09 İyun 2026 10:31
4450
Turizm
A- A+
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub


Azərbaycan Turizm Bürosu Serbiyanın paytaxtı Belqradda ölkəmizin ilboyu cəlbedici turizm məkanı kimi tanıdılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyanın dövlət qurumlarının təmsilçiləri, Beynəlxalq Xizək və Snoubord Federasiyasının, eləcə də hər iki ölkənin turizm sənayesinin və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanla Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluğa və strateji tərəfdaşlığa əsaslanır. O deyib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı ilə Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkənin turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi təmsilçisi, eləcə də “Air Serbia” təmsilçiləri daxil olmaqla, Serbiyanın 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də Serbiya media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib, Azərbaycanın turizm məhsulları və potensialı haqqında ətraflı məlumat verilib.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev deyib ki, son illərdə ölkələrimiz arasında səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə kifayət qədər uğurla inkişaf edərək strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki ən etibarlı və ən yaxın dostlarından, tərəfdaşlarından biridir. Bu münasibətlər güclü siyasi təmələ əsaslanır.

Diplomat qeyd edib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və daha böyük potensiala malikdir.

Serbiyanın Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Mijajioviç və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid çıxışlarında ölkələrimiz arasında mövcud turizm əlaqələrindən və bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gecədə Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabskiniin özünəməxsus caz üslubunda təqdim etdiyi ifalar böyük maraqla qarşılanıb.

Xatırladaq ki, mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı–Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 faiz təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!