04 Aprel 2026 09:20
114
Mədəniyyət
A- A+
Bakı - Şərqlə Qərbin ortaq şəhəri

Bakı - Şərqlə Qərbin ortaq şəhəri


Xəzərin sahilində yerləşən qədim Bakı təkcə coğrafi məkan deyil, əsrlərin sınağından çıxaraq bu günə qədər öz simasını qoruyub saxlayan, mədəniyyətlərin, sivilizasiyaların və memarlıq ənənələrinin qovuşduğu canlı bir tarixdir. Bu gün şəhərin küçələrindən keçən insanlar, qonaqlar bir tərəfdə tarix, digər tərəfdə isə şəhərin simasına yeni rəng qatan müasir tikililərlə üzləşirlər. Bu məkanlarda memarlıq yalnız estetik ruh deyil, həm də  milli-mədəni tarix, milli kimlik və xalqın özünüdərkidir.

Xüsusən İçərişəhər kimi qədim məkan Bakının ilkin memarlıq nüvəsini təşkil edir. Dar küçələr, alçaq evlər, tarixi abidələr bu ərazidə Şərq memarlığının incəliklərini özündə yaşadır. Digər tərəfdən isə XIX-XX əsrlərdə neft bumu ilə əlaqədar şəhərə daxil olan Avropa memarlıq üslubu Bakının görünüşünü daha da zənginləşdirir. Məhz bu səbəbdən Bakı bu gün Şərq və Qərb memarlıq məktəblərinin harmonik sintezinin ən canlı nümunələrindən biri kimi çıxış edir. Burada klassik Avropa üslubunda tikilmiş binalarda milli ornamentlərlə zəngin Şərq memarlığının sintezi şəhərə özünəməxsus estetik gözəllik bəxş edir.

XIX əsrdə neftin gətirdiyi sərvət Avropa memarlığının ən nadir incilərinin Bakıya transformasiyası ilə nəticələndi. İsmailiyyə binası, Tağıyev sarayı kimi tikililər şəhərə yeni nəfəs gətirdi. Bu binalar yalnız daş və dekor deyil, həm də o dövrün sosial və iqtisadi gücünün simvoluna çevrilən tarixi abidələrdir.

Qürurla qeyd edə bilərik ki, bu gün Bakı müasir şəhərsalma mədəniyyətinin yeni nümunələrini yaratmaqla dünyanın diqqətini özünə çəkməyi bacarıb. Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "Alov qüllələri" kimi layihələr paytaxtımızı dünyaya yeni obrazda təqdim edir. Bu sıraya Bakı Olimpiya Stadionu, Bakı Kristal Zalı kimi nəhəng və funksional obyektləri də əlavə etdikdə bir daha aydın olur ki, paytaxtımız artıq təkcə regional deyil, beynəlxalq miqyasda da mühüm memarlıq mərkəzinə çevrilməkdədir. Bu tikililər yalnız forma baxımından deyil, həm də funksional və simvolik məna baxımından müasir Azərbaycanın inkişaf tempini və ambisiyalarını əks etdirir.

Son illər isə Bakının memarlıq mənzərəsi yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin nəticəsi olaraq şəhərin siması daha da gözəlləşərək yeni məzmun kəsb edib. Onu da qeyd etməliyik ki, bu işlər tarixi irsin qorunmasına xüsusi önəm verilməklə həyata keçirilir. Bu baxımdan Bakı Ağ Şəhər layihəsi xüsusi qeyd olunmalıdır. Bir zamanlar sənaye zonası - "Qara şəhər" kimi tanınan bu ərazi indi müasir urbanistik yanaşmanın, ekoloji təmizliyin və estetik memarlığın simvoluna çevrilib.

İftixar duyulası faktdır ki, abadlıq və quruculuq işləri paytaxtın ucqar rayonlarını da əhatə edir. Xüsusilə Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı yenidənqurma tədbirləri - parkların salınması, həyətlərin abadlaşdırılması və yeni sosial infrastrukturun yaradılması şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Həmçinin Balaxanı qəsəbəsi son illər nümunəvi yaşayış məntəqəsinə çevrilərək təmizlik, ekoloji yanaşma və milli memarlıq elementlərinin qorunması baxımından xüsusi diqqət çəkir. Burada aparılan abadlıq işləri təkcə fiziki mühitin dəyişməsi deyil, həm də sosial-mədəni mühitin yenilənməsi kimi qiymətləndirilə bilər. Suraxanı rayonunun Ramana qəsəbəsində həyata keçirilən quruculuq işləri də inkişafın sistemli şəkildə olduğunu təsdiq edən amildir. Tarixi abidələrin qorunması ilə yanaşı, yeni yolların çəkilməsi, yaşayış sahələrinin yenilənməsi və müasir infrastrukturun qurulması bu əraziləri paytaxtın ümumi memarlıq sisteminə daha sıx inteqrasiya edir.

Digər diqqətçəkən dəyişikliklərdən biri isə vaxtilə "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləridir. Həmin ərazi uzun illər köhnə və plansız tikililərlə yadda qalsa da, burada yeni salınan park şəhər sakinləri və qonaqlar üçün müasir istirahət məkanına çevrilmişdir. Yeri gəlmişkən, Bakı yalnız binaları ilə deyil, həm də park və ictimai məkanları ilə diqqət çəkir. Şəhərin ən qədim yaşıllıq məkanlarından biri olan keçmiş Qubernator (indiki Filarmoniya) bağı uzun illərdir paytaxtın mədəni həyatında mühüm rol oynayır. Bununla yanaşı, Xəzər sahili boyunca uzanan Dənizkənarı Milli Park çoxdan paytaxtımızın vizit kartına çevrilib. Şəhərin relyef xüsusiyyətləri isə özünəməxsus nəqliyyat və memarlıq həllərinin yaranmasına səbəb olub. Bu baxımdan Bakı funikulyoru həm funksional, həm də estetik baxımdan artıq neçə illərdir şəhərin simvollarından biridir. 

Bütün bu nümunələr onu deməyə əsas verir ki, Bakı memarlıq baxımından  keçmişin, bu günün və gələcəyin şəhəridir. Burada qədim qala divarları ilə müasir memarlıq nümunələri, klassik Avropa üslubu ilə milli ornamentlər harmonik vəhdət təşkil edir. Bakı bu gün tarixlə müasirliyin, Şərqlə Qərbin, qədim ənənə ilə yeniliyin qovuşduğu möhtəşəm bir memarlıq səhnəsidir.


Elşən QƏNİYEV,

İ.BABAYEV (foto)

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!