02 İyun 2026 19:51
688
İQTİSADİYYAT
A- A+
CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  


“Bakı Enerji Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq: dayanıqlı gələcək naminə həllərin genişləndirilməsi” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada təmiz enerji sahəsində innovasiyaların effektiv şəkildə genişləndirilməsi üçün əlverişli ekosistemlərin, maliyyə mexanizmlərinin və regional əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb. Bu xüsusda daha güclü regional əməkdaşlıq, dəstəkləyici siyasət və maliyyə resurslarına çıxış imkanlarının artırılması ətrafında müzakirələr aparılıb.

Sessiyada açılış nitqi ilə çıxış edən CECECO-nun icraçı direktoru Aysel Yaqubova təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsinin əlverişli siyasi mühit, maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb etdiyini vurğulayıb. O qeyd edib ki, bu sessiya aidiyyəti tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və regionda yaşıl enerjiyə keçid prosesini dəstəkləmək məqsədilə səylərin müzakirə edilməsinə xidmət edəcək.

Sessiyada Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera təmiz enerji innovasiyaları, investisiya ehtiyacları və yeni texnologiyalar üzrə qlobal perspektivləri bölüşüb. Energetika nazirinin müavini Elnur Soltanov isə ölkənin təmiz enerji sektoruna dair strateji baxışını, bərpaolunan enerji mənbələrinin inkişafı və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

ADA Universitetininh prorektoru, Milli Məclisin üzvü Fariz İsmayılzadənin moderatorluğu ilə aparılan panel müzakirələrində innovasiyaların konkret və investisiya baxımından cəlbedici layihələrə çevrilməsi yollarını araşdıran panel müzakirəsi keçirilib. Pakistan İslam Repsulbikası, “SOCAR Green”, “bp Azerbaijan”, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Asiya İnkişaf Bankının nümayəndələri təmsil etdikləri ölkə və qurumların bu sahədə təcrübələrini, həyata keçirilən uğurlu layihələri və meydana çıxan çətinliklərə tətbiq olunan innovativ həll yollarını bölüşüblər. Sessiya auditoriyanın suallarının cavablandırılması, qarşılıqlı müzakirələr və moderatorun yekun nitqi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!