01 Aprel 2026 08:45
141
Səhiyyə
A- A+
Yazda sağlam qalmağın sirri

Yazda sağlam qalmağın sirri


Bahar təbiətə yeni nəfəs gətirsə də, insan orqanizmi üçün bu dövr bəzən gözlənildiyi qədər asan keçmir. Qışın uzun sürən soyuq havasından sonra temperaturun dəyişməsi, gün işığının artması və həyat ritminin yenilənməsi bədən üçün bir növ sınaq mərhələsinə çevrilir. 

Bəzi insanlar məhz bu aylarda daha çox yorulduğunu, tez-tez xəstələndiyini və enerjisinin azaldığını hiss edir. Bunun əsas səbəbi isə immun sisteminin mövsüm keçidinə uyğunlaşmaqda çətinlik çəkməsidir. Yaz mövsümündə virus və soyuqdəymə hallarının artması da məhz bununla əlaqələndirilir. Bu səbəbdən ilin bu dövründə sağlamlığın qorunması, xüsusilə də immunitetin gücləndirilməsi prioritet məsələyə çevrilir.

İmmun sistemi orqanizmin müdafiə mexanizmidir və onun düzgün işləməsi bir çox amildən asılıdır. Ən vacib faktor isə qidalanmadır. Qış aylarında bədən daha çox enerji sərf etdiyi üçün əsasən kalorili mənşəli qidalara üstünlük verilir. Lakin yazda vəziyyət dəyişir. Havanın isinməsi ilə orqanizm artıq istilik balansını qorumaq üçün əvvəlki qədər enerji sərf etmir. Bu isə qidalanma rejiminin yenidən tənzimlənməsini zəruri edir. Xüsusilə zülalların rolu burada ön plana çıxır. İmmunitet hüceyrələrinin əsas tərkib hissəsi zülal olduğundan gündəlik rasionda bu maddənin kifayət qədər olması vacibdir. Ət, balıq, yumurta və süd məhsulları bu baxımdan əvəzolunmazdır. Bununla yanaşı, yaz aylarında bitki mənşəli zülallara da yer vermək tövsiyə olunur.

Qidalanmanın yalnız zülallarla məhdudlaşmadığını qeyd etmək lazımdır. Orqanizmin güclü qalması üçün vitamin və mineralların da rolu danılmazdır. Xüsusilə mart və aprel aylarında tez-tez rast gəlinən vitamin çatışmazlığı bir çox narahatlığa səbəb olur. İnsan özünü halsız hiss edir, diqqəti azalır, dəri və saçlarda problemlər yaranır. "Avitaminoz" kimi tanınan bu vəziyyət əsasən qış boyu təzə meyvə-tərəvəzin az istifadəsi ilə əlaqədardır. Belə hallarda vitaminlə zəngin qidaların rasiona daxil edilməsi vacibdir. Bu baxımdan, ən çox diqqətçəkən maddələrdən biri C vitaminidir. O, immun sisteminin güclənməsində, dəri sağlamlığının qorunmasında və dəmirin mənimsənilməsində mühüm rol oynayır. Eyni zamanda güclü antioksidant kimi fəaliyyət göstərərək hüceyrələri zərərli təsirlərdən qoruyur. Maraqlıdır ki, bir çox insan C vitaminini yalnız portağalla əlaqələndirsə də, əslində, bu maddənin daha zəngin mənbələri mövcuddur. Məsələn, kivi, çiyələk və bolqar bibəri kimi məhsullar bu baxımdan daha üstün hesab edilir.

Kivi təkcə C vitamini ilə deyil, həm də digər faydalı maddələrlə zəngindir. Onun tərkibində fol turşusu, E və K vitaminləri də mövcuddur ki, bunlar orqanizmin ümumi fəaliyyətinə müsbət təsir göstərir. Lakin bu meyvədən maksimum fayda əldə etmək üçün onun təzəliyinə diqqət etmək lazımdır. Uzun müddət saxlanılan və uzaq məsafədən gətirilən meyvələr qida dəyərinin bir hissəsini itirə bilər.

