04 Aprel 2026 08:10
195
SİYASƏT
A- A+
Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır


Qonşu və uzaq ölkələr Bakıdan edilən yardımları yüksək qiymətləndirirlər  


Azərbaycanın xarici siyasət strategiyasında dövlətimizin regional liderliyini və mənəvi gücünü təcəssüm etdirən mühüm istiqamətlərdən biri humanitar diplomatiyadır. 

Ən mürəkkəb geosiyasi şəraitlərdə belə qonşu ölkələrə, uzaq coğrafiyalarda yerləşən dövlətlərə dəstək göstərmək, yardım etmək Azərbaycanın dəyişməz dövlət ənənəsi, mehriban qonşuluq və humanizm prinsiplərinin təzahürüdür. Bakının çətin anlarda göstərdiyi çevik reaksiya və təmənnasız dəstək regionda sülhün və etimadın bərpası üçün də əhəmiyyətlidir. Xüsusilə ortaq milli-mənəvi bağlarımızın, dərin tarixi köklərimizin olduğu qonşu İranla münasibətlərdə bu amil özünü daha qabarıq büruzə verir. Rəsmi Bakının humanist yanaşması qarşı tərəfdən yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərdə yeni, daha səmimi səhifə açır. 

Aprelin 2-də İran Prezidenti Məsud Pezeşkianın dövlətimizin başçısı İlham Əliyevə zəng edərək təşəkkürünü bildirməsi Azərbaycanın bu xeyirxahlıq missiyasına ehtiramın nümunəsi kimi dəyərləndirilə bilər. Telefon söhbəti zamanı M.Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirərək, bu addımın iki xalq arasındakı həmrəyliyin bariz nümunəsi olduğunu vurğulayıb. Dövlətimizin başçısı İrana humanitar dəstəyin davam edəcəyini, yaxın zamanlarda növbəti yardımın göndəriləcəyini qeyd edib. Liderlər regionda sabitliyin və sülhün tezliklə bərqərar olmasının vacibliyini bildiriblər. 

2026-cı ilin əvvəlindən bu yana İran Prezidenti ilə Azərbaycanın dövlət başçısı arasında bir neçə dəfə telefon danışığı olub. Yanvarın 31-də Prezident İlham Əliyev iranlı həmkarı ilə telefon əlaqəsi saxlayaraq regiondakı gərginliyi və iqtisadi layihələri müzakirə ediblər. Pezeşkian göstərilən diqqətə və Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğuna görə təşəkkürünü ifadə edib. Martın 8-də isə İran Prezidenti dövlətimizin başçısı İlham Əliyevə zəng edərək təşəkkürünü bildirib. Yəni üç ay ərzində üç dəfə yüksəksəviyyəli birbaşa təmas olub və hər birində İran rəhbərliyi Azərbaycanın humanist addımlarını yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb. Son günlərdə təmasların intensivləşməsi iki qonşu dövlət arasındakı münasibətlərdə humanitar diplomatiya faktorunun ön plana çıxdığını göstərir. Xüsusilə çətin dövrlərdə göstərilən bu cür dəstək regonal təhlükəsizlik və mehriban qonşuluq prinsiplərinin qorunmasına xidmət edir. 

