02 Aprel 2026 09:25
269
Mədəniyyət
A- A+
Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı


XX əsr Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafında sənətşünaslıq doktoru Kərim Kərimovun əvəzsiz xidmətləri olub. O özünün elmi araşdırma və tədqiqatları, pedaqoji və ictimai fəaliyyəti ilə incəsənət tariximizdə silinməz izlər qoyub. 

AMEA-nın müxbir üzvü, professor Kərim Cabbar oğlu Kərimov qədim Naxçıvan şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmət keçmiş, indiki Bakı Dövlət Universitetində ali təhsil almışdı. Ömrünü AMEA-nın  Memarlıq və İncəsənət İnstitutuna bağlayan Kərim Kərimov müxtəlif illərdə kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini və direktor vəzifələrində işləmişdir. 

"XIX-XX əsrin əvvəllərində Azərbaycanda realist təsviri incəsənətin təşəkkülü və inkişafı" mövzusunda namizədlik (1959), "XVI əsr Təbriz miniatür məktəbi" mövzusunda isə doktorluq (1971) dissertasiyalarını müdafiə edən Kərim Kərimov Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, həmin elm ocağının professoru olmuşdur. Alim sənətşünaslıq elmi üzrə müdafiə edən onlarca dissertantın elmi rəhbəri, nəşr olunmuş kitabların isə elmi redaktoru idi. 

Professor Kərim Kərimov 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsində işləmişdir. Sənətşünas alim beynəlxalq elmi simpozium və konfranslarda iştirak etmişdir. Sənətşünaslıq doktoru, professor Kərim Kərimov uzunmüddətli səmərəli elmi, pedaqoji və ictimai fəaliyyətinə görə fəxri fərmanlar, orden və medallarla təltif olunmuşdur. 

Tanınmış sənətşünas alimin "Bəhruz Kəngərli" (1962), "Sultan Məhəmməd və onun məktəbi" (rus dilində, Moskva, 1970),  "Azərbaycan incəsənəti" (müştərək, 1977, 1992), "Azərbaycan miniatürləri" (1980), "Nizami Gəncəvi "Xəmsə" miniatürləri" (1983), "Miniatür rəngkarlığı" (1983, rus dilində), "Divar rəngkarlığı" (1983, rus dilində),  "Azərbaycan Xalq rəssamı Lətif Kərimov" (1983), "Sadiq bəy Əfşar" (1987), "Nizami "Xəmsə"sinə miniatürlər" (1991, rus dilində)", "Sultan Məhəmməd və onun məktəbi" (1993) adlı monoqrafiya və kitabları nəşr olunmuşdur. Habelə alimin təsviri sənətin ayrı-ayrı sahələrinə dair çoxsaylı elmi və publisistik məqalələri müxtəlif elmi toplu, jurnal və qəzetlərdə dərc edilmişdir. O, həmçinin rəssamlarımızın yaradıcılığına həsr edilmiş kataloq mətnlərinin müəllifi olmuşdur. Sənətşünas alimin elmi fəaliyyət və mövzu dairəsi geniş idi. O, həm miniatür rəngkarlığı, həm divar boyakarlığı,  həm XIX və XX əsrlərdə rəngkarlıq sənətimizin inkişaf xüsusiyyətləri, həm də ayrı-ayrı tanınmış rəssamlarımızın yaradıcılığına dair məqalələrin müəllifidir. 

Görkəmli alim Kərim Kərimovun apardığı elmi araşdırma və tədqiqatların əsas istiqaməti Azərbaycan miniatür sənətinin tarixi, kökləri, onun inkişaf xüsusiyyətləri, Təbriz miniatür məktəbinin əsas elmi xüsusiyyətləri və bu miniatür məktəbinin digər miniatür məktəblərindən fərqli və oxşar cəhətlərini araşdırmaq, tədqiq və elmi təhlillərlə sübut etmək olmuşdur. Kərim Kərimovun xalçaçı rəssam və sənətşünas alim Lətif Kərimov haqqında qeyd etdiyi "Lətif Kərimov Azərbaycan xalçasının "pasport"unu yaratmışdır" fikirlərini miniatür sahəsində eynilə alimin özünə şamil etmək olar. Onun tədqiqatlarına qədər təbrizli rəssam və xəttatların dünyanın müxtəlif muzey və əlyazma insititutlarında saxlanılan məşhur əlyazmalarının miniatürlərini başqa-başqa miniatür məktəblərinə və həmin məktəbin nümayəndələrinə aid edirdilər. Lakin alimin fundamental elmi əhəmiyyətli tədqiqatı nəticəsində Təbriz miniatür məktəbi və bu məktəbin tanınmış rəssam və xəttatlarının varlığı və kimliyi qəbul edilmişdir.

Sənətşünas alim Kərim Kərimovun Moskvada rus dilində nəşr olunmuş "Sultan Məhəmməd və onun məktəbi" (1970) adlı monoqrafiyası incəsənət aləmində xüsusi maraqla qarşılanmış, kitabın şöhrəti uzaq coğrafiyaya yayılmışdı. Kitab haqqında jurnal və qəzetlərdə sənətşünas alimlərimiz tərəfindən resenziyalar yazılmışdı. Sənətşünaslıq doktoru Nəsir Rzayev "Elm və həyat" jurnalında (1971, ¹1) "Miniatür sənətimiz haqqında əsər" başlıqlı məqaləsində yazırdı:  "Əsər miniatür irsimizə həsr edilmiş və yüksək elmi səviyyədə yazılmış ilk kitab kimi çox qiymətlidir". "Kərim Kərimovun araşdırmalarının sevincli-kədərli günlərinə, işıqlı tapıntılarına, bəzən də uğursuz anlarına bələd olduğum üçün cəsarətlə deyirəm ki, "Sultan Məhəmməd və onun məktəbi" bir-iki ilin ötəri məhsulu deyil. Bəlkə də sənətşünas alimin bütünlükdə yaradıcılıq həyatının ən əsas mərhələsidir... Doğma xalqının mənəvi sərvətilə həmvətənlərini yaxından tanış edən, sevən və sevdirən sənətşünas alimin əməyi böyük hörmətə layiqdir" deyə sənətşünaslıq namizədi Paşa Hacıyev qeyd edirdi ("Qobustan" jurnalı, 1970, №4). 

Ömrünü Azərbaycan sənətşünaslıq məktəbinin formalaşması və inkişafına həsr edən, sənətşünaslıq elmi istiqamətində fundamental elmi əhəmiyyətə malik tədqiqat, monoqrafiya və kitabların müəllifi olan, habelə elmi kadrların yetişməsində əvəzsiz xidmətlər göstərmiş professor Kərim Kərimovun bu il  105 illik yubileyidir. Yarım əsrdən çoxdur ki, tanınmış sənətşünas alimin işıqlı əməlləri və xatirəsi Azərbaycan təsviri sənət tarixində yaşayır. 


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!