08 Sentyabr 2026 10:45
872
Mədəniyyət
A- A+
Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi

Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi


1937-ci ildə ən yüksək pilləsinə çatan repressiya dalğası xalqımıza ağır, sağalmaz yaralar vurdu. Heç bir günahı olmayan insanlar, daha çox xalqın önündə gedən seçilmiş ziyalılar saxta, qurama ittihamlarla şərlənərək ya güllələndilər, ya da sürgünlərə göndərildilər. 

Sonu ölümlə, faciə ilə nəticələnən həbslərin üstündən uzun illər keçəndən sonra isə bu insanlara bəraət verildi, günahsız həbs olunduqları rəsmi təsdiqini tapdı. Amma vaxtsız verilən bu bəraət qanı qurumayan, qaysaq bağlamayan yaraları sağaltmadı. Necə deyərlər, arxadan atılan daş oldu.

Kütləvi repressiyalar zamanı saxta ittihamlarla həbs olunan, sürgünlərə göndərilənlərdən biri də Yusif bəy Süleyman bəy oğlu Ağasıbəyli idi. O, 20 dekabr 1896-cı ildə Gəncədə dünyaya göz açmışdı. İbtidai təhsilini mollaxanada almış, burada   ərəb və fars dillərini öyrənmişdi. 1906-1917-ci illərdə isə təhsilini şəhərdəki kişi gimnaziyasında davam etdirmiş, dünyəvi biliklərə yiyələnmişdi. 1917-ci ildə gimnaziyanı başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Tiflisə getmiş, Politexnikuma qəbul olmuşdu.  1918-ci ilin may ayında Yusif bəy Ağasıbəyli tələbə yoldaşlarının bir neçəsi ilə bərabər İstanbula getmişdi. Osmanlı hökuməti bilik və bacarıqlarını nəzərə alaraq onları Almaniyaya təhsil almağa göndərmək barədə qərar qəbul etmişdi. Həmin vaxtlar Almaniyada yaranmış siyasi gərginliyə görə bu qərarı icra etmək mümkün olmamışdır. Başqa çıxış yolu olmayan Yusif bəy Bakıya qayıtmışdı.

Bakıya qayıdan Yusif bəy 1918-ci ildən 1920-ci ilin yanvarınadək fərdi qaydada müəllimliklə məşğul olmuşdu. Həmin günlər artıq Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Cümhuriyyətin parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919-1920-ci tədris ilində 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ölkələrdəki ali məktəblərə göndərilməsi barədə qərar qəbul etmişdi. Həmin gənclərin sırasında Yusif Ağasıbəyli də var idi. 

Yanvarın 14-də Bakı Dəmiryolu Vağzalından oxumaq üçün xarici ölkələrə göndərilən azərbaycanlı gənclər fevralın 11-də Parisə çatdılar. Tələbələri burada Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşıladı.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salındılar. Yusif Ağasıbəyli Berlinə getdi, buradakı Politexnikumda təhsil almağa başladı. 1925-ci ildə ixtisasını daha dərindən mənimsəmək üçün Drezden Politexnikumunda davam etdirdi. 1926-cı ildə  mühəndisliyə namizəd rütbəsi qazandı. 1931-ci ildə Drezdenddə təhsilini başa vuraraq Berlinə döndü. Elə həmin il də doğma vətənə qayıtdı, Gəncə Yağ-Piy Kombinatında baş mexanik vəzifəsində işləməyə başladı.  

Yusif bəy Almaniyada təhsil aldığı illərdə Marqarita Şnayder adlı alman qadınla ailə həyatı qurmuşdu. Onların bu evliliyindən 1928-ci ildə Arslan, 1930-cu ildə Turxan adlı oğulları dünyaya gəlmişdi. 