Azərbaycan və İran xalqı əsrlər boyu eyni coğrafiyada, ortaq mədəniyyətə sahib və tarixin bir parçası olaraq yaşayıblar. İranla milli-mənəvi bağlarımız da hər kəsə bəllidir. Cənub qonşumuzda milyonlarla Azərbaycan türkü yaşayır və bu məqam İrana ən çətin dönəmlərdə humanitar yardımı şərtləndirən əsas amillərdən sayılır. Bakı siyasi fikir ayrılıqlarını humanitar böhranlar zamanı arxa plana keçirir və insan həyatının bütün siyasi maraqların fövqündə dayandığını əyani şəkildə göstərir. İranla münasibətlərdə zaman-zaman siyasi konyunktura dəyişsə də, tarixi və milli köklərimizə əsaslanaraq, humanitar yardımı özümüzə mənəvi borc, insani missiya bilmişik. İranın siyasi rəhbərliyinin bunu qiymətləndirərək Azərbaycana təşəkkür etməsi münasibətlərdə yeni etimad mərhələsinin başladığını göstərən mühüm addımdır. Minnətdarlığın ifadə olunması təkcə diplomatik nəzakət yox, eyni zamanda Azərbaycanın regionda oynadığı konstruktiv rolun Tehran tərəfindən rəsmi etirafıdır. Deməli, Azərbaycanın təbii fəlakətlər, iqtisadi-sosial gərginliklər zamanı operativ dəstəyi İranın siyasi elitasında müsbət qarşılanır. Bu fakt Bakının etibarlı qonşu statusunu daha da möhkəmləndirir. Azərbaycan humanist jestləri ilə sübut edir ki, onun regional liderliyi kimisə sıxışdırmağa yox, əksinə, birliyə, sabitliyə, təhlükəsizliyə və inklüziv inkişafa xidmət edir. İranın Azərbaycana ehtiramını bildirməsi kənar güclərə də mesaj xarakterlidir. Bununla bəyan olunur ki, regionun problemləri məhz bölgə ölkələri tərəfindən, qarşılıqlı yardımlaşma ilə həll olunur. Diplomatik yaxınlaşma yaxın gələcəkdə iqtisadi dövriyyənin artmasına, Cənubi Qafqazda daha qalıcı sülh arxitekturasının qurulmasına təkan verəcək. 

Azərbaycan heç bir qonşusundan humanitar dəstəyini əsirgəməyib. 2023-cü ilin əvvəlində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycanın dövlət və xalq səviyyəsində göstərdiyi misilsiz həmrəylik və yardımlaşma Bakının regiondakı mənəvi və siyasi çəkisini nümayiş etdirdi. Azərbaycan Gürcüstanda baş verən meşə yanğınları, sel və daşqınlar zamanı texniki və humanitar yardımlar göstərib. Əlbəttə, yardım coğrafiyası təkcə regionla məhdudlaşmır. Pandemiya zamanı Azərbaycan 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərib, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ianələr edib, "peyvənd millətçiliyi"nə qarşı qlobal mübarizənin ön sıralarında yer alıb. 

Dövlətimiz Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Afrika, Asiya və Latın Amerikasının kasıb ölkələrinə tibbi, təhsil və texniki yardımları mütəmadi olaraq həyata keçirir, çətin coğrafiyalarda birbaşa iştirakı ilə seçilir. Yaxın Şərqdəki humanitar böhranlar zamanı göstərilən dəstək, Ukraynaya mütəmadi olaraq enerji avadanlıqları və tibbi ləvazimatların göndərilməsi Azərbaycanın humanist dəyərlərə böyük önəm verməsindən qaynaqlanır. Ukrayna Prezidenti V.Zelenski də dəfələrlə Azərbaycana humanitar yardımlara görə təşəkkürünü bildirib. Mürəkkəb siyasi şəraitlərdə humanitar prinsiplərə sadiqlik Bakıya ən etibarlı tərəfdaş statusunu qazandırır. Azərbaycanın humanitar missiyası ölkəmizin beynəlxalq nüfuzunun artmasına, Qoşulmama Hərəkatında və digər platformalarda liderliyinə xidmət edir. Beynəlxalq qurumların nümayəndələri qlobal tədbirlərdə Azərbaycanın humanitar siyasətini, böhranlı zamanlarda dövlətimizin təmannasız yardımlarını çox yüksək qiymətləndirirlər.

Azərbaycan həyata keçirdiyi genişmiqyaslı humanitar missiya ilə qlobal miqyasda vicdanlı və ədalətli mövqeyini sərgiləyir. Bakıdan uzanan yardım əli həm qonşu ölkələrdə, həm də uzaq qitələrdə dövlətimizin etibarını və mənəvi ucalığını təsdiqləyir. Bu siyasət regionun gələcəyini əməkdaşlıq üzərində qurmaq istəyən hər bir tərəf üçün ən effektiv modeldir. Beləliklə, Azərbaycan hərbi-siyasi və humanitar müstəvidə atdığı addımlarla Cənubi Qafqazın taleyini müəyyənləşdirir, sülhün və tərəqqinin əsas memarı kimi tarix yazmağa davam edir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!