14 Oktyabr 2025 08:25
771
SİYASƏT
A- A+
Azərbaycan-Misir iqtisadi əlaqələrinin inkişafı üçün geniş potensial var

Azərbaycan-Misir iqtisadi əlaqələrinin inkişafı üçün geniş potensial var


Misir Ərəb Respublikasında ölkəmizə rəğbət, dövlətimizin başçısına ehtiram böyükdür. Prezident İlham Əliyevin dost ölkəyə budəfəki işgüzar  səfəri   deyilənləri bir daha  təsdiqləyir. Qarşılıqlı hörmət və etimad, ali səviyyədə səfərlər və görüşlər iqtisadi sahədə  əməkdaşlığı genişlənməsinə də meydan açır. 

Qeyd edək ki, Azərbaycan-Misir iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Atılan addımlar, müəyyənləşdirilən vəzifələr  bu münasibətlərin qarşısında həm də  böyük perspektivlər açır.  Görülən işlər  iqtisadi əməkdaşlığın inkişafına  daha da təkan verir. Bu baxımdan  Prezident İlham Əliyevin Misirə keçən ilin iyun ayındakı  rəsmi səfərini də xatırlamaq yerinə düşər. Belə ki,  bununla   əməkdaşlıq  yeni mərhələsinə qədəm qoydu. Hər iki dövlət başçısı mətbuata bəyanatlarında da vurğuladılar ki, bu səfər, ümumiyyətlə, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir və yeni yollar  açacaq.

Azərbaycan  Prezidentinin Misirə hələ 2007-ci il mayın 6-8-də reallaşan  səfəri bu ölkə ilə əlaqələrin inkişafına təkan vermişdi. O zaman iki ölkə  arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdı  və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanmışdı. 2023-cü ilin yanvarında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri də yaddaqalan oldu. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalandı.

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında artıq 23 ildir Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bu komissiyasının  işi  nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, indiyədək ölkələrimiz arasında 

60-dan çox sənəd imzalanıb. Bu sənədlərə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da aiddir.

Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı  şirkətlər də fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı  nəzərəçarpacaq dərəcədə  artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.

Keçən il iyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə imzalanan Azərbaycan-Misir sənədlərinin sırasında  iqtisadi əlaqələrin inkişafına xidmət edən sənədlər də xüsüsi önəm kəsb edir. "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı"nın imzalanması əməkdaşlığın daha da  möhkəmləndiyini təsdiqləyir. Eləcə də "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu"nun, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu"nun imzalanması  əlaqələrin daha da dərinləşdiyini göstərir.  "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması  iqtisadi münasibətlərin daha geniş sahələri əhatə etdiyindən xəbər verir. 

İmzalanma mərasimindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi öz bəyanatında vurğulamışdı ki, aparılan danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılmışdı. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdi. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd olunmuşdu. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınmışdı ki, iqtisadi-ticari sahədə əlaqələr  daha da inkişaf etsin.

Dövlətimizin başçısı öz bəyanatında eyni zamanda yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıqlarını demişdi: "Həm "Şərq-Qərb", həm "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır". 

Onu da vurğulayaq ki, ötən il  Azərbaycanın evsahibliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Misir Ərəb Respublikası yüksək səviyyədə təmsil olundu.Tədbirdə  Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak etdi. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

12:15
14 Noyabr

Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük  

12:14
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!