06 Mart 2026 08:00
406
SİYASƏT
A- A+
Prezident İlham Əliyevdən İrana tarixi dərs

Prezident İlham Əliyevdən İrana tarixi dərs


Bakının qətiyyəti və sərt mövqeyi Tehranın geri çəkilməsi ilə nəticələndi


İranın Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi terror, sadəcə, hərbi təxribat deyil, həm də bölgədə uzun müddətdir saxlanılan həssas müvazinətin və dostluq bəyanatlarının darmadağın edilməsidir. Azərbaycanın müstəqil xarici kurs izləməsi və öz torpaqlarından heç bir ölkəyə, o cümlədən İrana qarşı istifadəyə icazə verməməsi rəsmi Bakının sərgilədiyi ali ləyaqət göstəricisidir.

Lakin İranın bu etibardan sui-istifadə edərək Naxçıvanı hədəf seçməsi regiondakı bütün mənəvi və siyasi bağları qoparan strateji yanlışlıqdır. Bu aqressiv həmlə Azərbaycanın dövlət müstəqilliyinə qarşı aşkar hədə olmaqla bərabər, illərlə gizli saxlanılan mənfur planların da üzə çıxması deməkdir. Təbii ki, dövlətimiz bu qədirbilməzliyi yaddaşından silməyəcək. Azərbaycan öz ərazisinin hər qarışını müdafiə etmək naminə istər diplomatiya müstəvisində, istərsə də döyüş meydanında ən kəskin və qətiyyətli addımları atmaq gücünə sahibdir. 

Prezident İlham Əliyevin martın 5-də Təhlükəsizlik Şurasındakı çıxışı Azərbaycanın dövlət maraqlarının qorunmasında güzəştsiz olduğunu və milli qürur məsələlərində geri addım atmayacağını göstərən tarixi bir bəyanatdır. Dövlət başçısının hadisələrə verdiyi operativ və kəskin reaksiyası, Azərbaycanın öz suverenliyini qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident bu mənfur hadisəni törədənləri sərt şəkildə qınadı və günahkarların cəzalandırılmasını, rəsmi Tehranın üzr istəməsini tələb etdi: "Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".

Dövlət başçısı hadisəni birbaşa çirkin terror aktı adlandırmaqla məsələnin mahiyyətini beynəlxalq hüquq müstəvisinə çıxartdı. Tehranın Azərbaycandan rəsmi şəkildə üzr istəməsi tələbi ölkəmizin regional güc mərkəzi kimi özünə qarşı hörmətsizliyə dözməyəcəyinin nümayişidir. Bu, təkcə cinayətkarın deyil, həm də belə bir aktın arxasında duran siyasi iradənin məsuliyyət daşıdığını vurğulayan kəskin mövqedir.

İranın Azərbaycana qarşı dəfələrlə təxribatlara əl atdığını deyən Prezidentimiz 2023-cü il yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumunu və İranın teraktdan sonra sərgilədiyi ikiüzlü yanaşmanı yenidən xatırlatdı: "Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır". 

Dövlətimizin başçısı 2023-cü ildə ölkəmizin səfirliyinə hücumu xatırlatmaqla İranın siyasətindəki sistemli xəyanəti ifşa etdi. "İkiüzlü yanaşma" ifadəsi İranın diplomatik ritorikası ilə real əməlləri arasındakı uçurumu göstərir. Bu, həm də beynəlxalq birliyə verilən bir mesajdır: İran tərəfi etibarlı tərəfdaş deyil və törətdiyi əməllərə görə bəhanələrin arxasında gizlənə bilməz. Prezident terrorçunun edam edilməsi nümunəsini çəkməklə İranın yalnız güc dilindən anladığını və Azərbaycanın bu dili ən yüksək səviyyədə tətbiq etməyə hazır olduğunu xatırlatdı. 

