29 Oktyabr 2026 16:08
200
SİYASƏT
A- A+
Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib. Tədbir MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məqsədilə təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçits və MDB Baş katibinin müavini Denis Trefilov çıxış ediblər. Həmçinin Qırğız Respublikasının iqtisadiyyat və kommersiya nazirinin müavini Benazir Nurlanovanın, Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetovun, Rusiya Federal Antiinhisar Xidmətinin sədr müavini Ruslan Calyukovun və digərlərinin məruzələri dinlənilib.

Çıxışlar zamanı MDB-yə üzv dövlətlərdə rəqabət siyasəti sahəsində son dövrlərdə baş vermiş mühüm yeniliklər barədə məlumat verilib, rəqabət orqanları arasında milli təcrübələrin bölüşdürülməsinin, eləcə də müasir bazar çağırışlarına uyğun birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, rəqəmsallaşma, süni intellekt əsaslı biznes modelləri, transsərhəd iqtisadi fəaliyyət və qlobal təchizat zəncirlərində baş verən dəyişikliklərin rəqabət siyasətinin təkmilləşdirilməsini zəruri etdiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahın fəaliyyətinin nəticələri, həmçinin antiinhisar tənzimlənməsi sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

İclasda, həmçinin Şuraya yeni sədrlik məsələsinə də baxılıb və Qazaxıstan Respublikası növbəti dövr üçün sədrlik edən ölkə olaraq müəyyənləşdirilib. Şuranın 62-ci iclasının isə Qırğız Respublikasında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası 23 dekabr 1993-cü il tarixli “Antiinhisar Siyasətinin Həyata Keçirilməsi haqqında Saziş” əsasında fəaliyyət göstərir. Şuranın əsas məqsədi üzv dövlətlər arasında rəqabət siyasətinin əlaqələndirilməsi, antiinhisar qanunvericiliyinin tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və rəqabətin qorunması üzrə birgə yanaşmaların formalaşdırılmasıdır. Azərbaycan Respublikası Şurada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vasitəsilə təmsil olunur. Hazırda Şuraya Belarus Respublikası sədrlik edir.


09:24


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məqsədilə təşkil edilib.

İclasda rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT münaqişə zonalarındakı mülki şəxslərin qorunması üçün çağırış edib  

17:06
29 Oktyabr

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Cinayətkarların işi çətinləşib: 9 ayda 22 mindən çox cinayət qeydə alınıb

15:53
29 Oktyabr

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

15:43
29 Oktyabr

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

15:42
29 Oktyabr

Azərbaycandan Ukraynaya işıq körpüsü  

15:38
29 Oktyabr

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb  

15:34
29 Oktyabr

Milli həmrəylik Azərbaycanın güc mənbəyidir  

15:16
29 Oktyabr

Bizi Zəfərə aparan yol

15:13
29 Oktyabr

 Milyardların kölgəsində  

15:04
29 Oktyabr

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!