05 İyun 2026 08:10
197
İQTİSADİYYAT
A- A+
Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək


Azərbaycan iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafına göstərilən qayğı və diqqət daimidir və bu, bilavasitə dövrün tələbidir. Çünki aqrar sektor çoxsaylı daimi iş yeri, əhalinin kənddə məskunlaşması, ərzaq bolluğu yaradılması, insanların maddi rifahının yaxşılaşması deməkdir. Ölkə əhalisinin yarıya qədərinin kənd təsərrüfatı ilə məşğul olduğunu, kənddə yaşadığını nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsinin vacibliyi bir daha aydın olar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir RZAYEV "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Ulu Öndər Heydər Əliyev hər zaman kənd təsərrüfatının inkişafına qayğı ilə yanaşmış, əsaslı aqrar islahatlar həyata keçirmiş, torpaqları öz sahiblərinə verməklə bazar təsərrüfatçılığı sisteminə adekvat aqrar strukturun formalaşmasına yol açmışdır. Bütün bunlar kənd təsərrüfatı istehsalını böhrandan çıxarmış, aqrar sektorun uzunmüddətli dövr üçün dinamik inkişafına zəmin yaratmışdır. "Torpaq vergisi haqqında", "Torpaq bazarı haqqında" qanunlar, Torpaq Məcəlləsi və bir çox qanunvericilik aktı bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb, qəbul edilib və bugünkü inkişafımız üçün möhkəm hüquqi bünövrə yaradıb.

T.Rzayev vurğulayıb ki, cənab İlham Əliyev də prezident seçildiyi ilk gündən kənd təsərrüfatını önəmli bir sahə kimi qiymətləndirib, aqrar islahatların dərinləşdirilməsi, çoxsahəli dövlət dəstəyi sisteminin yaradılması, mühüm proqram və layihələrin qəbul edilməsi, ənənəvi sahələrin inkişafı üzrə vacib olan tədbirlər həyata keçirib. Ölkə rəhbərinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamı aqrar bölmənin idarəedilməsində pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə imzalanıb. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilərək yanında müvafiq xidmətlərin və agentliklərin yaradılması idarəetmədə səmərəliliyin və operativliyin təmin olunmasına istiqamətləndirilib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları kənd təsərrüfatının yüksəlişinə də öz təsirini göstərib. Dövlət başçısının "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması" haqqında fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın müəyyənləşdirilməsi, aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə Aqrar Sığorta Fondunun yaradılması bu sahədə əldə olunmuş nəticələrdə böyük rol oynayıb.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqət sonsuz, əvəzsizdir: "Ölkə rəhbərinin kənd təsərrüfatı məsələlərinə həsr edilən müşavirədəki çıxışı, sahənin vəziyyəti, əldə edilən nəticələr, çatışmazlıqlar, gələcək perspektivlər barədə qarşıya qoyduğu vəzifələr, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" bunun bariz ifadəsidir. Prezidentin çıxışında ifadə olunan məsələlər və proqramda əksini tapan vəzifələr bilavasitə kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regional tərəqqinin sürətləndirilməsinə, davamlı və dayanıqlı milli iqtisadiyyatın gücləndirilməsinə, ən başlıcası insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Dövlət proqramı bir neçə ili əhatə etsə də, ümumiyyətlə, gələcək inkişafa hesablanan strateji əhəmiyyətli bir sənəddir. Cənab İlham Əliyev müşavirədə bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi regionları canlandırdı, məşğulluğu artırdı və böyük infrastruktur layihələri icra edildi. Bir sözlə, son illəri bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamət üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Ölkə rəhbəri sosial layihələrin uğurlu tətbiqini, qaz, su təchizatının yaxşılaşdırılmasını, yolların çəkilişini, kənd təsərrüfatının mühüm sahələrində bir çox proqramın həyata keçirilməsini, subsidiya mexanizminin tətbiqini nəzərə çatdırmaqla həm də əlavə etdi: "Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir". Yeni dövlət proqramı aqrar sektorun iqtisadiyyatda rolunun daha da artırılmasına xidmət etməklə, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məşğulluğun daha yüksəkgəlirli və məhsuldar fəaliyyət sahələrinə yönəldilməsini, kənd təsərrüfatının yüksək dəyər yaradan ixracyönümlü iqtisadi platformaya çevrilməsini, əhalinin kənddə məskunlaşdırılmasının təmin edilməsini əsas məqsəd kimi hədəfləyir".

