27 Fevral 2026 19:57
1927
PARLAMENT
A- A+
MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  


Fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda turizmin müasir inkişafının Prezident İlham Əliyevin bu sahəyə qayğısı ilə bağlı olduğunu deyən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkəmizdə turizmin inkişafı istiqamətində icra olunan infrastruktur layihələrindən, dövlət proqramlarından və qəbul olunan qanunvericilik bazasından danışıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə milli-mədəni irsin qorunması və təbliği layihələrinin həyata keçirilməsi, beynəlxalq mədəni-humanitar platformaların təşkili Azərbaycanın ölkə kimi tanıdılmasına və turizm brendinin güclənməsinə mühüm töhfələr verib.

Komitə sədri bildirib ki, Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistik göstəricilərinin müsbət dinamikasını diqqətə çatdırıb. Qeyd olunub ki, 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı ilk dəfə 5,3 faizə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib. Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir. Fuad Nağıyev turizm sektorunun qarşılaşdığı bir sıra çağırışların və aktual məsələlərin həlli ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycanda turizmin, xüsusən sağlamlıq və istirahət turizminin inkişafı potensialından söz açıb. O vurğulayıb ki, ölkənin zəngin təbii resursları, iqlim müxtəlifliyi, müalicəvi suları, tarixi və mədəni irsi, eləcə də qonaqpərvərlik ənənələri bu sahənin genişlənməsi üçün möhkəm zəmin yaradır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Göydəniz Qəhrəmanov “Azərbaycanda turizmin müasir inkişaf mərhələsi: infrastruktur və hüquqi mexanizmlər” mövzusunda təqdimatla çıxış edib.

Dinləmədə “Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edən Dövlət Turizm Agentliyinin şöbə müdiri Günay Bayramova slaydlar vasitəsilə ölkəmizdə turizmin inkişafına mane olan amillər və onların aradan qaldırılması yolları barədə danışıb.

Daha sonra tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hazırladığı videoçarx nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə tibbi turizmin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Komitə sədri müasir dövrdə tibbi turizmin əhəmiyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanda bu sahənin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə tibbi turizmin inkişafı üçün tədbirlər planının hazırlanmasının vacibliyindən danışıb, həmçinin bunun üçün Azərbaycanda fəaliyyət göstərən klinikaların beynəlxalq akkreditasiyadan keçməli olduğunu qeyd edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu turizmi mədəniyyətin bir parçası kimi xarakterizə edib. O, turizm sahəsinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini və torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə tikilən hava limanlarının, otellərin, yaradılan infrastrukturun da turizmin inkişafına xidmət etdiyini qeyd edib. Komitə sədri çıxışında ölkəmizdə mətbəx turizminin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Dinləmədə aparılan müzakirələrdə iştirak edən Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Nigar Məmmədova, Əli Məsimli, Jalə Əliyeva, Vüqar Bayramov, Azər Allahverənov, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası sədri Tural Musayev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, “Kurort” QSC baş direktoru Çingiz Hacıyev, “Luna Travel” turizm şirkətinin rəhbəri Rəhman Quliyev, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova ölkəmizdə turizmin inkişaf perspektivləri barədə qeyd və təkliflərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!