27 Dekabr 2025 09:10
1703
Oxucu məktubları
A- A+
Yeni ilin astanasında

Yeni ilin astanasında


Yeni ilin yaxınlaşması ilə Bakı hər il olduğu kimi, bu dəfə də tamam başqa bir ovqatdadır. Şəhərin ritmi dəyişir, küçələrdə xoş əhval hiss olunur. 2026-cı ili qarşılamağa hazırlaşan Bakı yalnız təqvimdə bir rəqəmin dəyişməsinə deyil, həm də ümidlərin, arzuların və yeni başlanğıcların gəlməsinə hazırlaşır. Bu hazırlıq şəhərin hər guşəsində hiss olunur, ilk növbədə insanların üzündəki təbəssümdə.

Bakı bulvarından tutmuş mərkəzi prospektlərə qədər şəhərin əsas küçələri Yeni il işıqları ilə bəzədilib. Axşam düşən kimi minlərlə lampanın eyni anda yanması şəhərə nağılvari bir görünüş verir. İşıqlandırma təkcə estetik məqsəd daşımır, həm də qış gecələrinə istilik və canlılıq qatır. Prospektlər boyunca asılan işıqlı kompozisiyalar, ağacların üzərinə dolanan parlaq lentlər və binaların fasadlarında yaradılan işıq effektləri Bakını bir fərqli ritmə salır. Xüsusilə Dənizkənarı bulvarda əks olunan işıqlar Xəzərin üzərində əsrarəngiz mənzərə yaradır və şəhərin qış simvoluna çevrilir.

Yeni ilin rəmzi sayılan şam ağacları həm uşaqların, həm də böyüklərin maraq mərkəzinə çevrilib. Parlaq oyuncaqlar, klassik və müasir üslubda seçilmiş bəzəklər, işıqlı ulduzlar bu ağaclara xüsusi cazibə qatır. Paytaxt sakinləri və qonaqlar onların önündə şəkil çəkdirir və bununla Yeni ili qarşılamağın sevincini yaşayırlar. Şaxta baba və Qar qızla şəkil çəkdirən uşaqların həyəcanı, sevinci ölçüyəgəlməzdir. Bulvarda qurulmuş süni buz meydançası da daha çox diqqətçəkən ərazilərdəndir. Böyüklü-kiçikli bu ekstrimi yaşamağa cəhd edənlərin sayı tükənmək bilmir.

Yeni il yarmarkaları isə şəhərə əlavə bir ruh gətirir. Müxtəlif meydanlarda və açıq məkanlarda təşkil olunan bu yarmarkalar Bakının qış həyatını canlandırır. Hər il olduğu kimi, Fəvvarələr meydanında "Nargis" fondunun təşkilatçılığı ilə fəaliyyət göstərən "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası, bu ildən etibarən Dənizkənarı Milli Park ərazisində yaradılan yarmarka daha çox diqqət çəkir. Çay və qəhvənin ətri, bişirilən şirniyyatların qoxusu, yerli ustaların hazırladığı suvenirlər, Yeni il dekorları, hədiyyəlik əşyalar şəhər sakinlərinə və qonaqlara fərqli seçimlər təqdim edir. Yarmarkalar sadəcə alış-veriş məkanı deyil, eyni zamanda insanların bir araya gəlib vaxt keçirdiyi, bayram ovqatlarını paylaşdığı sosial ünvan kimi xarakterizə olunur.

Mağazaların vitrinləri də Yeni ilə xüsusi hazırlanır. Şaxta baba fiqurları, süni qar effektləri, qırmızı və qızılı tonlarda seçilmiş bəzəklər şəhərin ticarət həyatına bayram havası qatır. Axşam saatlarında işıqlanan vitrinlər Bakının küçələrini daha canlı və cəlbedici edir.

2026-cı ili qarşılayan Bakı həm ənənəyə sadiq qalır, həm də müasir üslubu qoruyur. Şəhər klassik Yeni il simvollarını müasir dizayn və texnologiya ilə birləşdirir. Bir sözlə, Bakı 2026-cı ili ümidlə, işıqla və birlik hissi ilə qarşılayır.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!