02 İyun 2026 17:11
152
CƏMİYYƏT
A- A+
Bakıda İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb 

Bakıda İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb 


Bakıda Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 3-cü “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar 2026” – İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və akademik mütəxəssisləri bir araya gətirib.
Konfransın açılış mərasimində çıxış edən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bildirib ki, belə tədbirlər Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq sahəsində rolunun güclənməsinə xidmət edir. O qeyd edib ki, ölkə Prezidentinin müəyyən etdiyi inkişaf prioritetləri elmi müstəvidə geniş müzakirə olunur və beynəlxalq elmi ictimaiyyətə çatdırılır.
Rektor vurğulayıb ki, elm cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi xüsusi əhəmiyyət daşıyır. O, Kanada, Polşa və digər ölkələrdən alimlərin iştirak etdiyi konfransın artıq üçüncü dəfə keçirildiyini və qısa müddətdə nüfuzlu beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb. Əhməd Vəliyev əlavə edib ki, ağıllı ətraf mühit və yaşıl texnologiyalar sahəsində aparılan müzakirələr davamlı inkişaf məqsədlərinə nail olunmasına mühüm töhfə verir.
Daha sonra çıxış edən Odlar Yurdu Universitetinin prorektoru Fəxrəddin Məmmədov konfransın beynəlxalq elmi əlaqələrin inkişafına verdiyi töhfədən danışıb. O bildirib ki, ICSEGT 2026 müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək aktual elmi məsələlərin müzakirəsi və yeni tədqiqat nəticələrinin paylaşılması üçün əlverişli imkan yaradır.
Prorektor qeyd edib ki, ağıllı ətraf mühit, yaşıl texnologiyalar, süni intellekt və davamlı inkişaf müasir dövrün prioritet istiqamətləri sırasındadır. Onun sözlərinə görə, konfrans çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqların qurulmasına və elmi bilik mübadiləsinin genişlənməsinə şərait yaradır.
Daha sonra Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək bildirib ki, ağıllı ətraf mühit və yaşıl texnologiyalar gələcəyin inkişaf modelinin əsas komponentlərindən biridir. O vurğulayıb ki, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində çağırışlar yeni yanaşmalar və birgə fəaliyyət tələb edir.
S.Vəliyev qeyd edib ki, belə beynəlxalq tədbirlər elm, innovasiya və təcrübənin bir araya gəlməsinə imkan yaradır. O, Azərbaycanın yaşıl enerji və davamlı inkişaf sahəsində həyata keçirdiyi layihələrin bu istiqamətdə aparılan siyasətin mühüm göstəricisi olduğunu bildirib və konfransın faydalı nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Milli Məclis Sədrinin müavini Musa Qasımlı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, və digər qonaqlar çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Çıxışlarda yaşıl texnologiyalar, davamlı inkişaf, innovasiya və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər ICSEGT 2026-nın elm adamları arasında bilik və təcrübə mübadiləsinə, yeni tərəfdaşlıqların qurulmasına və qlobal çağırışların həllinə töhfə verən mühüm beynəlxalq platforma olduğunu qeyd ediblər.
Konfransın tərəfdaşları arasında Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi Neft - Kimya Prosesləri İnstitutu, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, həmçinin Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası, Şimali Kiprin Yaxın Doğu Universiteti, Rusiyanın Cənub Universiteti və s. var.
Hibrid formatda təşkil olunan tədbirdə ağıllı ətraf mühit və ekosistemlər, bərpa olunan enerji, yaşıl texnologiyalar, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti (IoT), kiber-fiziki sistemlər, davamlı inkişaf, ekoloji kimya, biotexnologiya, dəqiq kənd təsərrüfatı, davamlı memarlıq və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılır.
Konfransda 30-dan çox ölkədən alim və tədqiqatçı, təxminən 200-ə yaxın yerli və xarici nümayəndə iştirak edir. Tədbir çərçivəsində elmi məruzələr dinlənilir, innovativ tədqiqat nəticələri təqdim olunur, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.
ICSEGT 2026 Beynəlxalq Elmi Konfransı qlobal ekoloji çağırışlar, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahəsində yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Konfrans iyunun 3-də işini yekunlaşdıracaq.

Təhminə VERDİYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bahar” yatağında qaz hasilatı 50 faiz artıb

18:03
02 İyun

Süni intellekt sayəsində 80 illik tapmaca həll olundu  

17:49
02 İyun

Yunanıstanda yeni canlı növü kəşf edilib  

17:36
02 İyun

Yaponiyada ayı 4 nəfəri yaralayıb  

17:25
02 İyun

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

17:22
02 İyun

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakedən

17:21
02 İyun

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdim olunub

17:21
02 İyun

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaingdən

17:20
02 İyun

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan

17:19
02 İyun

Nazir: Dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu anlayarıq  

17:18
02 İyun

Bakıda İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb 

17:11
02 İyun

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib  

16:47
02 İyun

Rəşad Nəbiyev: Bakı-Tbilisi-Qars Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur  

16:46
02 İyun

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib  

16:45
02 İyun

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti müzakirə edilib  

16:45
02 İyun

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

16:44
02 İyun

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

16:41
02 İyun

IRENA və CECECO arasında əməkdaşlıq memorandumu imzalanıb

16:32
02 İyun

Bakı Enerji Həftəsində təmiz enerji innovasiyaları və regional əməkdaşlıq müzakirə olunub

16:29
02 İyun

İrakli Kobaxidze: Bakı-Tbilis-Qars dəmir yolunun tam istifadəyə verilməsi strateji tərəfdaşlığın növbəti bariz nümunəsidir  

16:23
02 İyun

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir  

16:22
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!