02 İyun 2026 19:34
180
İQTİSADİYYAT
A- A+
ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir


ABŞ Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

O bildirib ki, tərəflər iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət, tranzit, investisiyalar, enerji və rəqəmsal inkişaf məsələlərini ətraflı müzakirə ediblər.

“Bu gün ABŞ və Azərbaycan hökumətlərinin yüksəksəviyyəli nümayəndələri və sahə üzrə ekspertləri ilə regional bağlantılar, ticarət, tranzit, beynəlxalq sülh və rifah üçün Tramp marşrutu, ticarətin asanlaşdırılması və aviasiya əməkdaşlığı sahələrində əldə olunan irəliləyişləri müzakirə etdik”, – deyə Kaleb Orr bildirib.

O qeyd edib ki, süni intellekt yeni iqtisadi imkanlar yaradacaq əsas istiqamətlərdən biridir.

“Süni intellektin görünməmiş rifah yaratmaq potensialını nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Kaleb Orr əlavə edib ki, tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və kritik minerallar üzrə çərçivə sazişinin icrası məsələlərini də diqqət mərkəzində saxlayırlar.

“Mən bugünkü dialoq zamanı təqdim olunan layihə və planların həyata keçəcəyini və ikitərəfli iqtisadi münasibətlərimizi daha da gücləndirəcəyini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!