05 Mart 2023 02:24
3340
Elm və texnika
A- A+
Zamanın idarəçisi

Zamanın idarəçisi

 

Zamanı hesablamaq üçün müxtəlif dövrlərdə fərqli təqvimlərdən istifadə olunub. Təqvimlərin əsasını  göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir.  Təqvimlərin müxtəlif növləri var. 
Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcının hansı aydan hesablanmasında olur. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda tarixən il yazdan hesablanıb. Qədim misirlilər ilin başlanmasını Nilin daşması, şumerlər güclü küləklərin başlanması, romalılar paytaxt şəhərinin əsasının qoyulması, yunanlar Olimpiya oyunlarının keçirilməsi, bəzi ölkələr isə yeni hökmdarın hakimiyyətə gəlməsi  ilə qeyd ediblər.
Ən qədim təqvim növü Ay təqvimi hesab olunur. Ayın Yer kürəsi ətrafındakı hərəkət dövriliyinə əsaslanan təqvim növü Mesopotamiyada III minillikdə tərtib edilsə də, miladdan öncə IX əsrdə aşşurlar, sonra isə yəhudilər bu təqvimdən istifadə ediblər. Daha sonra Şərq ölkələrində geniş yayılıb. Müsəlman ölkələrində geniş yayılmış bu təqvim "hicri tarix" adı ilə məşhurdur.  Hicri-qəməri təqvimdən hazırda 20-dən çox ölkə istifadə edir.
Bu təqvimə görə, il 12 aydan, ilin uzunluğu isə 354 gündən ibarətdir. Bu təqvim Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Təqvimdə əsas vaxt vahidi olaraq Ayın iki ardıcıl eyni adlı fazası arasındakı müddət götürülür. Bu vaxt vahidi sinodik ay adlanır. Hicri təqvimində aylar tam günlərdən ibarət olmalıdır. Ona görə ilin 6 ayı 30 gün, 6 ayı isə 29 gün götürülür. 
Ərəb Ay təqvimində isə 19 adi və 11 uzun il var. İlin başlanğıcı və ya yeni il məhərrəm ayının 1-i hesab edilir. Bu da həmişə təzə ayın çıxmasına uyğun gəlir. Ay təqvimində aylarla fəsillər arasında əlaqə yoxdur. Eyni ay müxtəlif illərdə fərqli fəsillərə düşür. 

 

Roma təqvimləri

 

