07 Aprel 2026 08:45
687
Səhiyyə
A- A+
Zərgər dəqiqliyi, həkim ürəyi

Zərgər dəqiqliyi, həkim ürəyi


Xəstəxananın dəhlizində ağır bir sükut hökm sürürdü. Otaqlardan gələn tibbi cihazların monoton səsi bu gərginliyi daha da artırırdı. Bütün nəzərlər əməliyyat blokunun qapısına dikilmişdi. İçəridə, parlaq işıqların altında bir cərrah dayanmışdı. O, cəmi bir neçə gün əvvəl özünün 50 illik yubileyini qeyd etsə də, indi önündə dayanan sınaq bütün yubileylərdən, təbriklərdən daha vacib idi. Onun qarşısında anadangəlmə ürək qüsuru ilə doğulmuş bir gənc uzanmışdı. İndi həyata keçiriləcək bu əməliyyat həm də Azərbaycan tibb elminin ən böyük imtahanlarından biri idi.

Həkim, əlindəki cərrah bıçağını zərgər dəqiqliyi ilə hərəkət etdirirdi. Hər bir toxunuş həyatla ölüm arasındakı o nazik xətti müəyyən edirdi. Saatlar keçdikcə gərginlik zirvəyə çatdı və nəhayət... ürək öz yeni ritmi ilə döyünməyə başladı! 

Bəli, o gün təkcə bir insanın həyatı xilas olmadı, həm də Azərbaycan kardiocərrahiyyəsinin əsası qoyuldu. 

Zaman 1979-cu il, məkan Bakı şəhəri, bu möcüzəni reallaşdıran, həmin anlarda soyuqqanlılığı və peşəkarlığı ilə tarix yazan o şəxs isə milli kardiocərrahiyyəmizin banisi, tibb elmləri doktoru, professor Fikrət Zərgərli idi.


Həyatın ritmi

 

Həyatımızın hər anı, biz fərqində olmasaq da, sinəmizdə döyünən kiçik orqanın -  ürəyin ritminə bağlıdır. Sağlam ürək sağlam gələcək deməkdir. Lakin bəzən yaşam ritmi pozulur, ən dözümlü qəlblər belə yardıma ehtiyac duyur. 

Tibb elmi hər zaman bugünkü səviyyədə olmayıb. İnsan sağlamlığının təməl daşı olan ürəyin sirlərini öyrənmək, ona müdaxilə etmək və xəstəliklərini sağaltmaq üçün ölkəmizdə də fədakar həkimlərimiz uzun və çətin bir yol qət ediblər. 40-50 il əvvəl icra edilən hər bir uğurlu cərrahi əməliyyatın arxasında texniki imkanlardan daha çox həkimin biliyi, sarsılmaz iradəsi və cəsarəti dayanıb. Bunlarla onlar ümidini itirmiş minlərlə insana yenidən nəfəs verməyi bacarıblar. 

Belə fədakar həkimlərimizdən biri də öz sahəsinin peşəkarı olan professor Fikrət İsmayıl oğlu Zərgərlidir.  Heç təsadüfi deyildi ki, hələ sağlığında ona "Ürək zərgəri" deyirdilər. Görkəmli alim, həqiqətən də, qəlblərə zərgər incəliyi ilə toxunurdu.

Əslən Salyan rayonundan olan və 1929-cu ildə Bakıda müəllim ailəsində doğulan Fikrət Zərgərli hələ gənc yaşlarından elmə olan həvəsi ilə seçilib. O, 1947-ci ildə 6 nömrəli məktəbi gümüş medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1949-cu ildə isə təhsilini davam etdirmək üçün İ.M.Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. Yüksək bilik və savadına görə Fikrət Zərgərlini dərhal institutun hospital cərrahiyyə kafedrasına dəvət ediblər.

Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 nömrəli Moskva Şəhər Xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışıb. Daha sonra isə  Fikrət Zərgərli öz fəaliyyətini A.L.Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirib.

1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub.

Moskvada keçən illər Fikrət həkim üçün böyük bir təcrübə məktəbi olub. O, dünyaşöhrətli akademik B.V.Petrovskinin rəhbərliyi altında, dünyada ilk dəfə həyata keçirilən ürək anevrizması əməliyyatlarında yaxından iştirak edərək kardiocərrahiyyənin sirlərinə yaxından yiyələnib. 

Fikrət Zərgərlinin ömür yolu, sadəcə, xəstəxana divarları arasında keçməyib. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ zamanı könüllü kimi hadisə yerinə yollanması onun nə qədər böyük qəlbli bir insan olduğunun sübutu idi. 


