16 Aprel 2024 13:14
107
SİYASƏT
A- A+

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

 

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Həmçinin Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.

Sonra qardaş ölkənin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrində kommunikasiya sahəsində görülən işlərə dair brifinq təqdim edib.

Görüşdə hər iki ölkə ordularında strateji kommunikasiyanın, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndə heyəti Mətbuat Xidməti, Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video