İlk Günəş təqvimi sayılan Yuli Sezar təqviminə görə, hər 4 ildən 3-ü 365 gün (qısa il), 1-i 366 gün (uzun il) olurdu. Sezar təqvimində ilin orta uzunluğu 365 sutka 6 saat idi. Bu da bir ilin həqiqi uzunluğundan 11 dəqiqə 14 saniyə çox idi. Buna görə də XV əsrdə yeni ilin daxil olması astronomik yeni ildən 10 sutka geri qalırdı. Hazırda istifadə edilən ay adları da Yulian təqviminə görə adlandırılmışdı. Belə ki, yanvar (Yanus ayı) adını iki simalı Roma Allahı Yanusun şərəfinə alıb və "ilə keçid" mənasını verib. Fevral (təmizləyici ay) adı Yeraltı Allah olan Februusadan, mart isə (Mars ayı) qədim müharibə Allahı olan Marsdan götürülüb. Aprel ayının adının bir neçə mənası olduğu güman edilir. Latın feili olan aperire - açmaq sözündən götürüldüyü və İtaliyada yaz fəslinin bu ay başlandığı bildirilir, eyni zamanda apricus - günəş ilə qızdırılan, aphrilis - yunan ilahəsi Afroditanın şərəfinə (Aphros), həmçinin Roma Venerasına aid edilirdi. Məhz Veneranın ayı aprel seçilib.
May (Maya ilahəsinin ayı) məhsuldarlıq ilahəsi olan Bona Dea ( Yaxşı İlahə) ilə bir hesab edilən yunan ilahəsi Mayanın şərəfinə verilib. İyun (Yunonanın ayı) ayı  fərziyyələrə görə, Yupiterin arvadı ilahə Yunonanın adından götürülüb. İyul (Yulinin ayı) təqvimi tərtib edən və bu ayda dünyaya gələn Yuli Sezarın şərəfinə adlandırılıb. Avqust (Avqust ayı) Oktavian Avqustun şərəfinə, xeyli sonra  imperatorun hakimiyyəti dövründə onun üçün xoşbəxt sayılan ayda verilib.
Sentyabrdan başlayaraq aylar öz adlarını, qədim Roma təqvimində müvafiq ayı göstərən latın saylarından alıblar. Yulian təqvimindən fərqli olaraq bu adlar iki ay geri say mənasını verir. Sentyabr ayı müasir təqvimdə 9-cu ay olsa da, biz onu adlandırarkən "yeddinci" mənasını verən qədim latın sözündən istifadə edirik. Dekabr daxil olmaqla son dörd ayın adı Yulian təqvimindən götürüldüyü zaman sürüşdürülməyə yol verilib.
Növbəti təqvim islahatını Roma papası XIII Qriqori keçirir. Qriqoryan adlanan təqvim onun göstərişi ilə tərtib olunub və Yuli təqviminin təkmilləşdirilmiş variantı hesab olunur. 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçid edilib. Bu təqvimə görə, hər ayın tarixi 10 gün sürüşdürülərək  qısa və uzun illərin növbələşməsi saxlanılıb. İllərin nömrələrindən hansısa biri iki sıfırla bitirsə və yüzlüklərin sayı 4-ə bölünmürsə, o ili qısa il hesab edirdilər. Bu təqvim də 12 aydan ibarətdir və yeni il yanvarın 1-dən başlayır. Azərbaycanda da bu təqvimdən istifadə olunur. 

 

İnanclara əsaslanan təqvim

 

Astek təqvimi Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsüdür. Bu təqvimdən ilk dəfə 3500 il bundan əvvəl olmeklər istifadə ediblər. Sonralar isə onu Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar - mayyalılar, sapoteklər və asteklər qəbul ediblər. Onların təsəvvürlərinə görə, bu zaman ölçüsü ilahi mənşəyə, həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir.
Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl isə 365 gün olurdu. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər dövrənin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı. Astek təqvimi öz başlanğıcını eramızın 1090-cı ilindən götürüb. 
Asteklər inanırdılar ki, hər 52 illik dövri sistemin sonunda dünya məhv olmaq təhlükəsi ilə üzləşir. Ona görə də onlar yeni "era"nı xüsusi təntənəli dini mərasim və ayinlərlə qarşılayırdılar.
İnanclara görə, yüz belə "era" öz növbəsində "Günəş" adlanan 5200 illik yeni eranı təşkil edir. Bu təqvimə görə beşinci Günəş erası asteklərdə səma, günəş və döyüşçülərin tanrısı olan Tonatiu tərəfindən idarə olunur.
Türk-monqol təqvimi meton dövrəsi üzrə tənzimlənən və qəməri-şəmsi sisteminə aid olan təqvimlərdəndir. Bu təqvimdə 12 adi, 7 uzun il var. Çin təqvimindəki kimi 12 il heyvan adları ilə adlandırılıb. Təqvimdə 7 uzun il 13 aya bölünüb. 12 adi il isə 12 aydan ibarət olub. Aylar "birinci ay", "ikinci ay", "təzə ay", "köhnə ay" və s. kimi adlandırılıb. Ay təzə ayın çıxması ilə başlanıb. Təqvim 1027-ci ildən hesablanır.

