31 Mart 2026 12:47
135
SİYASƏT
A- A+
Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik


 Dövlətçilik uğrunda mübarizələr xalqımızın tarixidir. Ötən əsrin əvvəllərində xalqımızın dövlətçilik uğrunda mübarizəsi çox çətin tarixi sınaqlardan keçdi. 1918-ci ildə erməni millətçilərinin və daşnak-bolşevik qüvvələrinin birgə fəaliyyəti həm də bu mübarizəni dayandırmağa yönəmişdi.

O zaman ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün məkrli planlarını həyata keçirməyə başlamışdılar. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qəddarlıqlar törətdi. Bu qırğınlarda Bakı Sovetinin altı min əsgəri, terrorçu “Daşnaksutyun” partiyasının dörd min əsgərdən ibarət nizami dəstəsi iştirak etmişdi. Bu qırğınlar Şamaxıda daha böyük miqyasda həyata keçirilmişdi. Qırğınların tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləmişdi.

Daşnaklarının qəddarlıqlarını erməni tarixçiləri də etiraf edirlər. Tarixçi Yervand Lalayan: “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”, Daşnak partiyasının üzvü Qaregin Aristakesoviç Muradyan: “...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində...bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək”,

Xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam etdirilib. 1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən terrorçu Njdenin 1989-cu ilin martında Qafanda ucaldılan abidəsinin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan demişdi:  “...Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz... Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ulu Öndər Heydər Əliyev 2003-cü ildə demişdi: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.  

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixdə «Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması haqqında» sərəncam imzaladı. Memorial kompleks Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev memorial kompleksin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusar-da, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. 

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama əsasən keçirilən tədbirlər soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynamışdır.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixidir. Biz bu tarixi unutmamalı, olduğu kimi dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik. Əminik ki, xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini alacaq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB

13:08
31 Mart

ABŞ Prezidenti: Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmaq əzmindəyik  

13:07
31 Mart

Fransada yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri yolu bağlayıblar  

13:05
31 Mart

Hörmüz boğazı üçün iki fərqli plan: pulsuz gəmiçilik, yoxsa Süveyş modeli?

13:04
31 Mart

BDYPİ: Yolu nəzərdə tutulmayan yerlərdən keçməyin

13:02
31 Mart

ABŞ İrana qarşı əməliyyatlarda mindən çox qanadlı raketdən istifadə edib

13:00
31 Mart

“Google” sosial media üçün ümumi qadağaları dəstəkləməyib

13:00
31 Mart

Dubay sahillərində nəhəng neft tankeri İranın hücumuna məruz qalıb  

12:58
31 Mart

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

“Airbus” yeni dronu sınaqdan keçirib  

12:31
31 Mart

Bəşər tarixinin qanlı facilələrindən biri

12:30
31 Mart

NASA Aya astronavtlar göndərməyə hazırlıq görür

11:57
31 Mart

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

11:52
31 Mart

31 Mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə  

11:50
31 Mart

ÜMT: Yer kürəsinin tarazlığı tarixdə ən qeyri-sabit həddə çatıb

11:46
31 Mart

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb  

11:44
31 Mart

Ekspert: Metro şəbəkəsinin genişlənməsi nəqliyyat infrastrukturunu gücləndirəcək

11:43
31 Mart

Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

11:14
31 Mart

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur 

11:12
31 Mart

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

11:04
31 Mart

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

10:37
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!