16 Aprel 2024 15:05
320
Elm və texnika
A- A+

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək   

 

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq: “Beləliklə, Azərbaycan dili üzrə də belə standart imtahan mövcud olacaq. Hazırda imtahanı həyata keçirmək üçün elmi-pedaqoji heyət arasında müzakirələr aparılır. Onların fikirlərini öyrənib imtahanı keçirəcəyik”.

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanından sonra müvafiq bazanın toplanacağını və həmin baza əsasında statistik təhlillər aparılacağını söyləyib: “Tələblərə cavab verən gənclərin Azərbaycan dilini hansı səviyyədə bilməsi müəyyənləşəcək. İstər evdar xanımlar, istər işləyən şəxslər - hər kəs bu imtahandan keçib dil biliyi səviyyəsini ölçə bilər”.

Məleykə Abbaszadə statistika toplanılması, sosial eksperiment məqsədilə Azərbaycan dili üzrə ilkin sertifikasiya imtahanlarının ödənişsiz olacağını diqqətə çatdırıb: “Lakin sonra hüquqi müstəvidə də müəyyən addımlar atılacaq. Sonrakı mərhələdə ola bilər ki, B1, B2 səviyyəsində sertifikat əldə edən şəxs dövlət qulluğu imtahanında Azərbaycan dili fənni üzrə imtahandan azad oluna bilər. İmtahan dili öyrənənlər, diaspor üzvləri üçün, dilin səviyyəsini müəyyən etmək üçün vacibdir”.

Məleykə Abbaszadə son 5-6 ildə dünyada xaricilərin Azərbaycan dilini öyrənmə marağının artdığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video