05 Dekabr 2023 09:50
724
CƏMİYYƏT
A- A+
Yeni LAÇIN - innovativ quruculuq, modern şəhər, rahat yaşam

Yeni LAÇIN - innovativ quruculuq, modern şəhər, rahat yaşam

 

Böyük qayıdışın möhtəşəm ünvanı həm də investisiya üçün ən əlverişli məkanlardan biridir

 

Laçındayıq...
Əsrarəngiz mənzərəsi, füsunkar təbiətinə uyğun yenidən qurulan şəhər sanki şiş qayalar üzərində bərq vurur. 
Fərdi evlər, çoxmənzilli yaşayış binaları, infrastrukturun qurulması - işıq, qaz, su xətləri, asfalt yollar, bir sözlə, hər bir iş nizam-intizamla aparılır. Bu əsrarəngiz mənzərəni izlədikcə ürəyimiz dağa dönür. 
Laçına həyat yenidən qayıdıb. Şəhər mərkəzi demək olar ki, Avropa standartları səviyyəsində bərpa olunub, əhalinin rahat yaşayışı və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. 

 

İlk nərəyetişdirmə təsərrüfatı, yüksək əməkhaqqı

 

Hazırda digər azad olunan ərazilərə olduğu kimi, Laçına da əhalinin köçürülməsi intensiv şəkildə davam edir, ən prioritet məsələ isə buraya köçən insanların məşğulluq məsələsidir. 
Əvvəlki reportajımızda bununla bağlı məlumat vermişdik. Laçında məşğulluqla bağlı məsələlərin həlli istiqamətində çox sürətli işlər aparılır. Aqro və Sənaye Parkında yaradılan müəssisələrdə, digər təsərrüfatlarda, sosial-iqtisadi və iaşə obyektlərində əhalinin işlə təmini məsələsi həll edilir. Biz də yolumuzu bir neçə müəssisədən salaraq həm iş prosesi, həm də məşğulluqla bağlı görülən tədbirlərlə tanış olduq. Belə müəssisələrdən biri "Həkəri Balıq Təsərrüfatı"dır. Müəssisə bu ilin avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçına səfərləri zamanı açılıb. 
Həkəri çayı üzərində yaradılan müəssisə Şərqi Zəngəzur zonasında ilk nərəyetişdirmə təsərrüfatıdır. Müəssisənin rəhbəri Fariz Şirinov deyir ki, 7 ha ərazidə salınan təsərrüfatda 3 növ balıq - kür nərəsi, çökə və əlvan forel yetişdirilir. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb. Gələcəkdə balıq çeşidlərinin artırılması da nəzərdə tutulur. Müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. 
Nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də danışan Fariz Şirinovun sözlərinə görə, ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün il boyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir. Daha sonra balıq məhsullarının hazırlanması və emalı üçün erkək balıqların ayrılması, dişi balıqlardan kürü istehsalına başlanması prosesi aparılır. Sonda isə körpə balıqların buraxılması, kürü və balıq məhsullarının əldə edilməsi prosesi həyata keçirilir.
Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur. Gələn ilin axırında ölkə bazarlarında həkərinin nərə balıqları satışa çıxarılacaq. 
Hazırda müəssisədə 37 nəfər işçi çalışır. Onların hər biri Laçın şəhər sakinidir. İşçilər hər cür şəraitlə təmin olunublar. İşçilər burada yaradılan kampda qalır, gündə üç dəfə yemək yeyirlər. Əməkhaqları isə 800-1300 manat arasında dəyişir. 
Laçın şəhər sakini 24 yaşlı Namiq Quliyev burada balıqçı vəzifəsində çalışır. Hələlik evləri hazır olmadığı üçün kampda qalır: "Şəraitimiz çox əladır. Gündə 3 dəfə yemək verirlər. Bol çeşidli ev yeməkləri yeyirik, həvəslə də işləyirik. Avqust ayından burada çalışıram. Həm hovuzlarımızın təmizliyi ilə məşğulam, həm də balıqları yemləyirəm. Çox maraqlı işdir, amma diqqətli olmaq lazımdır, çünki balıqlara yemi qədərində vermək lazımdır. Onlar çox həssasdırlar. Heç ağlıma da gəlməzdi ki, bir gün Laçına qayıdacam və burada belə maraqlı işdə çalışacam. Bu gün Laçın şəhərində hər kəsin əvvəllər yaşadığı evin yerində yeni mənzil tikilir. Bizim də evimiz hazırda tikilməkdədir. Tezliklə ailəlikcə burada yaşayacağıq. Sağ olsun Prezidentimiz, torpaqlarımızı da qaytardı, evimizi də tikib verir, işlə də təmin edir. Bundan yaxşı heç nə ola bilməz. Kimsə mənə dünyada İlham Əliyev kimi Prezident göstərə bilərmi?! Yoxdur belə dövlət başçısı. Bütün məcburi köçkünlər - bizlər ömür boyu Prezidentimizə minnətdar olacağıq".

