Bişkekdə keçirilən konsertdə Polad Bülbüloğlu da mahnılar ifa edib
Qırğızıstanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət simfonik orkestrinin iki günlük konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Abdılas Moldıbayev adına Akademik Opera və Balet teatrında keçirilən konsertdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondun (DHƏF) icraçı direktoru Anatoli İksanov, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər də iştirak ediblər.
Bildirilib ki, Qırğızıstan və DHƏF-in birgə təşkilatçılığı ilə keçirilən konsertin məqsədi MDB ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və cəmiyyətdə tanınmasıdır.
Konsertə Rusiya Federasiyasının Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB ölkələri və Gürcüstanın istedadlı musiqiçiləri də qatılıb.
Konsertdə Polad Bülbüloğlunun ifaları alqışlarla qarşılanıb. Sonda qonaqlara qırğız milli geyimi hədiyyə olunub.
Xatırladırıq ki, bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov Mixail Şvıdkoya “Danaker”, Polad Bülbüloğluna “Dostluq” ordeni təqdim edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!