19 May 2026 11:28
50
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub


Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda, ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışaraq qeyd edib ki, təhsil müəssisəsində müasir standartlara uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Kollegiya sədri Anar Bağırov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır və tarixən həmin torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sədr son illərdə VK-da aparılan institusional islahatlar, vəkil korpusunun genişləndirilməsi, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb. O, tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.

Görüşdə VK-nın üzvü, Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov iştirakçılarla zəngin peşə təcrübəsini bölüşüb. O, peşəkarlığın, dürüstlüyün və ədalət prinsiplərinə sarsılmaz sədaqətin bu sahədə uğurun əsas şərti olduğunu bildirib.

VK-nın Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov hüquqşünaslıq peşəsinin cəmiyyətdəki əhəmiyyətindən danışıb, vəkillik fəaliyyətinin dərin bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət tələb edən xidmət olduğunu vurğulayıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkillik peşəsinin perspektivləri və peşə etikası ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ASAN könüllüləri WUF13-də panel görüş keçiriblər  

11:26
19 May

Vladimir Putin: Rusiya-Çin dostluğu hər hansı bir ölkəyə qarşı yönəlməyib

11:23
19 May

Yves-Laurent Sapoval: Dünya əhalisinin aktivlərinin 50 faizi daşınmaz əmlakdadır

11:19
19 May

İcraçı direktor: Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var 

11:13
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi, Ağdərə və Xocalıda minatəmizləmə fəaliyyətləri ən çətin proseslərdən biri idi  

11:01
19 May

Prezidentin xüsusi nümayəndəsi: Biz inanırıq ki, sosial faktor və sosial-iqtisadi məsələlər iqtisadi fəaliyyətin aparıcı qüvvəsidir  

10:58
19 May

ADNSU WUF13-də gələcəyin texnologiyalarını təqdim edir

10:51
19 May

Anaklaudia Rossbax: Mənzilə əlçatanlıq ilə bağlı problem hazırda dünyada üç insandan birini əhatə edir 

10:43
19 May

Aydın Kərimov: Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq

10:39
19 May

Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır

10:36
19 May

WUF13 çərçivəsində “Mikro sənətdən memarlığa” adlı tematik sərgi açılıb

10:29
19 May

Prezidentin xüsusi nümayəndəsi: Şuşada 27 tarixi abidə bərpa olunub

10:26
19 May

“AzərEnerji” və “Azərişıq” WUF13 çərçivəsində enerji sektoruna dair iki mühüm nəşri təqdim edib  

10:23
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılır 

10:17
19 May

Joşua Forte: Gənclərin proseslərə tam cəlbi inkişaf etmiş gələcək üçün vacibdir

10:13
19 May

UN-Habitat: Əsas məqsəd mənzil əlçatanlığına nail olmaqdır

10:12
19 May

Münaqişədən sonra şəhərsalma - Azərbaycan pavilyonunda WUF13 çərçivəsində tədbir - YENİLƏNƏCƏK

10:08
19 May

Anjela Makeyeva: İrpenə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edirik

10:02
19 May

Azərbaycan nefti 118 dollardan baha satılır 

10:01
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!