Çiyələk isə yazın ən sevilən nemətlərindən biridir. Onun tərkibində olan antioksidantlar beyin fəaliyyətini dəstəkləyir və hüceyrələri zədələnmədən qoruyur. Meyvənin qırmızı rəngi onun nə qədər faydalı olduğunu göstərən əsas göstəricilərdən biridir. Rəng nə qədər parlaqdırsa, tərkibindəki faydalı maddələrin miqdarı da bir o qədər yüksək olur. Digər tərəfdən, bolqar bibəri də C vitamini baxımından olduqca zəngindir. Hətta az miqdarda qəbul edildikdə belə gündəlik ehtiyacın böyük hissəsini ödəyə bilir. Onun tərkibində olan beta-karoten isə orqanizmdə A vitamininə çevrilərək görmə və dəri sağlamlığına müsbət təsir göstərir.

Yaz mövsümündə istifadə edilən digər faydalı məhsullar sırasında müxtəlif göyərtilər də xüsusi yer tutur. Cəfəri, şüyüd, kahı kimi bitkilər vitamin və minerallarla zəngindir. Eyni zamanda yerkökü də karotinoidlərin əsas mənbələrindən biridir və bu maddələr orqanizmdə A vitamininə çevrilərək immun sistemini dəstəkləyir.

Qoz-fındıq və toxumlar da sağlam qidalanmanın ayrılmaz hissəsidir. Badam, qoz, püstə, kətan və çia toxumları omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngindir. Bu maddələr orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir və ürək-damar sistemini qoruyur. Bundan əlavə, bu məhsulların tərkibində olan E vitamini hüceyrələri oksidləşdirici stresdən qoruyur.

İmmunitetin gücləndirilməsində bağırsaq sağlamlığının rolu da olduqca böyükdür. Bağırsaq mikroflorası milyardlarla faydalı bakteriyadan ibarətdir və bu bakteriyalar immun cavabın formalaşmasında mühüm rol oynayır. Faydalı və zərərli bakteriyalar arasındakı balans pozulduqda orqanizmdə iltihabi proseslər arta bilər. Bu isə immun sisteminin zəifləməsinə gətirib çıxarır. Ona görə də liflə zəngin qidaların qəbulu, tam taxıllı məhsullara üstünlük verilməsi və probiotiklərin istifadəsi tövsiyə olunur.

Həyat tərzi də immun sisteminə birbaşa təsir edir. Kifayət qədər yuxu, fiziki aktivlik və stresin idarə olunması sağlamlığın qorunmasında mühüm rol oynayır. Gündəlik ən azı 7-8 saat yatmaq, müntəzəm olaraq hərəkət etmək və psixoloji gərginliyi azaltmaq immuniteti gücləndirən əsas amillər sırasındadır.

Eyni zamanda bəzi vərdişlərdən uzaq durmaq da vacibdir. Həddindən artıq şəkərli və emal olunmuş qidalar immun sisteminə mənfi təsir göstərir. Bu cür məhsullar orqanizmdə iltihabı artıraraq müdafiə mexanizmlərini zəiflədir. Antibiotiklərin həkim məsləhəti olmadan istifadəsi də bağırsaq mikroflorasına zərər verərək immuniteti aşağı sala bilər.

Yaz aylarında tez-tez rast gəlinən problemlərdən biri də allergiyalardır. Bitkilərin çiçəklənməsi ilə əlaqədar havada polenlərin miqdarı artır və bu da bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Bu zaman immun sistemi daha çox yüklənir və əlavə dəstəyə ehtiyac duyur.

Bəzi hallarda vitamin və mineral çatışmazlığını qida ilə tam şəkildə kompensasiya etmək mümkün olmur. Bu zaman əlavə preparatlardan istifadə gündəmə gələ bilər. Lakin bu cür vasitələrin seçimi diqqətlə aparılmalıdır. Tərkibində yalnız bir vitamin deyil, bir neçə faydalı komponentin olduğu komplekslərə üstünlük vermək daha məqsədəuyğundur. Bununla belə, hər hansı əlavə qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək vacibdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

Tramp: Razılaşmadan asılı olmayaraq, ABŞ İrandakı əməliyyatlara son qoyacaq  

07:57
01 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

07:44
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!