15 Aprel 2024 17:15
269
İQTİSADİYYAT
A- A+

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

 

Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) 42 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycanın göstəricisi 70,83 bala yüksəlib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından (AKTA) AZƏRTAC-a bildiriblər ki, bu nəticə hazıradək ölkəmiz tərəfindən əldə olunmuş əvvəlki ən yüksək balı (66,67 balı) üstələyib və ölkəmiz beynəlxalq reytinqdə 13-cü pillədə qərarlaşıb.

Son 2 ay ərzində siyahıya 11 yeni ölkənin nəticələri əlavə edilib və beynəlxalq reytinqin qiymətləndirmə miqyası genişləndirilib.

Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı bütün indikatorlar üzrə ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda AKTA tərəfindən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.

Qeyd edək ki, “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video