Vətənlə döyünən ürək 


1976-cı ilin oktyabrında Azərbaycan SSR Səhiyyə Nazirliyinin dəvəti ilə Bakıya qayıdan professor Fikrət Zərgərli az müddətdə ölkədə kardiocərrahiyyənin təməllərini qoyur. 1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olur. Qısa müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaradır, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlayır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilir. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F.Zərgərlinin rəhbərlik etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılır.

Azərbaycan səhiyyə tarixinin yaddaşına həkk olunan ən təsirli hadisə isə 1979-cu ilin dekabrında baş verib. Belə ki, professorun həmin ilin 13 dekabrında anadangəlmə ürək qüsurlu bir şəxs üzərində apardığı əməliyyat Azərbaycan tibb dünyasında bir inqilab olub. Ölkəmizdə kardiocərrahiyyə sahəsi adına atılan bu ilk uğurlu addım minlərlə insana şəfa tapmaq ümidi verib.

Professor Fikrət Zərgərli 150-dən çox elmi əsərin, məruzə və məqalələrin müəllifidir. O, dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və digər ölkələrdə "Ürəyin blokadası"na aid mövzularla simpoziumlarda çıxış edib.


Mahnıya çevrilən ömür


Fikrət Zərgərli təkcə tibb aləmində deyil, sənət dünyasında da silinməz iz qoymuşdu. Bəlkə də az adam bilir ki, korifey sənətkar Zeynəb Xanlarovanın ifasında sevilən "Mehriban həkim" mahnısı (sözləri M.Seyidzadə, musiqisi Ə. Tağıyev) məhz 1975-ci ildə Fikrət həkimə həsr olunub. Onun xəstələrinə olan səmimiyyəti, qayğısı və mehribanlığı həmin gözəl mahnıda notlara sığdırılıb. 

Ancaq amansız əcəl başqalarının ürəyinə ömür calayan bu "şəfa zərgəri"nin arzularını yarımçıq qoyub. Gecə-gündüz insan sağlamlığının keşiyində dayanan Fikrət Zərgərli qısa sürən xəstəlikdən sonra 1984-cü ildə cəmi 54 yaşında əbədiyyətə qovuşub. Lakin onun yaratdığı "Zərgərli məktəbi" bu gün də yaşayır.  Azərbaycanda hər hansı bir kardiocərrahi əməliyyat uğurla yekunlaşırsa, həmin uğurun kökündə o böyük yolun ilk cığırını açan Fikrət həkimin "zərgər dəqiqliyi" dayanır.

Xalqımız və dövlətimiz öz dəyərli övladını unutmur. Salyan Regionlararası Kardioloji Dispanseri bu gün qürurla Fikrət Zərgərlinin adını daşıyır. 

1974-cü ildə onun fəaliyyətinə həsr olunmuş "Üç hekayə" filmi isə arxivlərimizin qızıl fondunu bəzəyir. Amma Fikrət Zərgərli üçün ən böyük abidə nə binalar, nə də filmlərdir. Onun ən böyük abidəsi bu gün Azərbaycanda normal ritmlə döyünən minlərlə insan ürəyidir.

Ruhun şad olsun, fədakar təbib! Sənin qoyduğun o böyük yol bu gün daha parlaq gələcəyə uzanır.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Havaların yağmurlu keçməsinə baxmayaraq...

08:55
22 Aprel

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

08:50
22 Aprel

Müasirləşən qədim Bakı

08:45
22 Aprel

XIX əsr Bakısının şəhərsalma mənzərəsi

08:40
22 Aprel

Bakı qlobal urbanizasiya gündəminin mərkəzində olacaq

08:35
22 Aprel

Ağ günlərinə qovuşan Ağdam

08:30
22 Aprel

"Şimal-Cənub" marşrutu bütün tərəflərə fayda gətirə bilər

08:25
22 Aprel

Ermənistanda seçki gərginliyi: ritorika sərtləşir

08:20
22 Aprel

Sülhün aydınlığında kölgə axtaranlar

08:15
22 Aprel

UNESCAP-a sədrlik Azərbaycana göstərilən növbəti qlobal etimaddır

08:10
22 Aprel

Parlament diplomatiyası ölkəmizin xarici siyasətinə layiqli töhfələr verir

08:05
22 Aprel

Bakı qlobal diplomatiyanın yeni paytaxtıdır

08:00
22 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!