21 İyul 2022 01:12
2262
İQTİSADİYYAT
A- A+
Xəzər sahilində Sumqayıt tablosu

Xəzər sahilində Sumqayıt tablosu

 

Yamyaşıl dənizkənarı bulvar, mavi şəhər çimərliyi və qədim Corat kəndi

 

Ölkəmizin bir çox bölgələri kimi, Sumqayıtın da turizm potensialı genişdir.  Paytaxtdan yarım saatlıq məsafədə yerləşən bu şəhəri Azərbaycana gələn turistlərin böyük hissəsi ziyarət edir. Yayda isə Sumqayıtın dəniz sahillərində istirahət etmək istəyənlərin sayı daha da artır.

Bu gün Sumqayıtda şəhər, kənd və çimərlik turizmi formalaşır. Şəhərdə həyata keçirilən layihələr buranı inanılmaz dərəcədə dəyişdirib. İnşa edilən hotel və mehmanxanalar şəhər turizminin inkişafı üçün geniş imkanlar yaradıb. Şəhərə təşrif buyuran turistlər iri ticarət mərkəzlərini, bir-birindən fərqli istirahət məkanlarını, park və xiyabanları gəzərək xoş təəssürat əldə edirlər. Sumqayıtda turistlər üçün  xüsusi turlar təşkil edilir. "Göyərçin" abidəsi, bulvar və bələdiyyə parkının yanından ayrılan  avtobuslar təkcə şəhəri dolaşmır, həm də qonaqlara Sumqayıtın tarixi haqqında məlumat verilir.

Sumqayıtın turizm potensialına hesablanmış layihələrdən biri də şəhər dənizkənarı bulvarının yaradılmasıdır. Xəzər sahilində Bakıdan sonra ikinci belə bir bulvarın salınması həm də ölkəmizdə görülən sosial layihələrin ardıcıl həyata keçirildiyini nümayiş etdirir. Bulvar təkcə Sumqayıtın simasını dəyişməyib, eyni zamanda ona turizm statusu verib. Təqribi hesablamalara görə, son beş ildə bulvarı 100 mindən artıq qonaq ziyarət edib.

Sumqayıt bulvarı dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. Burada 4,2 kilometr uzunluğunda, 1,5 metr hündürlüyündə istinad divarı tikilib. 55 hektar ərazidə yaşıllıq zolağı salınan bulvarda 200 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Amma bu da hələ hamısı deyil. Hazırda Sumqayıt bulvarının genişləndirilməsini nəzərdə tutan yeni layihə üzərində işlər gedir. Yaxın gələcəkdə bulvarda yeni salınan obyektlərin, istirahət ocaqlarının şahidi olacağıq.

Sumqayıtda kənd turizmi isə çoxdan formalaşıb. Hələ sovetlər dönəmində Corat kəndinə müttəfiq respublikalardan həm ziyarətə, həm də turist kimi gəzməyə gələrdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Corata turistlərin marağı azalmayıb. Sumqayıtda qonaqların ən çox gəldiyi kənddə may ayının sonlarından başlayaraq evlər kirayələnməyə başlayır. Çünki dəniz sahilində yerləşən Corat istirahət üçün ən gözəl yerdir. Həm də kirayə evlər digər yerlərə nisbətən sərfəlidir.

Böyüklü-kiçikli hamının gözlədiyi yayda dənizə getməmək, Xəzərin duzlu suyuna baş vurmamaq günahdır. Elə isə Sumqayıtın çimərlikləri sizin ixtiyarınızdadır. Şəhərdə çimərlik turizmini şərtləndirən əsas cəhət onun təbii mövqeyidir. Bundan əlavə, çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsinə ciddi nəzarət var. Üstəlik, Sumqayıtın çimərliklərində istirahət etmək üçün ödəniş tələb olunmur.

Şəhər çimərlikləri təmizlikləri ilə də fərqlənir. "Sumqayıt şəhər Təmizlik Depatamenti" MMC və Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları bu işə ciddi yanaşırlar. Yay mövsümündə  fəaliyyətini gücləndirən mərkəzlərdə çalışanların da sayı artır. Bu da mövsümi iş yerlərinin yaranmasına, insanların ailə büdcələrinin artmasına səbəb olur.

Bəli, yayın bəzəyi dəniz, dənizin bəzəyi onun qoynunda dincələn insanlardır. Bu baxımdan Xəzərin gözəlliyi yayda özünü daha çox büruzə verir. Onu görmək üçün isə dənizə getmək və onun ləzzətini çıxarmaq lazımdır.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!