 

Nadir rast gəlinən qırmızı və yaşıl kahı balıq suyu ilə yetişdirilir

 

Laçın hər gün bir boy da böyüyüb, gözəlləşir. Bu gözəlliklər diyarında təkcə ermənilərin dağıdıb viran qoyduğu infrastruktur, evlər, küçələr yox, həm də tarixi ənənəsi olan təssərüfatlar da bərpa edilir. 
Geniş ərazilərə, təbii yem bazasına sahib olan Laçın rayonu ət, süd və yun, bir sözlə, heyvandarlıq məhsullarının satışına və  istehsalına görə respublikamızın  fərqlənən rayonlarından olub. Ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün sınaq məqsədilə pilot layihə çərçivəsində Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvanın Laçına gətirilməsi faktı məlumdur. 
Cəmi bir il bundan əvvəl ermənilərin çıxarıldığı Laçın rayonu bu gün kənd təsərrüfatının inkişafı,  bərpası  və yenidənqurulması sahəsində innovativ texnologiyanın tətbiq olunduğu bir mərkəzə çevrilməkdədir. Mübaliğəsiz demək olar ki, Laçında kənd  təsərrüfatı məhsullarının yetişdirilməsi  ilə məşğul olan  sahələrə hər gün bir yeni ünvan əlavə olunmaqdadır. 
"Həkəri Balıq Təsərrüfatı" ilə tanışlıqdan sonra yaxınlıqda yerləşən digər müəssisəyə üz tuturuq. Bu, balıq suyu ilə nadir rast gəlinən qırmızı və yaşıl kahı yetişdirən "Aquaponix"dir. Fəaliyyətə başladığı qısa müddətdən istehsal etdiyi məhsulu bazara çıxaran "Aquaponx"in öyünməyə daha çox haqqı var. Burada nadir rast gəlinən qırmızı və yaşıl kahı növü yetişdirilir. Eyni zamanda acı və şirin bibər, pomidor yetişdirilməsi də nəzərdə tutulub.
Həmsöhbət olduğumuz Laçın sakini Elnur Musayev müəssisənin işi barədə məlumat verərək bildirir ki, təsərrüfatın özəlliyi burada bitkiçiliklə yanaşı, balıqçılıqla da məşğul olmalarıdır. Xüsusi hazırlanmış hovuzlarda Som, Aynalı karp, sazan balığı yetişdirilir. Balıq saxlanılan sudan bitkilərin yetişdirilməsi üçün gübrə kimi istifadə edilir. Balıqlar böyüyüb müəyyən həddə çatdıqdan sonra onları satıb, kiçik balıqlarla əvəz edirlər: "Keçən ay ilkin olaraq 150 kiloqram Som balığı satılıb. Qürurla qeyd edə bilərəm ki, fəaliyyətə başladığımızın 4 ay olmasına baxmayaraq, daxili bazarın da kahıya olan ehtiyacını ödəyə bilmişik".
Elnur Musayev deyir ki, təsərrüfatda innovativ texnologiya tətbiq olunduğu üçün çox əmək sərf edilmir. Cəmi 5-6 nəfər çalışanla 30-35 günə az fiziki əmək tətbiq etməklə məhsul əldə etmək olur. "Aquaponix"in nəticələri uğurlu olduğu üçün fəaliyyət dairəsinin genişlənməsi də nəzərdə tutulur. Bu da təsərrüfatda çalışanların sayının artması ilə yanaşı, daxili bazarda məhsul artımının, bolluğun yaranması deməkdir.

