04 Aprel 2026 08:25
142
SİYASƏT
A- A+
Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur


Son dövlər dünyada baş verən siyasi qarşıdurmalar və müharibələr göstərdi ki, hər bir dövlətin etibarlı müttəfiqinin olması mühüm əhəmiyyət daşıyır. Biz buna 44 günlük Vətən müharibəsində də şahid olduq. Türkiyə və digər türk dövlətləri siyasi cəhətdən Azərbaycanı sona qədər müdafiə etdilər. 

Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) özünün formalaşma dövrünü yaşayır. Bu məqsədlə təşkilata üzv ölkələrin dövlət başçıları səviyyəsində vaxtaşırı Zirvə görüşləri keçirilir. Eyni zamanda təşkilata daxil olan ölkələr arasında iqtisadi inteqrasiyanı dərinləşdirmək üçün müxtəlif dövlət və qeyri-dövlət qurumları arasında  müxtəlif məzmunlu görüşlər təşkil olunur. Aprelin əvvəlində Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsi də bu sıradan idi.

Bu görüş o vaxt baş tutdu ki,  sürətlə yeni dünya düzəni formalaşır - bir çox ittifaq dağılır, yeniləri yaranır. Bununla yanaşı, bir çox dövlətin yeni ittifaqların, müttəfiqlərin axtarışında olduğunu görürük. İş o yerə çatıb ki, dünyanın ən qüdrətli siyasi və hərbi bloku olan NATO-nun dağılması açıq şəkildə müzakirə edilir, ABŞ Prezidenti Donald Tramp təşkilatdan çıxmaqla müttəfiqlərini hədələyir, Emmanuel Makron isə alyansın beyin ölümü keçirdiyini söyləyir. Avropa İttifaqı dövlətləri arasında da ciddi siyasi, iqtisadi və hərbi fikir ayrılıqları var.

Dünya düzəninin yenidən formalaşdığı belə bir dövrdə türk dövlətlərinin ortaq maraqları qoruyan bir təşkilatda olması zərurəti yaranıb. Bu təşkilat isə TDT-dir. Prezident İlham Əliyev tədbir iştirakçılarını qəbul edərkən bu barədə demişdir: "Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq".

Dövlətimizin başçısı təşkilatın təməlinin sağlam olmasına işarə edərək bildirdi ki, dünyada eyni etnik köklərə sahib olan təşkilatlar çox deyil. Yəni bu təşkilatda birləşən dövlətləri təkcə siyasi və iqtisadi maraqlar birləşdirmir, bu, həmin qardaş xalqların birliyidir. Prezident İlham Əliyevin bunu ən önəmli faktor kimi vurğulaması təsadüfi deyil. Yəni bu qəbildən olmayan dövlətlərin siyasi-iqtisadi maraqları daimi deyil, dəyişkəndir, qardaşlıq isə əbədidir. 

Hər bir regional təşkilatın qurulması, nüfuz qazanması üçün bir sıra şərtlər lazımdır. Bunlardan birincisi, iqtisadi potensialdır. Türk Dövlətləri Təşkilatında yer alan ölkələr zəngin təbii resurslara sahibdir. Dünyanın neft, qaz, uran və qızıl ehtiyatlarının böyük bir hissəsi təşkilata üzv olan dövlətlərə məxsusdur. Bununla yanaşı, müasir dünyada qlobal əhəmiyyət daşıyan beynəlxalq ticarət marşrutlarından biri olan  Orta dəhliz də türk dövlətlərinin ərazisindən keçir. Bu dəhliz hazırda dünya miqyasında iqtisadi cəhətdən ən sərfəli, üstəlik, ən təhlükəsiz qlobal ticarət marşrutudur və o üzdən dünya Orta dəhlizə ümid yeri kimi baxır.

Azərbaycan isə bu dəhlizdə ən vacib ölkə sayılır. Biz Trans-Xəzər, Zəngəzur  dəhlizlərində, eləcə də "Şimal-Cənub" marşrutunda qovşaq ölkə olmaqla yanaşı, mükəmməl infrastruktura  malikik. Qlobal ticarət zəncirinin və ticarətin fasiləsiz işləməsi türk dövləti və Azərbaycandan asılıdır. Bu səbəbdən beynəlxalq səviyyədə  türk dövlətlərinə olan siyasi maraq artıb. İndi dünyanın aparıcı dövlətləri olan ABŞ, Çin, Rusiya və Avropa İttifaqı türk dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığa can atır. Düzdür, TDT adlı yeni siyasi-iqtisadi güc mərkəzinin yaranmasına qısqanclıqla yanaşan ölkələr də var, ancaq bu, heç nəyi dəyişmir. Çünki artıq Türk Dövlətləri Təşkilatı qarşısıalınmaz bir gücə çevrilib, bunu istəməyən dövlətlər də real vəziyyətlə barışmağa məhkumdurlar.

Türk Dövlətləri Təşkilatının dünyadakı enerji imkanları məlumdur. Eyni zamanda münbit torpaqları, əlverişli iqlimi gələcəkdə dünyanın ərzaqla təminatında önəmli rol oynamasını təmin edəcək. Yaxın gələcəkdə isə kənd təsərrüfatı məhsullarının strateji məhsula çevriləcəyi qaçılmazdır.

Prezident İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın dediyi kimi, Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət etdi. Bunun başlıca səbəbi digər ittifaqlardan fərqli olaraq, heç bir dövlətin özünə müstəsna üstünlük istəməməsidir. Təşkilata qoşulan ölkələri ortaq etnik kök, dil və din birləşdirir. Belə bir təşkilatın qısa müddətdə böyük uğur qazanması da təbiidir.

Türk dövlətlərinin birləşməsi onlara ortaq bazar və daimi iqtisadi tərəfdaşların qazanmasına imkan verir. İndiki qlobal iqtisadi münasibətlərdə bu, çox önəmlidir. Yəni qardaş ölkələr bir-birlərinə iqtisadi sanksiyalar tətbiq etməyəcəklər, uzunmüddətli iqtisadi inteqrasiyanı qoruyacaqlar.

Bir vacib məqam isə gələcəkdə bu dövlətlər arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsidir. ABŞ ilə İran arasında gedən müharibə göstərdi ki, müasir dövrdə dövlətlərin həqiqi hərbi ittifaqı çox vacib məsələdir. Əgər türk ölkələrinin ortaq hərbi ittifaqı yaranarsa, heç bir dövlət bu təşkilatın hər hansı bir üzvünə hücum etməyə cürət etməz.

Bakıda keçirilən görüş hamıya bir mesaj oldu - Türk Dövlətləri Təşkilatının təməli möhkəmdir, sarsılmazdır, onunla hesablaşmaq lazımdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!