T.Rzayev bildirib ki, müasir texnologiyanın, qabaqcıl təcrübənin, elmin nailiyyətlərinin təsərrüfata tətbiqi və məhsuldarlığın artırılmasının bitkiçilikdə bir hədəf kimi qarşıya qoyulması təbiidir. Buğda və pambıq üzrə məhsuldarlığın 50 sentnerə çatdırılması proqramın məhsuldarlıq hədəfi olduğu kimi, müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara çatdırılması, intensiv meyvə bağlarının 50 min hektardan 70 min hektara yüksəlməsi, istixana komplekslərinin 1500 hektardan 2000 hektaradək genişləndirilməsi məhdud torpaq və su resurslarından səmərəli istifadə etməklə yüksək iqtisadi nəticə qazanılmasına hesablanıb. Su təchizatı təmin edilmədən kənd təsərrüfatının inkişafı mümkün deyil. Azərbaycanın su ehtiyatları azdır və yay aylarında əkin sahələri su sarıdan ciddi çətinliklərlə qarşılaşır. Yüz hektarlarla sahə susuzluqdan məhv olur və ya məhsuldarlığını itirir. Müşavirədə xatırladıldığı kimi, artıq 10 su anbarının yenidən qurulması layihəsi icra olunur. Qarabağ və Şirvan kanalları işə düşəndən sonra 200-300 min hektar torpağa su veriləcək. İndi Köndələnçay su anbarının sayı üçə çatdırılıb. Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən qurulur. Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Prezident İlham Əliyev müşavirədə bildirdi ki, bununla bərabər bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da dövlət proqramında nəzərdə tutulur. Müasir suvarma sistemlərinin qurulması isə həm suya qənaətin, həm də hər hektarda məhsuldarlığı artırmağın, sahibkarın gəlirinin yüksəlməsinin, normal fəaliyyətinin təmin edilməsidir. 

Komitə sədri qeyd edib ki, ölkə rəhbərinin çıxışında taxılçılığın, xüsusilə ərzaqlıq buğda istehsalının artırılmasına, pambıqçılığın, balıqçılığın, heyvandarlığın inkişafına xüsusi önəm verilir və qeyd edilir ki, bu, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın artırılması və yüksək gəlir götürülməsi baxımından çox əhəmiyyətlidir.

Deputat diqqətə çatdırıb ki, dövlət proqramında aqrar subsidiyaların və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi önəm verilib: "Keçən il aqrar sahəyə 285 milyon manat subsidiya və fiziki-hüquqi şəxslərə 112 milyon manat güzəştli kredit verilib ki, bunun əsas hissəsi bitkiçiliyə yönəldilib. Heyvandarlıqda dövlət dəstəyinin payı cəmi 6 faiz təşkil edir ki, bu da qənaətləndirici hesab edilmir. Subsidiyalar daha vacib və gəlirli olan sahələrə ayrılmalıdır. Prezident çıxışında subsidiya mexanizminin çevik olmasının zəruriliyinə diqqəti cəlb edərək göstərir ki, subsidiyalar veriləndə daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi nəzərə alınmalıdır. Bununla bərabər, aqrar sahəyə sərmayə qoyuluşu artırılmalıdır. 2026-2030-cu illərdə aqrar sektora 6 milyard manat vəsaitin ayrılması, 3 milyard manatdan çox özəl investisiyanın cəlb edilməsi nəzərdə tutulur ki, bu da sahənin maliyyə dayanıqlılığına böyük köməkdir. Bu, özəl sektorun fəaliyyətindən və xarici investorların təşəbbüsündən çox asılıdır. Dövlətimizin başçısı xatırladır ki, özəl sektor nümayəndələri də dövlət proqramının icrasında xüsusi rol oynamalıdırlar. Eyni zamanda biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik". 

