16 Aprel 2024 10:45
249
DÜNYA
A- A+

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir  

 

Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Yerli gənclərin perspektivlərinə diqqət yetirməklə Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları Bəyannaməsi çərçivəsində yerli xalqların öz müqəddəratını təyinetmə hüquqlarının təkmilləşdirilməsi” mövzusunda BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun (UNPFII) açılışı olub.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, aprelin 26-dək davam edəcək Forumun iclaslarında “Yerli Xalqlar və Davamlı İnkişaf üçün 2030-cu il Gündəliyi” sənədi ətrafında müzakirələr aparılacaq. Bu kontekstdə yerli xalqlarla, təşkilata üzv dövlətlərlə, Birləşmiş Millətlər Təşkilatının agentlikləri, fondları və proqramları ilə dialoqlar təşkil ediləcək, yerli xalqların hüquqları üzrə ekspert mexanizmi yaradılacaq.

Forumun panel iclaslarında, həmçinin yerli xalqların inkişafının maliyyələşdirilməsi də daxil olmaqla tematik dialoqlar da aparılacaq. Bu mükalimələrin mövzuları sırasında iqlimi dəyişikliyi, ətraf mühit və biomüxtəliflik də var. Bununla yanaşı, tədbirdə BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti, bu sahədə Ümumdünya Konfransının yekun sənədi də müzakirə ediləcək.

Forumda BMT-yə üzv ölkələrin daimi nümayəndəliklərinin təmsilçiləri, alimlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri məruzələrlə çıxış edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video