında gedən müharibə və məlum hadisələr Rusiya turoperatorlarının işinə təsir etməyib. Birliyin yaydığı məlumata görə, rusiyalı turistlər Azərbaycanda özləri üçün hər hansı bir təhlükə hiss etmirlər. Yəqin bu səbəbdəndir ki, "Amigo-S" şirkətinin baş direktoru Sergey Velikadanov hələlik standart rejimdə işlədiklərini deyib. Onun həmkarı - "Delfin" şirkətinin baş direktoru Sergey Romaşkin isə bildirib ki, hazırda Azərbaycanda turistləri olmasa da, növbəti turist axınına hazırlıq  görülür.

"Kimlərinsə səyahətdən imtina edəcəyini gözləmirik", - deyə şirkət rəhbəri qeyd edib.

Bakı və onun ətraf qəsəbələri, Xəzərsahili ərazilər, habelə Quba-Qusar regionu rusiyalı turistlərin ən çox sevdikləri ünvanlardır. Məsafə baxımından paytaxtdan nisbətən uzaq olsa da, Zaqatala, Balakən və Qax da turistlər üçün çox maraqlı bölgədır. İstirahət üçün həmin rayonları seçənlər qısamüddətli turlar üçün yox, uzun müddətə qalmaq üçün gedirlər. 

Son illər Azərbaycanın daxili turizm imkanları çox genişlənib. Hazırda həftəsonları regionlardakı hotellərin doluluq səviyyəsi maksimum həddə olur. Turizm eksperti Ceyhun Aşurov mətbuata açıqlamasında bildirib ki, bölgələrə səfər edənlər əsasən turizm infrasturukturu tam qurulan, hoteli, restoranı və əyləncə yerləri səviyyəli olan ünvanlara üz tuturlar: "Bu səfərlər əsasən Qəbələ istiqamətinədir. Həmçinin Qubaya üstünlük verənlər az deyil. Son dövrlər cənub bölgəsinə, İsmayıllıya, Şəkiyə gedənlər də çoxalıb. Ümumiyyətlə, orta gediş məsafəsi maşınla 3 saata qədər olan yerlərə turistlər daha çox gedirlər".

Bunlardan əlavə, işğaldan azad olunmuş ərazilərimiz turistlərin ən çox görmək istədiyi istiqamətdir. Amma həmin ərazilərə vətəndaşlarımız ancaq onlayn qeydiyyatdan keçməklə gedə bilirlər. Səbəbi məlumdur. Buna baxmayaraq, Qarabağ və Şərqi Zəngəzura gedən turistlərin sayı sürətlə artır. Gələcəkdə isə bu artım daha çox olacaq. İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikdən sonra yenidən qurulan Şuşanı, Laçını, Kəlbəcəri kim görmək istəməz ki?! 


Rəhman SALMANLI, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!