Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını təbrik edirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin iyirminci ildönümünü qeyd etdiyimiz ötən il Azərbaycan üçün mühüm il oldu. Çünki həmin il ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışı və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün zəmin yaradır. Eyni zamanda, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və Əfqanıstanda sülhün və təhlükəsizliyin qurulması istiqamətində göstərilən səylərə mühüm dəstəyini davam etdirir.
Gələcəyə nəzərə salaraq, biz "Şahdəniz" qaz layihəsinin reallaşmasından müsbət dəyişiklikləri gözləyirik və Azərbaycan hökuməti, eləcə də onun tərəfdaşları ilə birgə "Şahdəniz" qazının Avropaya nəqli marşrutunu seçirik. Azərbaycan "Cənub" qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməklə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəlikləri üzərinə götürməklə, biz artıq güclü olan tərəfdaşlığımızı irəliyə doğru aparacağıq.
Mən bu cür mühüm illik sərgi və konfransın açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizi təşviq edəcək Birləşmiş Ştatlar ilə Azərbaycan arasında davamlı əməkdaşlığı səmimiyyətlə arzulayıram.
Səmimiyyətlə,
Barak OBAMA,
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!