31 Mart 2026 11:14
222
SİYASƏT
A- A+
Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

 

1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. 1918-ci ilin 30 mart – 2 aprel tarixlərində 3 gün ərzində Bakıda 12 min azərbaycanlı öldürülüb. Daşnak-bolşevik alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı cinayətlərini Bakı quberniyasının digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan quberniyaları ərazisində davam etdirib. 1918-ci ildə daşnak-bolşevik alyansının törətdiyi soyqırımlar zamanı bütövlükdə Azərbaycan üzrə 128708 nəfər, o cümlədən Bakı quberniyası üzrə 41300 nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər azərbaycanlı məhv edilib.

Bütövlükdə Azərbaycan üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında 367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan edilib, dağıdılıb və yandırılıb. Yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci ilin qiymətləri ilə 6,7 milyard rubl maddi ziyan vurulub.

Bu soyqırımının törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və Azərbaycan torpaqlarına yiyələnməkdən ibarət olub. Bu məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilib.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Er¬məni Milli Şurası tərəfindən hazırlanıb. Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və istintaqla tam sübuta yetirilib ki, azərbaycanlılar qadın, qoca, uşaq fərqi qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda, insanlar əzab və işgəncə ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc zorakılıq aktları törədilib, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər edilib. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə sənəd mövcuddur.

Ermənilərin Azərbaycanlılara qarşı irqi və milli zəmində soyqırımı törətməsi Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları sübut edir ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir. 

1919 və 1920-ci ilin mart ayının 31-i iki  dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib. 

2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu və onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Quba soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması qərarlaşdırıldı. Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş memorial kompleksin açılışını etdi. 

1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımların təhqiqat sənədlərindən anlaşılan miqyası onu deməyə əsas verir ki, Qubada aşkar edilən kütləvi məzarlıq kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir. Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim edilməsi vacibdir. 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilərin xalqımıza qarşı növbəti diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə rəvac verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün bu cinayətləri törədənlər və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdır. Bu, həm də ədalətin təmin edilməsi üçün vacibdir.


Vasif QAFAROV

Milli Məclisin deputatı,

tarix elmləri doktoru 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

“Airbus” yeni dronu sınaqdan keçirib  

12:31
31 Mart

Bəşər tarixinin qanlı facilələrindən biri

12:30
31 Mart

NASA Aya astronavtlar göndərməyə hazırlıq görür

11:57
31 Mart

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

11:52
31 Mart

31 Mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə  

11:50
31 Mart

ÜMT: Yer kürəsinin tarazlığı tarixdə ən qeyri-sabit həddə çatıb

11:46
31 Mart

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb  

11:44
31 Mart

Ekspert: Metro şəbəkəsinin genişlənməsi nəqliyyat infrastrukturunu gücləndirəcək

11:43
31 Mart

Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

11:14
31 Mart

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur 

11:12
31 Mart

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

11:04
31 Mart

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

10:37
31 Mart

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

10:36
31 Mart

Dünya bazarında qızıl 45 dollar bahalaşıb

10:33
31 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib  

10:31
31 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  

10:29
31 Mart

Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

10:28
31 Mart

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

10:05
31 Mart

Tariximizin faciəvi səhifələrindən biri

10:02
31 Mart

İsrail parlamenti terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını təsdiqləyib

10:02
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!