07 Aprel 2026 09:00
172
İQTİSADİYYAT
A- A+
TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı


2026-cı il mart ayının sonu və aprel ayının əvvəlində Azərbaycan iqtisadiyyatında baş verən hadisələr ölkənin beynəlxalq iqtisadi əməkdaşlıqda artan rolunu və strateji istiqamətlər üzrə fəallığını  nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, tranzit və yüksək texnologiyalar sahəsində müşahidə olunan inkişaf meyilləri iqtisadiyyatın şaxələndirilməsi və qlobal inteqrasiya proseslərinin gücləndirilməsi baxımından ötən həftə əhəmiyyətli olub.

Azərbaycanın beynəlxalq enerji platformalarında iştirakı, xüsusən də 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) çərçivəsində əldə olunan razılaşmalar enerji sektorunda əməkdaşlığın genişlənməsinə imkan yaradıb. Bu kontekstdə martın 30-da Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə Qahirədə EGYPS 2026 işə başlayıb. Aprelin 1-dək davam edən tədbirdə Azərbaycan SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 

Qeyd edək ki, konfrans enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və innovativ texnologiyaların tətbiqi mövzularında keçirilib. Tədbirdə 500-dən çox enerji şirkəti, həmçinin 350-dən çox spiker iştirak edib. Sərgi çərçivəsində 13 ölkənin milli pavilyonu təqdim olunub, çoxtərəfli əməkdaşlıq və investisiya imkanları müzakirə olunub. Müzakirələr fonunda SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb, bu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.

Məlumdur ki, Azərbaycan beynəlxalq enerji əməkdaşlığında önəmli addımlar ataraq, strateji tərəfdaşlarla münasibətlərin gücləndirilməsi və enerji sektorunda yeni investisiya imkanlarının yaradılması istiqamətində uğurlar  əldə edir. Bu baxımdan, Qahirədə imzalanan saziş neft və qaz məhsullarının Misir bazarına çıxışını asanlaşdıracaq və investisiya imkanlarını genişləndirəcək. Azərbaycan ilə Misir arasındakı enerji əməkdaşlığının daha çox dərinləşdirilməsi bu saziş vasitəsilə təmin olunacaq. 

 Enerji sahəsindəki uğurlarla yanaşı, SOCAR beynəlxalq ticarət və ixrac fəaliyyətlərində də əhəmiyyətli nəticələr əldə edir. Bu mənada SOCAR Türkiyə şirkətləri ixrac sahəsində mövqeyini gücləndirməkdədir. Ötən həftə İstanbulda keçirilən "2025 İxracatın Ulduzları" mükafatlandırma mərasimində SOCAR Türkiyə şirkətlər qrupundan "STAR Rafineri" 1-ci, "SOCAR Petrol Ticarət" isə 2-ci yerə layiq görülüb. Bu mükafat şirkətin mineral yanacaqlar kateqoriyasında yüksək ixrac nailiyyətlərini və beynəlxalq bazarlarda rəqabət qabiliyyətini təsdiqləyir.

***

Keçən həftə Azərbaycan beynəlxalq nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində də fəaliyyətini nümayiş etdirib. Aprelin 1-də Parisdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə Bakı şəhərinin "Rəqəmsal əkiz" layihəsi təqdim olunub. Tədbirdə məlumatların toplanması, inteqrasiyası və süni intellekt texnologiyalarının nəqliyyat sistemlərinin dayanıqlılığı, eləcə də optimallaşdırılmasında tətbiqi müzakirə edilib. Azərbaycan bu forumda həm də beynəlxalq əməkdaşlığı gücləndirərək dayanıqlı və gələcəyə yönələn nəqliyyat siyasətinin təşviqinə töhfə verib. 

***

Qeyd edək ki, Azərbaycan üzərindən Ermənistana yük daşımaları xeyli müddətdir fasiləsiz həyata keçirilir və bu, regionda ticarət-logistika əlaqələrinin mühüm tərkib hissəsini təşkil edir. Ölkə ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana müntəzəm olaraq müxtəlif məhsullar, o cümlədən taxıl, gübrə və digər kənd təsərrüfatı məhsulları göndərilir. İndiyədək Azərbaycan vasitəsilə 23,5 min ton taxıl, 1000 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb ki, bu da regional ticarət əlaqələrinin dayanıqlı və etibarlı olmasını göstərir. Həmin kontekstdə ötən həftənin əvvəlində  ölkə ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 5 vaqondan ibarət, ümumi çəkisi 349 ton olan buğda göndərilib. 

***

Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı  (TDT) çərçivəsində iqtisadi, nəqliyyat və texnoloji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində keçirilən görüşlər regional inteqrasiyanın güclənməsinə hər zaman təkan verib. Nəqliyyat və logistika sahəsində xüsusilə tranzit daşımaların artması və rəqəmsal həllərin tətbiqi Azərbaycanın Orta dəhlizdə strateji mövqeyini daha da möhkəmləndirib. Bu mənada  aprelin 1-2-də TDT hökumət başçılarının Bakıda keçirilən ikinci görüşündə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın bir qədər də gücləndirilməsi, ticarət və enerji layihələrinin inkişafı, həmçinin regional nəqliyyat və logistik imkanların genişləndirilməsi məsələləri müzakirə olunub. Görüş çərçivəsində qarşılıqlı etimadın artırılması və birgə investisiya təşəbbüslərinin gücləndirilməsi  məqsədilə bir sıra qərarlar qəbul edilib. 

Beləliklə, ötən həftənin hadisələri göstərdi ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar həm beynəlxalq əməkdaşlıq, həm də daxili inkişaf təşəbbüsləri sayəsində ölkənin dayanıqlılığını və rəqabət qabiliyyətini xeyli gücləndirib. Bu uğurlar gələcəyə yönələn strateji addımların və davamlı iqtisadi siyasətin təsirini nümayiş etdirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

10:40
07 Aprel

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

10:39
07 Aprel

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

10:33
07 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:26
07 Aprel

Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam ölkə Prezidenti seçilib

10:14
07 Aprel

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır

10:09
07 Aprel

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

10:01
07 Aprel

Xəzərdə zəlzələ olub

09:48
07 Aprel

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!