28 Yanvar 2026 09:10
1802
Oxucu məktubları
A- A+
Vətən üçün ölmək şərəfdir

Vətən üçün ölmək şərəfdir


Hər yerdə olduğu kimi, bizim Qubada da hər il onlarca tədbir keçirilir və çoxumuz həmin tədbirlərdə iştirak edirik. Bu zaman iştirakçılarla görüşlərimiz, söhbətlərimiz çox olur. Hamının fikri belədir ki, şəhidlərimizə həsr edilən tədbirlər yüksək təşkilatçılığı ilə seçilməlidir.

Bu günlər rayon icra hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə  şəhid Nuran Mirzəyevin keçdiyi həyat və döyüş yoluna həsr edilmiş "Vətən üçün şəhid oldum" kitabının təqdimatı baş tutdu. Şıxəmməd Seyidməmmədovun müəllifi olduğu kitabda şəhid Nuranın ömür yolu, Vətən sevgisi ilə döyüşlərə atılması, düşmənə qarşı son nəfəsə qədər vuruşmasından söz açılıb. Mənim   xüsusi qeyd edərək nəzərinizə çatdırmaq istədiyim başqa bir məqam var: tədbirin keçirildiyi zalda bütün yerlər dolmuşdu. Hətta foye və iclas zalının qarşısında  xeyli insan toplaşmışdı. 

Sirr deyil ki, insanların könülsüz getdiyi cürbəcür tədbirlər də  olur. Şəhidlərimizə həsr edilən tədbirlərə isə  öz istəyi ilə gələnlər hətta dəvətlilərin sayını üstələyir. Bu tədbirdə  də belə idi.

İstər-istəməz 44 günlük Vətən müharibəsinin  getdiyi vaxtı xatırladım. Həmin günlər yüzlərlə qubalı  gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DX-nin rayon şöbəsinin qarşısına toplaşmışdı. "Vətən üçün şəhid oldum" kitabına gəlincə isə müəllifin qələmə aldığı ömür yolu onlarca qubalı səhidin  şərəfli həyatından bir nümunədir. Onu da qeyd edək ki, həmin kitab Qubanın bütün kənd nümayəndəliklərinə göndərilib.   Çünki qəhrəman oğulların şücaəti haqqında  hamının  məlumatı olmalıdır.


Rəxşəndə BAYRAMOVA,

tarix üzrə fəlsəfə doktoru,

Quba rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!