15 Aprel 2024 16:35
284
İQTİSADİYYAT
A- A+

Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən regional konfransda iştirak edir

 

Gürcüstanın paytaxtı Tbilisidə Şərq Tərəfdaşlığı (ŞT) regionunda Dayanıqlı İstilik və Enerji Səmərəliliyi üzrə Regional Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda ŞT-nin Milli Enerji Tənzimləmə Orqanları, müvafiq nazirliklər və rayon istilik orqanları/ şirkətlərinin enerji sektorunda maraqlı tərəflərinin nümayəndələri iştirak edirlər.

Bildirilib ki, konfransın keçirilməsində məqsəd 5 Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) davamlı isitmə və soyutma üzrə potensialını artırmaqdır. İki gün davam edəcək tədbir çərçivəsində interaktiv seminar keçiriləcək.

Seminarda ölkələrin hazırladığı strategiyalar, fəaliyyət planları, texniki və maliyyə modernləşdirilməsi, bərpa olunan mənbələrdən istifadənin və enerji səmərəliliyinin artırılması, iqlim məqsədlərinə və davamlılığa töhfə vermək, təcrübə, problemlər və imkanların mübadiləsi məsələləri müzakirə olunacaq.

Bundan əlavə, iştirakçılar avropalı ekspertlərdən prioritetlər, siyasət və tənzimləmə yenilikləri, eləcə də, istilik və soyutma sektorunda enerji keçidi və iqlim məqsədlərinə nail olunmasına töhfə vermək üçün Avropada yanaşmalar və təcrübələr haqqında məlumat alacaqlar.

Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə istilik təchizatı, enerji səmərəliliyinin artırılması və digər sahələrdə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları barədə məlumat verəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video