Komitə sədri vurğulayıb ki, ölkədə yaradılmış əlverişli şərait, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, aqroparkların, aqrar-sənaye zonalarının, emal müəssisələrinin, logistika mərkəzlərinin genişləndirilməsi, su, yol, enerji, sığorta, subsidiya, rəqəmsal idarəetmə infrastrukturunun formalaşdırılması özəl sektora, xarici investorlara öz fəaliyyətlərini qurmağa lazimi imkanlar yaradır. Kənd təsərrüfatının inkişafı həm də ixracın artırılmasından, aqrar ticarətin genişləndirilməsindən, daha gəlirli bazarlara çıxışdan, dəyər gətirən keyfiyyətli məhsul istehsalından və onun bazarının müəyyənləşdirilməsindən keçir. 2021-2025-ci illərdə aqrar ixracın 1.1 milyard dollardan 1.5 milyard dollara çatması Azərbaycanın aqrar ticarətdə irəli getdiyini sübut edir. Son illərdə xurma, fındıq, pambıq, meyvəçilik, tərəvəzçilik, şərabçılıq kimi sahələrdə ixrac potensialı yüksəlib, xarici ölkələrə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları göndərməklə dövlət ticarətdə öz mövqeyini xeyli möhkəmləndirib. Azərbaycan xaricdən 3.1 milyard dollar həcmində aqrar məhsullar idxal edib ki, bu da yüksək göstəricidir. Dövlət proqramı yalnız ixrac potensialını artırmağı, ticarətdə daha irəli getməyi nəzərdə tutmur, həm də strateji məhsullar üzrə idxalın davamlı şəkildə azaldılmasını, daxili bazarın, sahibkarların mənafeyinin qorunmasını vacib vəzifə kimi qarşıya qoyur. Bu gün ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin başlıca amili hesab olunur. Aqrar sektor ənənəvi istehsal sahəsi funksiyasını iqtisadi dayanıqlılıq, regional inkişaf, geoiqtisadi mövqe, qlobal dəyər və imkan funksiyasına çevirməklə, enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət kəsb etməyə başlayıb. "Azərbaycanın yüksək kənd təsərrüfatı potensialı, xüsusilə işğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlər, münbit torpaqların əkin dövriyyəsinə daxil edilməsi və həmin ərazilərdə məskunlaşma prosesinin uğurla aparılması, ölkənin enerji, nəqliyyat və logistika sahələrində əldə etdiyi üstünlüklər iqtisadi nəticələrimizi artırmaq, neftdən asılılığı aradan qaldırmaq üçün yeni yollar açır, imkanları genişləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən mühüm tədbirlər, Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin (TRIIP) açılmasına göstərilən səylər, çox mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkənin kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət daşımaqla, uzunmüddətli perspektivlərə istiqamətləndirilib. Təqdim olunan dövlət proqramı kənd təsərrüfatı üçün adi bir fəaliyyət planı, yaxud hansısa bir sahəni istiqamətləndirmək üçün sadə iş proqramı deyil. Prezidentimizin bildirdiyi kimi, bundan əvvəl qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub və əldə olunanlar deməyə əsas verir ki, yeni dövlət proqramı da yeni uğurlara səbəb olacaqdır", - deyə T.Rzayev əlavə edib.

Deputat qeyd edib ki, aqrar sektorun hüquqi bazasının möhkəmləndirilməsi baxımından Milli Məclis tərəfindən kənd təsərrüfatının bütün sahələrini özündə  ehtiva edən mükəmməl qanunlar hazırlanıb, reallıqlara əsaslanaraq bir çox qanuna əlavə və dəyişikliklər edilib. Qəbul olunmuş sənədlər bilavasitə aqrar sektoru intensiv yolla, elmin nailiyyətləri, zamanın tələbləri əsasında inkişaf etdirməyə, ərzaq təhlükəsizliyinin təminatına, keyfiyyətli və rəqabətədavamlı məhsul yetişdirilməsi üçün səylərin birləşdirilməsinə, torpaqların məhsuldarlığının yüksəldilməsinə, məhsul itkisinin qarşısının alınmasına, kənddə həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

Komitə sədri deyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədəki çıxışında səsləndirilən fikirlər, qəbul olunmuş dövlət proqramı Milli Məclisin, deputatların  qarşısında da yeni vəzifələr qoyur və yeni qanunvericilik aktlarının hazırlanmasını, bu mühüm sənəddə əksini tapan qlobal məsələlərin təşviqini, geniş izah olunmasını, işıqlandırılmasını, onun əhəmiyyətini və mahiyyətini insanlara ətraflı çatdırmağı zərurətə çevirir. Bu proqram özündə uzunmüddətli məqsədləri, hədəfləri, vəziyyətdən çıxış yollarını, daha böyük uğurlara çatmağın istiqamətlərini birləşdirməklə, iqtisadiyyatda kənd təsərrüfatının yerinin və rolunun möhkəmləndirilməsinə hesablanıb. Məqsəd ərzaq təhlükəsizliyini səmərəli təmin etmək, ixracyönümlü, gəlir gətirən istehsala malik olmaq, məşğulluğa önəm vermək, dayanıqlı və davamlı milli iqtisadiyyatı durmadan inkişaf etdirməkdir. Bu da milli təhlükəsizliyimizin, insanların rifahının təmin olunması üçün vacib və əhəmiyyətlidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 100 dollara satılır

09:52
05 İyun

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

09:41
05 İyun

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

09:23
05 İyun

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

09:12
05 İyun

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

09:01
05 İyun

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!