 

Xalq təqvimi

 

Bundan başqa, el arasında xalq təqvimindən də istifadə olunur. Bu, müəyyən bir bölgəyə xas olan, ya da ümumi qəbul edilməyən təqvim növüdür. Xalq təqvimi rəsmi təqvimlərdən fərqli olaraq ili, ayları və günləri başqa bir şəkildə hissələrə ayırır və fərqli anlayışlarla adlandırır. Aylar müxtəlif təbii hadisələr, əkinçilik anlayışları ilə adlandırılır və bunların bəziləri hazırda rəsmi təqvimlərdə də istifadə olunur.  Qeyd edək ki, Türkiyə təqvimində istifadə olunan bəzi ay adları xalq təqvimlərindən alınıb. Məsələn,  ocaq (yanvar), əkim (oktyabr)...
Türk xalq təqvimi, hamısında ortaq bir anlayış olaraq gün dönümü əsasına görə yaradılır. Bugünkü təqvim anlayışının əksinə ortalama doqquz gün geridən gələn ay başlanğıcları var. Yəni birinci ayın birinci günü 22 mart hesablanır. 
Ayların adları isə müxtəlif türk xalqlarında fərqlənir. Onlar əkinçilik vasitələri, heyvandarlıq, iqlim dəyişiklikləri, hava hadisələrinə görə adlandırılır.  
Türk mədəniyyətində ayların uzunluğu, mövsümlərin cəmi müddətləri nəzərə alınaraq hesablanır. Dünyanın orbitinə görə, bahar və yaz fəsilləri uzun, payız və qış isə daha qısadır. Mövsümlərin ən qısası qış, ən uzunu isə yazdır, təxminən 93-94 gün davam edir. Həmçinin türk xalqlarında həftənin günləri müxtəlif cür adlandırılıb, eyni zamanda həftənin hansı gündən başlaması da fərqli olub. Bununla yanaşı, türk xalqlarında zaman anlayışını bildirən sözlər də  fərqli olub.  

 

Ən geniş yayılmış təqvim növü

 

Müasir dövrdə isə ən geniş yayılmış Günəş təqvimidir. Hazırda istifadə edilən təqvim ilə müasir vaxtın hesablanma sisteminə başlanması arasında 500 ildən artıq fərq olduğu bildirilir. Bu təqvimin vətəni Qədim Misir hesab olunur. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunun qarşısına bənd çəkib əkinlərə verməsəydilər, su axıb dənizə gedərdi və tarlalar susuz qalardı. Bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olardı ki, nəticədə aclıqla müşahidə olunardı.  
Misir kahinləri iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu göründüyünü və həmin vaxt çayın daşdığını müəyyən edirlər.
Beləliklə, Siriusun ikinci dəfə çıxmasına qədərki müddəti hesablayırlar və görürlər ki, bu müddət 365 gün çəkir. Bu uzun müddəti isə hər biri 30 gün olan on iki mərhələyə bölərək, qalan beş günü ilin axırına əlavə edərək, Günəş təqvimini yaradıblar. 
Aparılan müşahidələr nəticəsində məlum olub ki, Sirius ulduzu gecikir, yəni təqvim üzrə il qurtarır, amma ulduz görünmür. Anlayırlar ki, vaxtı düzgün hesablamayıblar, 6 saat artıq götürmüşlər. Sonra hər dörd ildə bir sutka etdiyi müəyyənləşir.
Tez-tez eşitdiyimiz Çin təqvimi də inanclara əsaslanan təqvim növüdür. Çinlilər qədim zamanlardan bəri uşaqların cinsiyyətini müəyyən etmək üçün bu təqvimdən istifadə ediblər. İnanclara görə, uşağın cinsiyyəti qadından asılı idi. Beləliklə, qadının yaşı və hamilə qaldığı ay məlum olduqda uşağın cinsi haqda fərziyyələr irəli sürürdülər. Bundan başqa,  müxtəlif xalqlar öz təqvimlərini yaradıb müəyyən müddət bundan istifadə ediblər. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!