Repressiya başlasa da, hələlik Yusif bəyi sorğu-suala çəkmirdilər. Amma 1937-il avqustun 1-də qəflətən gecənin bir aləmində onun da qapısı döyüldü. Almaniyada təhsil aldığına görə onu daha çox faşist təşviqatı aparmaqda, həmin ölkədəki rejimi tərifləməkdə və işlədiyi kombinatda pozuculuq işləri aparmaqda ittiham edirdilər. Yusif bəy Ağasıbəyli təbii ki, bu ittihamların heç biri ilə razılaşmırdı. Amma o illər hökm sürən repressiya rejimi idi. 

Yusif bəy Ağasıbəylinin istintaq işi 1938-ci il aprelin 11-də başa çatdı. 1938-ci il dekabrın 13-də keçirilmiş məhkəmə iclasında Yusif bəy və onunla birlikdə eyni iş üzrə ittiham olunanlar ilkin istintaqda işgəncə altında verdikləri ifadələrdən imtina etdilər. Buna görə də Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı işi yenidən araşdırmaq üçün istintaqa qaytardı. Bundan sonra onlara qarşı irəli sürülən ittihamlar sübut olunmadığına görə  üzərlərindən götürüldü.

Lakin repressiya rejimi Yusif bəy Ağasıbəylidən əl çəkmək istəmirdi, onu həbs etmək üçün yeni variantlar axtarırdı. 1939-cu il iyunun 22-də geri qaytarılan cinayət işi ilə bağlı heç bir əlavə təhqiqat işi aparılmadan Hərbi Tribunalın göstərişi ilə istintaq bitmiş hesab olundu və baxılması üçün SSRİ XDİK Özəl Müşavirəsinə göndərildi. Özəl Müşavirədə Yusif  bəy Ağasıbəylini əks-inqilabi-millətçi təşkilata üzv olmaqda və sovet hakimiyyətini devirmək məqsədilə silahlı üsyan hazırlanmasından xəbərdar olmaqda ittiham edərək 1937-ci ildən hesablanmaqla 3 illiyə islah-əmək düşərgəsində cəza çəkməyə məhkum etdilər. 

1940-cı ildə həbsdən azad olunduqdan sonra Gəncəyə qayıdan Yusif bəy  şəhərdəki İstilik Mərkəzində baş mühəndis işləməyə başladı. Fikirləşdi ki, yəqin, bundan sonra repressiya rejimi onu sakit buraxar. Amma Yusif bəyin fikirləşdiyi kimi olmadı. Hitlerçilərin keçmiş ittifaq üzərinə hücumundan sonra Yusif bəy yenidən sovet rejiminin zülmü ilə üzləşdi. Həm özünün Almaniyada təhsil aldığı, həm də həyat yoldaşı alman olduğu üçün yenidən təqiblərə məruz qaldı. 1942-ci ildə ailəsi ilə birlikdə onu Qazaxıstana sürgün etdilər. Bundan da ürəkləri soyumayan rejim 1944-cü ildə onları əvvəl Daşkəndə, sonra Tacikistanın Leninabad şəhərinə göndərdi. Rejim ailəyə burada da yaşamağa imkan vermədi. 1953-cü ildə yenidən onları Özbəkistana qaytardılar. Yusif bəy 1954-cü ilə qədər Namanqan şəhərindəki istilik mərkəzində baş mexanik işlədi. Bir müddətdən sonra onu həmin şəhərdəki Rezin məhsulları zavoduna direktor təyin etdilər.

Axır ki, gec də olsa haqq-ədalət öz yerini tapdı. Yusif  bəy 1956-cı ildə günahsız olması haqqında bəraət aldı. 1960-cı ildə Gəncəyə döndü. Əvvəlcə Alüminium zavodunda, sonra isə İstilik Mərkəzində mühəndis işlədi. 

Yusif bəy Ağasıbəyli 1980-ci il mayın 25-də, həyat yoldaşı Marqarita Ağasıbəyli isə 1986-cı ildə dünyalarını dəyişiblər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!