02 İyun 2026 19:47
180
SİYASƏT
A- A+
Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  


Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqradda keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib.

O, bu gün bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, lakin hələ də aradan qaldırılması vacib problemlərin mövcud olduğunu bildirib. Milli Məclisin sədrinin sözlərinə görə, bu problemlərin ən çətini isə qadınların şəxsi inkişafını məhdudlaşdıran stereotiplər və sosial normalardır.

Qeyd olunub ki, hər bir cəmiyyətin öz ənənələri, mədəni və sosial dəyərləri var. Təəssüf ki, qadının cəmiyyətdəki rolu ilə bağlı mənfi stereotiplər və sosial normalar bir çox yerlərdə dərin kök salıb.

“Parlament üzvləri olaraq biz qanunvericiliyi ən mühüm alət kimi qəbul edirik. Çünki qanunvericilik zəruri normativ-hüquqi çərçivələri müəyyən edir. Lakin biz, eyni zamanda, anlayırıq ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var”, - deyə S.Qafarova bildirib.

O, Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə gender bərabərliyi ilə bağlı mövcud təsəvvürlər əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirir. Belə ki, Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu tərəfdaşları kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər. 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycan dünyada qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri, müsəlman Şərqində isə ilk ölkə olub. S.Qafarova deyib ki, bu tarixi qərar bir sıra Avropa ölkələrində qadınlara bərabər siyasi hüquqların tanınmasından daha əvvəl qəbul edilib. Bu isə həm də o deməkdir ki, lap əvvəldən etibarən bərabərlik, inklüzivlik və demokratik təmsilçilik prinsipləri Azərbaycanın siyasi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib.

Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda ötən ilin sonunda gender bərabərliyi üzrə 2026-2028-ci illəri əhatə edən yeni Milli Fəaliyyət Planı qəbul edilib. Sənəddə gender bərabərliyi məsələləri ilə bağlı ictimai məlumatlılığın artırılması, qadınların dövlət və özəl sektorlarda qərarqəbuletmə proseslərində kişilərlə bərabər iştirakının təşviqi məqsədilə bir sıra mütərəqqi təşəbbüslər də nəzərdə tutulub.

Milli Məclisin sədri çıxışının sonunda bir daha qeyd edib ki, dünyadakı mövcud vəziyyət dərin kök salmış stereotiplərin və mənfi sosial normaların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyini göstərir. Qanunvericilik bazasının və institusional mexanizmlərin daha da gücləndirilməsi, eyni zamanda, cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!