Prezidentimiz diqqətə çatdırdı ki, törədilən terror aktı böyük nankorluqdur: "Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək". Ölkəmizin rəhbərinin "bizim gücümüzü sınamasınlar" xəbərdarlığı kulminasiya nöqtəsidir. Azərbaycan sülh tərəfdarıdır, lakin səbrimizi zəiflik kimi qiymətləndirənlərin aqibəti çox ağır olacaq.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı kəskin çıxışı Tehranın "hədə-qorxu" siyasətini bir neçə saatın içində iflasa uğratdı. İran tərəfi əvvəlcə aqressiv və inkarçı mövqe nümayiş etdirsə də, Azərbaycanın Silahlı Qüvvələri tam hazır vəziyyətə gətirməsi və sərhədləri bağlaması vəziyyəti kökündən dəyişdi. Azərbaycanın geri addım atmayan mövqeyi qarşısında İran tərəfi ritorikasını yumşaltmağa məcbur oldu və məsələnin araşdırılacağı ilə bağlı bəyanatlar verməklə geri çəkilməsini nümayiş etdirdi. İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq hadisənin araşdırılacağını dedi. C.Bayramov İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimizi qarşı tərəfin diqqətinə çatdırdı. Bu zəng, sadəcə, diplomatik protokol deyil, rəsmi Tehranın Azərbaycanın iradəsi qarşısında aciz qaldığının etirafı idi.

Naxçıvana dron hücumundan sonra dünya liderləri də Prezident İlham Əliyevə telefon zəngləri edərək İranın çirkin hərəkətlərini sərt formada pislədilər. Bu hücum təkcə Azərbaycanın deyil, regionun təhlükəsizliyinə təhdid kimi qiymətləndirildi. Dünya liderlərinin telefon zəngləri Bakıya olan etimadın və İranın izolyasiyasının göstəricisidir. Eyni zamanda Azərbaycanın beynəlxalq arenada tam dəstəkləndiyinin, güclü mövqeyə və müttəfiqlərə sahib olduğunun təzahürüdür. 

Bu hadisə sübut etdi ki, İranın təxribatçı addımları onu beynəlxalq aləmdə daha da tənha qoyur. Dünya birliyi Azərbaycanın suverenliyinə olan hücumu qlobal sabitliyə hücum kimi qəbul etdi. Nəticə etibarilə İranın geri çəkilməsi Azərbaycanın "dəmir yumruq" siyasətinin həm meydanda, həm də masada işlədiyini sübut etdi. Naxçıvana olan hücüm Tehran üçün strateji məğlubiyyətlə nəticələndi: onlar həm hərbi məqsədlərinə nail ola bilmədilər, həm də nüfuzlarını tamamilə itirdilər.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:17
06 Mart

“AzerGold” xüsusi mükafata layiq görülüb

17:12
06 Mart

Ədliyyə naziri Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:08
06 Mart

Gürcüstan Azərbaycanlıları Konqresi İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyib  

17:03
06 Mart

Kamran Əliyev: Prokurorluq orqanları işçilərinin 22 faizi qadınlardır

16:53
06 Mart

ABŞ İrana qarşı hücumlarda Böyük Britaniya bazalarından istifadə edəcək

16:48
06 Mart

Səfirlik: Finlandiya Naxçıvanın mülki infrastrukturuna İranın dron hücumlarını qətiyyətlə pisləyir

16:42
06 Mart

Daha 300 ukraynalı müdafiəçi Rusiya əsirliyindən azad edilib 

16:38
06 Mart

Pakistanın İrandakı səfirliyinin 10 əməkdaşı təxliyə edilib

16:23
06 Mart

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb

16:11
06 Mart

Ağsaqqallar Şurası: İran İslam Respublikasını rəsmi izahat verməyə və üzr istəməyə çağırırıq BƏYANAT

16:06
06 Mart

Kreml Rusiya-İran əməkdaşlığını şərh edib

15:59
06 Mart

9339723Türk general: Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir  

15:41
06 Mart

Emmanuel Makron: Fransa Yaxın Şərqdəki münaqişəyə qoşulmaq niyyətində deyil

15:33
06 Mart

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

“AzerGold” əməkdaşlarının rəqəmsal risklər barədə məlumatlılığının artırılmasına dəstək göstərib  

15:27
06 Mart

ƏÜO-da məzunlar "Komando andı"nı qəbul ediblər

15:15
06 Mart

İrandan təxliyə davam edir - Daha 24 Çin vətəndaşı Azərbaycana keçib

15:14
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!