 

Müxtəlif ölkələrdən gətirilmiş qoyun və keçi cinsləri

 

Laçında kənd təsərrüfatı ailəsinin yeni üzvlərindən biri də Zerti kəndində yaradılmış Heyvandarlıq Seleksiya Mərkəzidir. Müasir standartlara cavab verən, hər birinin ölçüsü 240 kvadratmetr olan 5 saxlancdan ibarət mərkəzdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, onların sayının artırılması üçün müxtəlif növ keçilər və qoyunlar saxlanılır.
Təsərrüfatda yaranmış səliqə-sahman, təmizlik göz oxşayır. İnsan özünü başqa bir aləmdə hiss edir. Burada həm çalışanlar üçün, həm də təsərrüfatda bəslənən heyvanlar üçün ağılın qəbul edə bilməyəcəyi gözəllikdə şərait yaradılıb. Təsərrüfatda olan hər kəs özünü başqa bir dünyada hiss edir. Dövlətinin gücünü, qüdrətini görməyin, insanların əməyini asanlaşdıran, insan amilinə verilən qiyməti görməyin bir ayrı zövqü var... 
Öyrənirik ki, təsərrüfatda 15 nəfər laçınlı gənc çalışır.
Taleh Əliyev mərkəzin fəaliyyəti barədə məlumat verərək deyir ki, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş, yerli şəraitə uyğunlaşma dövründə olan qoyun və keçilər bəslənilir. Təsərrüfatın yaranmasında  məqsəd həm heyvandarlığın bu növü ilə məşğul olan fermerlərin işini asanlaşdırmaq, onlara praktiki məsləhətlər vermək, qoyun, keçi alarkən yardımçı olmaqdır. Eyni zamanda təsərrüfatımızda  gələcəkdə ətlik-südlük və yun çıxımı daha yüksək olan seleksiyanı təşkil etməkdir.
Öyrənirik ki, mərkəzdə 31 baş fərqli  keçi saxlanılır. Öz xüsusiyyəti ilə fərqlənən  Hələb, Honamlı, Alpin, Klis və Saanen tipli cins heyvanlar fərqli görünüşləri ilə də seçilirlər. Vətəni  Suriya olmaqla Şərq ölkələrindən gətirilmiş keçilərə  Şam keçisi, Dəməşq keçisi də deyilir. Bu növ keçi dünyanın 50-dən çox ölkəsinə yayılıb, isti iqlimə dözümlü və məhsuldar  olduğu üçün  fermerlər, təsərrüfatlar bu heyvanlara daha çox üstünlük verirlər.  Hələb keçisinin erkək növünün (təkə) hündürlüyü 1 metrə, çəkisi 130 kiloqrama qədər, dişi növünün isə hündürlüyü 75 santimetrə qədər, çəkisi isə 85-95 kiloqrama qədər olur. Bu keçinin yeni doğulan balası isə 5 kiloqram ağırlığında olur. Ətlik-südlük cins olsa da, onun südünə daha çox üstünlük verilir. Hər cür iqlim şəraitinə tez uyğunlaşan, sürü halında asan idarə olunan bu heyvanları gündə iki dəfə sağmaq mümkündür. Keçinin baş sayı artdıqda texnoloji üsulla sağımın tətbiqi daha müvafiq hesab edilir. Fermerlərin və mütəxəssislərin məlumatına əsasən deyə bilərik ki, keçilərə yaxşı qulluq edilərsə, qüvvəli yem verilərsə, gün ərzində 3-6 litr süd sağmaq mümkündür. 
"Laçın Abadlıq Xidməti"nin direktor müavini söyləyib ki, rayonda artıq bir neçə internet provayderi fəaliyyət göstərir: "İnternetlə, eləcə də rabitə ilə bağlı heç bir problem yoxdur".
Göründüyü kimi, Böyük qayıdışın möhtəşəm ünvanı olan Laçında yeni-yeni müasir innovasiyalar əsasında müəssisələr yaradılır. Məqsəd bəllidir: yurduna qayıdan insanların işlə təmin olunması...
Sonda qeyd edək ki, Laçının yaxınlığında yerləşən Zeyirdi kəndi ərazisində olan 52 ha ərazidə salınmış Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək. 46 müəssisə üzrə 1169 vakansiya mövcuddur. Artıq orada bir neçə müəssisə fəaliyyətə başlayıb və 430 nəfər Laçın sakini işlə təmin edilib. 
Dağların qoynunda yeni qurulan Laçında investisiya üçün qapılar açıqdır. Yerli və xarici sahibkarların burada istənilən müəssisə yaratmaları üçün əlverişli şərait mövcuddur. İnanırıq ki, çox qısa zamanda təkçə Laçında deyil, azad edilmiş bütün şəhər və rayonlarımızda, kəndlərimizdə müasir innovasiyalara əsaslanan sənaye zonaları, sosial-iqtisadi müəssisələr yaradılacaq. İnsanların məşğulluğu istiqamətində heç bir problem yaşanmayacaq.

Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan"

Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!