29 Oktyabr 2026 14:01
221
CƏMİYYƏT
A- A+
Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşündə iştirak edib.

Aleksandr Qutsan Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Kamran Əliyev oktyabrın 29-da rusiyalı həmkarı ilə görüşüb. Görüşdə Kamran Əliyev Azərbaycan-Rusiya münasibətlərində dostluq, qarşılıqlı anlaşma, etimad və qarşılıqlı yardım prinsiplərinin əhəmiyyətini vurğulayıb.

İki ölkə və xalqlar arasında əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mühüm rolu qeyd olunaraq bu xüsusda, hər iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşlər, eləcə də baş tutan təmasların əhəmiyyəti vurğulanıb.

Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirərək bu əlaqələrin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tərəflər qarşılıqlı hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətməkdə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərin ekstradisiyası, habelə hüquq tətbiqetmə təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu sahələrdə qarşılıqlı fəaliyyətin inkişafında Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyası Baş Prokurorluğu arasında 2021-ci il 9 aprel tarixində imzalanmış əməkdaşlığın inkişaf etdirilməsi niyyətinə dair Bəyanatın əhəmiyyəti vurğulanıb.

Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin bu ilin sentyabr ayında Kazan şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı vəzifələr, beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi və ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səmərəli əməkdaşlığın inkişafına və Azərbaycan Respublikası Prokurorluğu ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan Baş prokuror Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Sonra Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib. Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb  

13:44
29 Oktyabr

Qusarda ziyanvericilərə qarşı mübarizədə bağbanlara yardım olunur

13:31
29 Oktyabr

Masallının Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

13:26
29 Oktyabr

Şəhidlər Elməddin Məmmədli və Ramid Əliyevin məzarları ziyarət olunub  

13:07
29 Oktyabr

Göygöldə “44” filminin ilk tamaşaçıları şəhid ailələri olublar  

12:57
29 Oktyabr

Ağstafada Zəfər Gününə həsr olunmuş tamaşa göstərilib

12:49
29 Oktyabr

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

12:48
29 Oktyabr

Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  

12:36
29 Oktyabr

Gəncədə vergi işçiləri və sahibkarlar bir araya gəliblər  

12:29
29 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub  

12:17
29 Oktyabr

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

11:49
29 Oktyabr

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub 

11:37
29 Oktyabr

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

11:25
29 Oktyabr

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

11:03
29 Oktyabr

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

10:40
29 Oktyabr

Bakıda Atatürkün abidəsi ziyarət olunub

10:39
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!