29 Oktyabr 2026 15:04
245
DÜNYA
A- A+
 Milyardların kölgəsində  

 Milyardların kölgəsində  


Google-un Rusiya ilə cərimə savaşı  


Bəzən texnologiya nəhənglərinin hekayəsi kodlarla, alqoritmlərlə, süni intellektlə deyil,  dəyəri milyardlarla ölçülən maliyyə vəsaitinin səssiz hərəkəti ilə yazılır. Dünyanın informasiya qapılarını açan Google bu dəfə axtarış nəticələri ilə deyil, Rusiya məhkəmələrinin qərarları və cərimələrin ağır rəqəmləri ilə gündəmdədir.

Rusiyada Google-un törəmə şirkəti olan  “Google”  MMC hesablanmış cərimələr üzrə 16,8 milyard rubl ödəyib. Oktyabrın 28-də məhkəmə iclasında açıqlanan məlumata görə, şirkətin hesabına daxil olan vəsaitin böyük hissəsi Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən silinib. Ümumilikdə isə şirkətin müflisləşmə əmlakı fonduna 18,8 milyard rubldan çox vəsait daxil olub.

Bu rəqəmlər sadəcə maliyyə hesabatının sətirləri deyil. Onlar qlobal texnologiya ilə dövlət hüququnun toqquşduğu meydanın miqyasını göstərir. Bir tərəfdə sərhədləri rəqəmsal dünyanın içində itib gedən nəhəng platforma, digər tərəfdə isə öz qanunlarının sərhədlərini xatırladan dövlət mexanizmi.

Maraqlıdır ki, Google-un Rusiya ilə məhkəmə hesablaşmaları bununla da bitmir.  Moskvanın Taqanski rayonunda fəaliyyət göstərən məhkəmə oktyabrın 7-də Google və TikTok şirkətlərinin hər birini 10 milyon rubl məbləğində cərimələyib. Üstəlik Google inzibati cəzanın icrasından yayınma ittihamı üzrə əlavə 200 min rubl cəriməyə də məhkum edilib.

Beləcə, rəqəmsal dünyanın nəhəngləri bir daha anlayırlar ki, internet sərhəd tanımaya bilər, lakin hər ölkənin öz hüquqi çərçivəsi və dəyişməz qaydaları var. Google milyardlarla insana informasiya qapılarını açır, dünyanı kiçik bir ekranın içində əlçatan edir. Amma qlobal nüfuz və böyük maliyyə imkanları heç bir şirkəti hüquqi məsuliyyətdən azad etmir.

Bu hekayənin düşündürücü məqamı da məhz bundadır: bəşəriyyətin informasiya xəritəsini formalaşdıran texnologiya nəhəngləri belə, bəzən öz fəaliyyətlərinin hüquqi nəticələri ilə üzləşirlər. Çünki rəqəmsal aləmin imkanları nə qədər geniş olsa da, qanun qarşısında məsuliyyət anlayışı öz qüvvəsini itirmir.

Texnologiya sürətlə dəyişir, rəqəmsal imperiyalar böyüyür, milyardlar bir hesabdan digərinə keçir. Amma qanunla hesablaşmağın vaxtı çatanda, hətta ən böyük adlar da rəqəmlərin dilində danışmağa məcbur olurlar.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT münaqişə zonalarındakı mülki şəxslərin qorunması üçün çağırış edib  

17:06
29 Oktyabr

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Cinayətkarların işi çətinləşib: 9 ayda 22 mindən çox cinayət qeydə alınıb

15:53
29 Oktyabr

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

15:43
29 Oktyabr

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

15:42
29 Oktyabr

Azərbaycandan Ukraynaya işıq körpüsü  

15:38
29 Oktyabr

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb  

15:34
29 Oktyabr

Milli həmrəylik Azərbaycanın güc mənbəyidir  

15:16
29 Oktyabr

Bizi Zəfərə aparan yol

15:13
29 Oktyabr

 Milyardların kölgəsində  

15:04
29 Oktyabr

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!